Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi sahəsində aşağıdakı səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilir:

1.1. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi;

1.2. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq icarəyə verilən torpaqlardan təyinatı üzrə istifadəyə nəzarətin həyata keçirilməsi;

1.3. torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi, habelə bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq icarəyə verilməsi nəzərdə tutulan torpaqlarda həmin kateqoriya daxilində kənd təsərrüfatı yerlərinin (uqodiyaların) dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında məsələ qaldırılması.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi, habelə həmin kateqoriya daxilində torpaqlarda kənd təsərrüfatı yerlərinin (uqodiyaların) dəyişdirilməsinin sadələşdirilmiş qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2. bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 aprel 2021-ci il

27 Aprel 2021, 19:04

http://www.azertag.az

10201—10210 / 10511

11 Mart 2014, 14:03

“Heydər Əliyev” ordeninintəsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

11 Mart 2014, 08:03

İ.A.Məmmədova general-mayor hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

11 Mart 2014, 09:03

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında   ətraflı...

11 Mart 2014, 09:03

Ə.M.Abbasovun Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında   ətraflı...

11 Mart 2014, 08:03

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında   ətraflı...

11 Mart 2014, 08:03

Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında   ətraflı...

11 Mart 2014, 08:03

Y.Ə. Yusibovun Gəncə Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

“Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

7 Mart 2014, 09:03

“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrəəməkdaşlıq haqqında”Sazişin təsdiq edilməsi barədə   ətraflı...

7 Mart 2014, 09:03

“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi haqqında   ətraflı...