Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1149 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, maddə 2067; 2019, № 3, maddə 413; 2020, № 1, maddə 9) ilə təsdiq edilmiş “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“1.3.2. namizəd – investisiya layihələrinin TİT modeli çərçivəsində həyata keçirilməsinə maraq göstərərək, bu məqsədlə təşkil olunmuş müsabiqədə iştirak edən investor;”.
2. 2.1-ci bəndin dördüncü cümləsi aşağıdakı redaksiyada verilsin:
“İnvestisiya layihəsinə dair ətraflı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasını namizədlər, layihə-smeta və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin hazırlanmasını isə qalib olan investor təmin edir.”.
3. 2.3-cü bənd üzrə:
3.1. 2.3.2-ci yarımbənddə “investorun verməli olduğu” sözləri “verilməli olan” sözləri ilə əvəz edilsin;
3.2. 2.3.5-ci yarımbənddə “namizəd şirkətlərə” sözləri “namizədlərə” sözü ilə əvəz edilsin;
3.3. 2.3.6-cı yarımbənddə “namizəd şirkətin” sözləri “namizədin” sözü ilə əvəz edilsin.
4. 2.5.1-ci, 2.5.2-ci yarımbəndlərdə, 2.7-ci (hər iki halda) və 4.2-ci bəndlərdə “namizəd şirkətlər” sözləri “namizədlər” sözü ilə əvəz edilsin.
5. 2.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“2.6. Müsabiqənin keçirilməsi zamanı namizədlərə bərabər və tam hüquqlu iştirak imkanı verilir.”.
6. Aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:
“2.7-1. Aşağıdakı hallarda səlahiyyətli orqanın əsaslandırılmış qərarı ilə investor müsabiqə keçirilmədən birbaşa cəlbetmə üsulu ilə müəyyən edilir:
2.7-1.1. insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb olmuş fövqəladə hadisə ilə əlaqədar olaraq hər hansı investisiya layihəsinin həyata keçirilməsinə təcili ehtiyac yaranması və bununla bağlı müsabiqənin təşkilinin və keçirilməsinin sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmaması;
2.7-1.2. investisiya layihəsinin yalnız konkret investor tərəfindən həyata keçirilməsinin mümkünlüyü və ya konkret investorun investisiya layihəsinin predmeti ilə bağlı müstəsna hüquqlara malik olması, heç bir alternativinin və ya əvəzedicisinin olmaması.”.
7. 2.8-ci və 2.9-cu bəndlər aşağıdakı redaksiyada verilsin:
“2.8. Bütün namizədlər və ya müəyyən namizədlər arasında keçirilən müsabiqənin baş tutmuş hesab edilməsi üçün bu üsullarla keçirilən müsabiqədə azı 2 (iki) namizəd iştirak etməlidir. Keçirilən müsabiqədə namizədlərin sayı 2-dən (ikidən) az olduqda, müsabiqə baş tutmamış hesab edilir.
2.9. Bütün namizədlər və ya müəyyən namizədlər arasında keçirilmiş müsabiqədə müsabiqə qalibinin müəyyən edilməsi mümkün olmadığı və ya müsabiqə baş tutmadığı təqdirdə, investor, bu sənədin 2.7-1-ci bəndində nəzərdə tutulmuş hallara istinad edilmədən səlahiyyətli orqanın əsaslandırılmış qərarı qəbul edilməklə, birbaşa cəlbetmə üsulu ilə müəyyənləşdirilir. Bu cür qərarda müəyyənləşdirilmiş investorun təcrübəsinin, texniki, maliyyə və digər göstəricilərinin layihənin xüsusiyyətlərinə uyğunluğu, habelə müsabiqə üzrə nəzərdə tutulmuş şərt və tələblərə edilən hər bir dəyişikliyin zəruriliyi əsaslandırılmalıdır.”.
8. 2.10-cu bənddə “namizəd şirkətlə” sözləri “investorla” sözü ilə əvəz edilsin.
9. 2.11-ci bəndin birinci cümləsində “Müsabiqənin qalibi” sözləri “İnvestor” sözü ilə əvəz edilsin və həmin cümlədən “investor” sözü çıxarılsın.
10. 3-cü hissənin adında “Səlahiyyətli orqanla investor arasında bağlanılan müqavilələrin” sözləri “Müqavilələrin” sözü ilə əvəz edilsin.
11. 3.1.5-ci yarımbənddə “investorun istehsal edəcəyi” sözləri “investisiya qoyuluşu nəticəsində əldə olunacaq” sözləri ilə əvəz edilsin.
12. 3.1.8-ci yarımbənddə “istehsal olunan” sözləri və 3.5-ci bənddə “istehsal ediləcək” sözləri “əldə olunacaq” sözləri ilə əvəz edilsin.
13. 3.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“3.6. İnvestisiya layihəsinin həyata keçirilməsi ilə əlaqədar səlahiyyətli orqana aşağıdakılarla bağlı təminat verilməlidir:
3.6.1. namizədlər tərəfindən müsabiqə təklifinə;
3.6.2. müəyyənləşdirilmiş investor tərəfindən investisiya layihəsinin predmeti olan tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və istismara qəbul edilməsi ilə bağlı öhdəliklərinin imzalanacaq müqavilə ilə müəyyən edilən müddətdə və qaydada icrasına.”.
14. 3.7-ci və 3.8-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“3.7. Bu sənədin 3.6-cı bəndində nəzərdə tutulan təminatların məbləğini, təqdim edilmə və qüvvədə olma müddətlərini səlahiyyətli orqan müəyyən edir və investisiya layihəsinə dair, habelə investor qarşısında müəyyən edilən şərtlərdə və tələblərdə göstərir.
3.8. Bu sənədin 3.6.1-ci yarımbəndində nəzərdə tutulan təminatın məbləği müsabiqə təklifi dəyərinin, 3.6.2-ci yarımbəndində nəzərdə tutulan təminatın məbləği isə investisiya layihəsinin dəyərinin 5 (beş) faizinədək həcmdə müəyyən edilir.”.
15. 3.14-cü bənddə “3.13-cü” sözləri “3.12-ci” sözləri ilə əvəz edilsin.
16. 4.1-ci bənddə “ilə investor arasında razılaşmaya əsasən,” sözləri “tərəfindən” sözü ilə əvəz edilsin.
17. 4.1.2-ci yarımbəndin ikinci cümləsində “istehsalı nəzərdə tutulan” sözləri “əldə olunacaq” sözləri ilə əvəz edilsin.
18. 4.3-cü bəndin ikinci cümləsində “investora” sözü “namizədə” sözü ilə əvəz edilsin.
19. 4.5-ci bənddə “və investorun razılığı ilə” sözləri “tərəfindən” sözü ilə əvəz edilsin.
20. 5.6-cı bəndin ikinci cümləsində “rəsmi dövlət və xarici” sözləri “rəsmi dövri mətbu nəşrlərdə və beynəlxalq miqyasda yayılan” sözləri ilə əvəz edilsin və həmin cümləyə “meyarlarını,” sözündən sonra “müsabiqədə iştirak haqqını,” sözləri əlavə edilsin.
21. 5.8-ci bənddə “investor” sözü “namizəd iştirak haqqını ödədikdən sonra” sözləri ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda ikinci–dördüncü cümlələr əlavə edilsin:
“Müsabiqədə iştirak haqqını müsabiqə xərclərindən (elanın verilməsi, sənədlərin çap edilməsi, bildirişlərin göndərilməsi, ezamiyyə, ekspertlərin cəlb edilməsi) çox olmamaq şərtilə müsabiqə komissiyası müəyyənləşdirir. İştirak haqqı namizədlərə geri qaytarılmır. İştirak haqqının müsabiqə xərclərindən artıq qalan hissəsini səlahiyyətli orqan dövlət büdcəsinə köçürür.”.
22. 5.14-cü bəndin birinci cümləsində “şirkət” sözü “investor” sözü ilə əvəz edilsin.
23. 5.21-ci bəndin birinci cümləsinə “qalibi arasında” sözlərindən sonra “30 (otuz) iş günü ərzində” sözləri əlavə edilsin və həmin bəndin ikinci cümləsi çıxarılsın.
24. 6.0.5-ci yarımbənd ləğv edilsin.
25. 6.0.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:
“6.0.6. müsabiqənin qalibi olan investorla imzalanması nəzərdə tutulmuş müqavilənin layihəsini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaq və müqavilə imzalandığı tarixdən 5 (beş) iş günü müddətində həmin müqavilənin surətini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2021-ci il.
19 Mart 2021, 21:035 Aprel 2022, 07:04
“Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ətraflı...
4 Aprel 2022, 07:04
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ətraflı...
4 Aprel 2022, 07:04
Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
4 Aprel 2022, 07:04
V.Q.Əhmədovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
4 Aprel 2022, 07:04
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
30 Mart 2022, 08:03
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nda və 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 Mart 2022, 14:03
“Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 Mart 2022, 14:03
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 485-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 yanvar tarixli 1794 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 Mart 2022, 14:03
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
28 Mart 2022, 14:03
İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2022-ci ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...