“Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin özəlləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının aqrar sektorunda xüsusi əhəmiyyəti olan tütünçülüyün bazar iqtisadiyyatı prinsipləri əsasında inkişafının sürətləndirilməsi, tütün emalı və hazır məhsul istehsalı müəssisələrinin xammala tələbatının yerli məhsul hesabına təmin olunması, sahəyə özəl investisiyaların cəlb edilməsi və əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə qərara alıram:
1. “Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) özəlləşdirilməyə açıq elan edilsin.
2. Müəyyən edilsin ki:
2.1. Cəmiyyətin özəlləşdirilməsi investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə həyata keçirilir;
2.2. Cəmiyyətin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorlar da iştirak edir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Cəmiyyətin özəlləşdirilməsini “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq təmin etsin.
4. Cəmiyyət özəlləşdirilənədək “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti onun idarə olunmasını və əmlakının qorunub saxlanılmasını təmin etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 aprel 2021-ci il.
16 Aprel 2021, 21:0424 Noyabr 2014, 09:11
F.M.Süleymanova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
24 Noyabr 2014, 09:11
Gəncə Avtomobil Zavodu işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
21 Noyabr 2014, 08:11
General Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
21 Noyabr 2014, 09:11
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında ətraflı...
21 Noyabr 2014, 09:11
M.M.Əliyevin Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasında və Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında ətraflı...
21 Noyabr 2014, 09:11
A.S.Şükürovun Azərbaycan Respublikasının Liviya Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında ətraflı...
21 Noyabr 2014, 09:11
Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsindəəlavə tədbirlər haqqında ətraflı...
21 Noyabr 2014, 08:11
Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında ətraflı...
21 Noyabr 2014, 08:11
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında ətraflı...
21 Noyabr 2014, 08:11
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında ətraflı...