“Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin özəlləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının aqrar sektorunda xüsusi əhəmiyyəti olan tütünçülüyün bazar iqtisadiyyatı prinsipləri əsasında inkişafının sürətləndirilməsi, tütün emalı və hazır məhsul istehsalı müəssisələrinin xammala tələbatının yerli məhsul hesabına təmin olunması, sahəyə özəl investisiyaların cəlb edilməsi və əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə qərara alıram:

1. “Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) özəlləşdirilməyə açıq elan edilsin.

2. Müəyyən edilsin ki:

2.1. Cəmiyyətin özəlləşdirilməsi investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə həyata keçirilir;

2.2. Cəmiyyətin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorlar da iştirak edir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Cəmiyyətin özəlləşdirilməsini “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq təmin etsin.

4. Cəmiyyət özəlləşdirilənədək “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti onun idarə olunmasını və əmlakının qorunub saxlanılmasını təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 aprel 2021-ci il.

16 Aprel 2021, 21:04

http://www.azertag.az

8321—8330 / 10511

30 İyun 2015, 09:06

“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin I Avropa Oyunlarının keçirilməsini təmin etmiş əməkdaşlarının “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

30 İyun 2015, 09:06

“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

30 İyun 2015, 09:06

“Bakı 2015” Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının sədri Spiridon Kapralosun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

30 İyun 2015, 09:06

Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

30 İyun 2015, 09:06

“Bakı 2015” Avropa Oyunları üzrə Koordinasiya Komissiyası sədrinin müavini Zlatko Matesanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

30 İyun 2015, 09:06

I Avropa Oyunlarında çıxış etmiş idmançıların “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

29 İyun 2015, 09:06

İsmail Serageldinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

29 İyun 2015, 09:06

Vayra Vike-Freyberqanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

25 İyun 2015, 09:06

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin icrası haqqında   ətraflı...

25 İyun 2015, 09:06

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqındahttp://www.azertag.net   ətraflı...