Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi sahəsində aşağıdakı səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilir:

1.1. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi;

1.2. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq icarəyə verilən torpaqlardan təyinatı üzrə istifadəyə nəzarətin həyata keçirilməsi;

1.3. torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi, habelə bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq icarəyə verilməsi nəzərdə tutulan torpaqlarda həmin kateqoriya daxilində kənd təsərrüfatı yerlərinin (uqodiyaların) dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında məsələ qaldırılması.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi, habelə həmin kateqoriya daxilində torpaqlarda kənd təsərrüfatı yerlərinin (uqodiyaların) dəyişdirilməsinin sadələşdirilmiş qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2. bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 aprel 2021-ci il

27 Aprel 2021, 19:04

http://www.azertag.az

9981—9990 / 10511

30 May 2014, 09:05

Azərbaycan Respublikasında 2014-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə   ətraflı...

30 May 2014, 09:05

Mərkəzi Seçki Komissiyasının 12 noyabr 2013-cü il tarixli İclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

30 May 2014, 09:05

Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

30 May 2014, 09:05

Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

29 May 2014, 09:05

2014-cü il üçün Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında   ətraflı...

27 May 2014, 17:05

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında   ətraflı...

27 May 2014, 17:05

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 sentyabr tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsan alveri qurbanlarının repatriasiya Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

27 May 2014, 17:05

"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları"nın və "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

27 May 2014, 17:05

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

27 May 2014, 17:05

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 dekabr tarixli 267 nömrəli qərarı ilə təsdiq edilmiş "Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilməsi və saxlanılması Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...