Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050, № 12, maddə 1939; 2020, № 5, maddə 551) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2-ci bənd ləğv edilsin.
2. 3.11-ci bəndin ikinci cümləsində “3.2-ci və 3.8-ci bəndlərində” sözləri “3.8-ci bəndində” sözləri ilə əvəz edilsin.
3. 3.17-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.17. Təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Fermerə verilən subsidiya vəsaiti 2 (iki) il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 (üç) ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilmir.”.
4. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.1. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır:”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 mart 2021-ci il.
12 Mart 2021, 20:0328 Dekabr 2017, 09:12
“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
28 Dekabr 2017, 09:12
R.S.Qvaladzenin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
27 Dekabr 2017, 10:12
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi, BMT-nin Əhali Fondunun nümayəndəsi Qulam İshaqzaidən ətraflı...
27 Dekabr 2017, 10:12
“Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 906-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
27 Dekabr 2017, 09:12
Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında ətraflı...
27 Dekabr 2017, 09:12
“Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 907-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
27 Dekabr 2017, 09:12
Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında ətraflı...
27 Dekabr 2017, 09:12
“İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 905-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
27 Dekabr 2017, 09:12
İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında ətraflı...
27 Dekabr 2017, 09:12
“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 904-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...