“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 452, № 12, maddə 731; 2002, № 12, maddə 706; 2005, № 10, maddə 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddələr 1, 4, № 2, maddə 82, № 6, maddə 570, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008, № 3, maddə 155, № 4, maddə 250, № 8, maddə 696; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 3, maddə 171, № 11, maddə 944; 2011, № 2, maddə 71, № 11, maddə 988; 2012, № 11, maddə 1039; 2014, № 3, maddə 238; 2016, № 2 (I kitab), maddə 193, № 6, maddələr 982, 1018; 2017, № 12 (I kitab), maddə 2243; 2018, № 3, maddə 397, № 12 (I kitab), maddə 2473; 2020, № 7, maddə 828) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.4-cü maddəyə “xidmət” sözündən əvvəl “vəzifə və hərbi” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 3.4-cü maddə əlavə edilsin:
“3.4. Hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuların hərbi xidmətlərinin əsasları və şərtləri “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” və hərbi qulluqçuların fəaliyyətini müəyyən edən digər normativ hüquqi aktlarla tənzimlənir.”.
3. 4.4-1-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində” sözləri “Azərbaycan Respublikası Baş Prokurorluğunun elm-tədris mərkəzində” sözləri ilə əvəz edilsin.
4. 5.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“5.2. İlk dəfə prokurorluğa qulluğa qəbul edilən şəxslər üçün 6 aylıq stajorluq müddəti müəyyən edilir. Azərbaycan Respublikasının Baş prokuroru hüquqşünas ixtisası üzrə 5 ildən artıq iş təcrübəsi olan işçini stajorluq müddətindən azad edə bilər. Stajorluq müddəti bitdikdən sonra stajorun qulluq etdiyi prokurorluq orqanının rəhbəri müsbət rəy verərsə, stajor 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilir. Rəy mənfi olarsa, stajor attestasiyadan keçirilir. Attestasiyanın nəticəsindən asılı olaraq stajorun 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunur.”.
5. 10-cu maddə üzrə:
5.1. 10.0.4-cü maddədə “müavinləri və şöbə rəisləri” sözləri “müavinləri, şöbə rəisləri və şöbə rəislərinin müavinləri” sözləri ilə əvəz edilsin;
5.2. 10.0.5-ci maddəyə “Bakı şəhər prokurorluğunun idarə və şöbə rəisləri,” sözlərindən sonra “idarə və şöbə rəislərinin müavinləri,” sözləri, “Bakı şəhər prokurorunun böyük köməkçiləri” sözlərindən sonra “, şəhər, rayon prokurorlarının və hərbi prokurorların müavinləri” sözləri əlavə edilsin;
5.3. 10.0.6-cı maddədən “, şəhər, rayon prokurorlarının və hərbi prokurorların müavinləri” sözləri çıxarılsın.
6. 18.11-ci maddəyə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:
“Prokurorluq işçisinə vaxtından əvvəl rütbə onun daşıdığı rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər.”.
7. 20.1-ci maddənin ikinci hissəsinə “işçilərinə” sözündən sonra “və onların ailə üzvlərinə” sözləri əlavə edilsin.
8. Aşağıdakı məzmunda 21.2-1-ci maddə əlavə edilsin:
“21.2-1. Prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 aprel 2021-ci il
7 May 2021, 20:0518 Avqust 2015, 10:08
A.A.Qasımova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında ətraflı...
18 Avqust 2015, 10:08
E.S.Məmmədova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında ətraflı...
18 Avqust 2015, 10:08
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında ətraflı...
18 Avqust 2015, 10:08
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında ətraflı...
6 Avqust 2015, 09:08
Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
4 Avqust 2015, 09:08
Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında ətraflı...
29 İyul 2015, 09:07
Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
28 İyul 2015, 09:07
Oğuz rayonunun Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
27 İyul 2015, 09:07
Mingəçevir Dövlət Universitetinin yaradılması barədə ətraflı...
27 İyul 2015, 09:07
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci baş konfransının və İcraiyyə Şurasının 35-ci iclasının Bakı şəhərində keçirilməsi haqqında ətraflı...