“Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin özəlləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının aqrar sektorunda xüsusi əhəmiyyəti olan tütünçülüyün bazar iqtisadiyyatı prinsipləri əsasında inkişafının sürətləndirilməsi, tütün emalı və hazır məhsul istehsalı müəssisələrinin xammala tələbatının yerli məhsul hesabına təmin olunması, sahəyə özəl investisiyaların cəlb edilməsi və əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə qərara alıram:

1. “Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) özəlləşdirilməyə açıq elan edilsin.

2. Müəyyən edilsin ki:

2.1. Cəmiyyətin özəlləşdirilməsi investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə həyata keçirilir;

2.2. Cəmiyyətin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorlar da iştirak edir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Cəmiyyətin özəlləşdirilməsini “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq təmin etsin.

4. Cəmiyyət özəlləşdirilənədək “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti onun idarə olunmasını və əmlakının qorunub saxlanılmasını təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 aprel 2021-ci il.

16 Aprel 2021, 21:04

http://www.azertag.az

7991—8000 / 10511

13 Oktyabr 2015, 09:10

“Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair” Sazişin təsdiq edilməsi haqqında   ətraflı...

13 Oktyabr 2015, 09:10

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrinin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

13 Oktyabr 2015, 09:10

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsindəəməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

13 Oktyabr 2015, 09:10

“Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə   ətraflı...

13 Oktyabr 2015, 09:10

“Azərbaycan Respublikası Hökuməti (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq vəƏlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

13 Oktyabr 2015, 08:10

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

13 Oktyabr 2015, 08:10

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahələrindəəməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə   ətraflı...

13 Oktyabr 2015, 08:10

"Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsindəəməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə   ətraflı...

13 Oktyabr 2015, 08:10

A.H.Hüseynovun Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

13 Oktyabr 2015, 08:10

Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...