1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500,0 (bir min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750,0 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilsin.
2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə:
2.1. Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,8 milyon (dörd milyon səkkiz yüz min) manat vəsait ayrılsın;
2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin;
2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 aprel 2021-ci il.
29 Aprel 2021, 18:0425 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında ikitərəfli hərbi-texniki əməkdaşlığın gedişində istifadə edilən və əldə edilmiş əqli fəaliyyətin nəticələrinə hüquqların qarşılıqlı mühafizəsi haqqında 4 dekabr 2006-cı il tarixli Sazişdə dəyişiklik edilməsi barədə Protokolun təsdiqi haqqında ətraflı...
25 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə ətraflı...
25 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nda dəyişiklik edilməsi haqqında ətraflı...
25 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “TURAZ Şahini təlimləri” üçün Sahib Ölkə dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında ətraflı...
25 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Hava hücumundan müdafiə təlimi” üçün Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında ətraflı...
24 Dekabr 2015, 09:12
R.E.Məmmədovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...
24 Dekabr 2015, 09:12
H.S.Zeynalovun Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...
24 Dekabr 2015, 09:12
Ş.Ş.Abdullayevin Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılması haqqında ətraflı...
24 Dekabr 2015, 09:12
V.İ.Sadıqovun Azərbaycan Respublikasının İtaliya Respublikasında və eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında ətraflı...
24 Dekabr 2015, 09:12
E.Z.Kərimovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında ətraflı...