“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
Rəşad Nəbiyev – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Müşahidə Şurasının üzvləri
Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azər Mursaqulov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru
Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
Emil Məcidov – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 mart 2021-ci il.
30 Mart 2021, 19:0324 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...