Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasında radiokommunikasiya vasitələrindən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyini artırmaq və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək məqsədilə aşağıdakı tərkibdə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılsın:

Dövlət Komissiyasının sədri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Dövlət Komissiyasının üzvləri

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini.

2. Müəyyən edilsin ki, Dövlət Komissiyasının qərarı ilə dövlət orqanlarının (qurumlarının) nümayəndələri Dövlət Komissiyasının işinə cəlb edilə bilərlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bir ay müddətində Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2021-ci il

4 May 2021, 20:05

http://www.azerta.az

5161—5170 / 10511

29 İyun 2017, 09:06

Şirvan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

16 İyun 2017, 09:06

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

16 İyun 2017, 09:06

Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci–On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında   ətraflı...

16 İyun 2017, 09:06

O.Ə.Həziyevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

14 İyun 2017, 09:06

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında   ətraflı...

14 İyun 2017, 09:06

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 675-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

14 İyun 2017, 09:06

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

14 İyun 2017, 09:06

R.F.Qasımova Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında   ətraflı...

14 İyun 2017, 09:06

V.M.Səfərlinin Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında   ətraflı...

13 İyun 2017, 09:06

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...