“Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin özəlləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının aqrar sektorunda xüsusi əhəmiyyəti olan tütünçülüyün bazar iqtisadiyyatı prinsipləri əsasında inkişafının sürətləndirilməsi, tütün emalı və hazır məhsul istehsalı müəssisələrinin xammala tələbatının yerli məhsul hesabına təmin olunması, sahəyə özəl investisiyaların cəlb edilməsi və əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə qərara alıram:

1. “Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) özəlləşdirilməyə açıq elan edilsin.

2. Müəyyən edilsin ki:

2.1. Cəmiyyətin özəlləşdirilməsi investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə həyata keçirilir;

2.2. Cəmiyyətin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorlar da iştirak edir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Cəmiyyətin özəlləşdirilməsini “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq təmin etsin.

4. Cəmiyyət özəlləşdirilənədək “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti onun idarə olunmasını və əmlakının qorunub saxlanılmasını təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 aprel 2021-ci il.

16 Aprel 2021, 21:04

http://www.azertag.az

9261—9270 / 10511

17 Noyabr 2014, 09:11

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1082-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

17 Noyabr 2014, 09:11

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

17 Noyabr 2014, 09:11

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

17 Noyabr 2014, 09:11

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

17 Noyabr 2014, 09:11

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1074-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

17 Noyabr 2014, 09:11

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsindədəyişikliklər edilməsi haqqında   ətraflı...

17 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında   ətraflı...

17 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair   ətraflı...

17 Noyabr 2014, 09:11

“Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 27 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 240 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

17 Noyabr 2014, 09:11

23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində dairə seçki komissiyalarının trenerləri və aşağı seçki komissiyaları üzvləri üçün treninqlərin təşkilinə dair   ətraflı...