“Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin özəlləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının aqrar sektorunda xüsusi əhəmiyyəti olan tütünçülüyün bazar iqtisadiyyatı prinsipləri əsasında inkişafının sürətləndirilməsi, tütün emalı və hazır məhsul istehsalı müəssisələrinin xammala tələbatının yerli məhsul hesabına təmin olunması, sahəyə özəl investisiyaların cəlb edilməsi və əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə qərara alıram:
1. “Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) özəlləşdirilməyə açıq elan edilsin.
2. Müəyyən edilsin ki:
2.1. Cəmiyyətin özəlləşdirilməsi investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə həyata keçirilir;
2.2. Cəmiyyətin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorlar da iştirak edir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Cəmiyyətin özəlləşdirilməsini “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq təmin etsin.
4. Cəmiyyət özəlləşdirilənədək “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti onun idarə olunmasını və əmlakının qorunub saxlanılmasını təmin etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 aprel 2021-ci il.
16 Aprel 2021, 21:0426 May 2014, 17:05
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
26 May 2014, 15:05
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nda dəyişiklik edilməsi barədə ətraflı...
26 May 2014, 15:05
"Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blankının təsviri və spesifikasiyası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 1 dekabr tarixli 153 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
26 May 2014, 15:05
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişiklik edilməsi barədə ətraflı...
26 May 2014, 15:05
"Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklər tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 aprel tarixli 59 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
26 May 2014, 10:05
İ.D.Abasovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
26 May 2014, 10:05
A.Q.Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında ətraflı...
26 May 2014, 10:05
A.Q.Kərimovun Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında ətraflı...
23 May 2014, 09:05
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il büdcəsinin icrası haqqında ətraflı...
21 May 2014, 14:05
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişiklik edilməsi barədə ətraflı...