“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467, № 11, maddə 1352; 2015, № 1, maddə 2, № 2, maddələr 76, 79, 105, № 5, maddə 502, № 6, maddə 686, № 11, maddələr 1256, 1276; 2016, № 11, maddələr 1758, 1784, 1795, № 12, maddə 1993; 2017, № 2, maddələr 138, 150, № 5, maddə 727, № 8, maddə 1507, № 10, maddə 1774, № 12 (I kitab), maddə 2215; 2018, № 2, maddələr 143, 157, № 4, maddə 645, № 6, maddələr 1165, 1192, № 7 (I kitab), maddələr 1432, 1436, 1439; 2019, № 1, maddə 46, № 6, maddə 997, № 7, maddə 1183, № 8, maddə 1376; 2020, № 5, maddə 521, № 7, maddələr 827, 847; Azərbaycan Respublikasının 2020-ci il 20 noyabr tarixli 200-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 27-ci maddənin I hissəsinin ikinci cümləsində, IV-I hissəsinin 5-1-ci bəndində, V hissəsinin birinci cümləsində, 30-cu maddənin VI-I hissəsinin 4-1-ci bəndində, VIII hissəsinin birinci abzasında, 35-ci maddənin IV-I hissəsinin 1-ci və 1-1-ci bəndlərində, VII hissəsində, 83-cü maddənin II hissəsinin ikinci cümləsində, 85-1-ci maddənin adında və mətnində “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları” sözləri ilə əvəz edilsin;
1.2. 37-ci maddənin IV hissəsinin 5-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“5) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin “Qeyd” hissəsinin 7-1-ci bəndində nəzərdə tutulmuş hallarda yol-nəqliyyat hadisəsi yerini tərk edə bilər.”;
1.3. 85-ci maddənin 2-ci bəndinin ikinci abzasında “və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının” sözləri ilə, “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları” sözləri isə “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları” sözləri ilə əvəz edilsin;
1.4. həmin Qanuna 1 saylı Əlavə - “Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı”nın VII hissəsinin 3-cü bəndi üzrə:
1.4.1. “hər hansı formada və ölçüdə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla” sözləri ilə, “və plyonka” sözləri “, jalüz və ya plyonka” sözləri ilə əvəz edilsin;
1.4.2. həmin bəndin “Qeyd” hissəsinin birinci və üçüncü cümlələri çıxarılsın.
Maddə 2. Bu Qanunun 1.4-cü maddəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydası ilə eyni gündə qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2021-ci il.
12 Aprel 2021, 21:0412 Avqust 2014, 09:08
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1005-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
12 Avqust 2014, 09:08
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1003-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
12 Avqust 2014, 09:08
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1002-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
12 Avqust 2014, 09:08
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1004-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
12 Avqust 2014, 09:08
“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə ətraflı...
12 Avqust 2014, 09:08
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında ətraflı...
11 Avqust 2014, 13:08
I Avropa Oyunlarının keçirilməsi iləəlaqədar bəzi tədbirlər haqqında ətraflı...
11 Avqust 2014, 13:08
S.H.Rəhimovun 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
8 Avqust 2014, 09:08
Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
8 Avqust 2014, 09:08
Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...