Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamına uyğun olaraq, qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin icrasını təmin etmək məqsədilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə əlaqədar “İnvestisiya müqaviləsi”nin, “Enerji alqı-satqı müqaviləsi”nin, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqaviləsi”nin, “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlər görsün;

2. Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə bu Sərəncamın 1-ci bəndində göstərilən “İnvestisiya müqaviləsi”ndə və “Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin;

4. aidiyyəti qurumlarla birlikdə pilot layihənin həyata keçirildiyi ərazilərdə zəruri xarici və daxili infrastrukturun təkmilləşdirilməsi, günəş elektrik stansiyasının bu Sərəncamın 1-ci bəndində göstərilən “Enerji alqı-satqı müqaviləsi”nə və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nə uyğun olaraq, nəzərdə tutulan vaxtda və parametrlərlə ötürücü şəbəkəyə qoşulması, eyni zamanda, layihənin vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etmək üçün tələb olunan digər inzibati və texniki məsələlərin icrası istiqamətində müvafiq tədbirlər görülməsini təmin etsin;

5. Bakı şəhərinin və Abşeron rayonunun inzibati ərazilərində qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikiləcəyi ərazilər üzrə dövlət torpaqlarının icarəyə vermək hüququ ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin daimi istifadəsinə verilməsi üçün müvafiq tədbirlər görülməsini təmin etsin;

6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2021-ci il.

2 Aprel 2021, 21:04

http://www.azertag.az

9921—9930 / 10511

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 avqust tarixli 95 nömrəli qərarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 aprel tarixli 81 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları"nın və "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 avqust tarixli 235 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 26 sentyabr tarixli 157 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vergi orqanlarında istifadə olunan xüsusi vasitələrin, xidməti silah və onlar üçün Sursatın siyahısı"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 21 noyabr tarixli 274 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 aprel tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş "İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları"nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş "Patent müvəkkilləri haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli qərarı ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə   ətraflı...