Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ndə, 2015-ci il 13 avqust tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”ndə, 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə, 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə, 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə və 2016-cı il 24 iyun tarixli 978 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 381; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 790, 802, № 7, maddə 1367; 2019, № 3, maddə 402; 2020, № 5, maddə 698) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək;”;

1.2. 7.31-ci bəndə “təhsil haqqında” sözlərindən əvvəl “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

1.3. 7.33-cü bənddə “dövlət sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd” sözləri ilə əvəz edilsin;

1.4. 8.1-ci bənd üzrə:

1.4.1. 8.1.1-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

1.4.2. 8.1.2-ci yarımbəndə “aparmaq” sözündən sonra “, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək” sözləri əlavə edilsin;

1.4.3. 8.1.5-ci yarımbənddən “, Akademiyanın daxili qaydalarına əməl etməklə, başqalarına şəxsi nümunə olmaq” sözləri çıxarılsın;

1.4.4. 8.1.6-cı yarımbənddə “ruhunda tərbiyə etmək” sözləri “və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata” sözləri ilə əvəz edilsin;

1.4.5. 8.1.8-ci yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın və həmin yarımbənddə “cəmiyyətə hörmət” sözləri “mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı” sözləri ilə əvəz edilsin;

1.4.6. 8.1.9-cu yarımbəndə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

1.4.7. 8.1.12-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

1.4.8. aşağıdakı məzmunda 8.1.14-1 – 8.1.14-3-cü yarımbəndlər əlavə edilsin:

“8.1.14-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

8.1.14-2. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;

8.1.14-3. Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;”;

1.5. 8.2-ci bənd üzrə:

1.5.1. 8.2.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

1.5.2. 8.2.4-cü yarımbənddən “uyğun olduqda Elmi Şuraya və digər” sözləri çıxarılsın;

1.5.3. 8.2.5-ci yarımbəndə “əlavə təhsil almaq” sözlərindən sonra “və elmi dərəcəsini yüksəltmək” sözləri əlavə edilsin;

1.5.4. aşağıdakı məzmunda 8.2.8-1-ci yarımbənd əlavə edilsin:

“8.2.8-1. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;”;

1.6. 8.4-cü bənd üzrə:

1.6.1. 8.4.2-ci yarımbənddən “tədris tapşırıqlarını vaxtında yerinə yetirmək,” sözləri çıxarılsın;

1.6.2. 8.4.4-cü yarımbəndə “əməl etmək” sözlərindən əvvəl “, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara” sözləri əlavə edilsin;

1.6.3. 8.4.5-ci yarımbənddə “və cəmiyyət” sözləri “, cəmiyyət, ailə və özü” sözləri ilə əvəz edilsin;

1.6.4. aşağıdakı məzmunda 8.4.7-1-ci və 8.4.7-2-ci yarımbəndlər əlavə edilsin:

“8.4.7-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

8.4.7-2. sağlam həyat tərzi keçirmək;”;

1.7. 8.5-ci bənd üzrə:

1.7.1. 8.5.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

1.7.2. 8.5.2-ci yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

1.7.3. 8.5.3-cü və 8.5.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“8.5.3. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;”;

“8.5.6. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;”;

1.7.4. 8.5.5-ci yarımbənddə “həyatında” sözündən sonra “, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında” sözləri əlavə edilsin;

1.7.5. aşağıdakı məzmunda 8.5.7-1 – 8.5.7-4-cü yarımbəndlər əlavə edilsin:

“8.5.7-1. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;

8.5.7-2. həyat və sağlamlığı üçün təhlükəsiz, zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

8.5.7-3. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

8.5.7-4. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 avqust tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 912; 2016, № 11, maddə 1803; 2017, № 7, maddə 1368; 2019, № 5, maddə 847; 2020, № 5, maddə 698) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 7.34-cü bənddə “dövlət sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd” sözləri ilə əvəz edilsin;

2.2. 8.1-ci bənd üzrə:

2.2.1. 8.1.1-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

2.2.2. 8.1.2-ci yarımbəndə “aparmaq” sözündən sonra “, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək” sözləri əlavə edilsin;

2.2.3. 8.1.5-ci yarımbənddən “, Mərkəzin daxili qaydalarına əməl etməklə, başqalarına şəxsi nümunə olmaq” sözləri çıxarılsın;

2.2.4. 8.1.6-cı yarımbənddə “ruhunda tərbiyə etmək” sözləri “və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata” sözləri ilə əvəz edilsin;

2.2.5. 8.1.8-ci yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın və həmin yarımbənddə “cəmiyyətə hörmət” sözləri “mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı” sözləri ilə əvəz edilsin;

2.2.6. 8.1.9-cu yarımbəndə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

2.2.7. 8.1.11-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

2.2.8. aşağıdakı məzmunda 8.1.13-1 – 8.1.13-3-cü yarımbəndlər əlavə edilsin:

“8.1.13-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

8.1.13-2. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;

8.1.13-3. Mərkəzin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;”;

2.3. 8.2-ci bənd üzrə:

2.3.1. 8.2.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

2.3.2. 8.2.4-cü yarımbənddən “uyğun olduqda Elmi Şuraya və digər” sözləri çıxarılsın;

2.3.3. 8.2.5-ci yarımbəndə “əlavə təhsil almaq” sözlərindən sonra “və elmi dərəcəsini yüksəltmək” sözləri əlavə edilsin;

2.3.4. aşağıdakı məzmunda 8.2.8-1-ci yarımbənd əlavə edilsin:

“8.2.8-1. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;”;

2.4. 8.4-cü bənd üzrə:

2.4.1. 8.4.2-ci yarımbənddən “tədris tapşırıqlarını vaxtında yerinə yetirmək,” sözləri çıxarılsın;

2.4.2. 8.4.4-cü yarımbəndə “əməl etmək” sözlərindən əvvəl “, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara” sözləri əlavə edilsin;

2.4.3. 8.4.5-ci yarımbənddə “və cəmiyyət” sözləri “, cəmiyyət, ailə və özü” sözləri ilə əvəz edilsin;

2.4.4. aşağıdakı məzmunda 8.4.7-1-ci və 8.4.7-2-ci yarımbəndlər əlavə edilsin:

“8.4.7-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

8.4.7-2. sağlam həyat tərzi keçirmək;”;

2.5. 8.5-ci bənd üzrə:

2.5.1. 8.5.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

2.5.2. 8.5.2-ci yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

2.5.3. 8.5.3-cü, 8.5.5-ci və 8.5.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“8.5.3. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;”;

“8.5.5. Mərkəzin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək;

8.5.6. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;”;

2.5.4. aşağıdakı məzmunda 8.5.7-1 – 8.5.7-3-cü yarımbəndlər əlavə edilsin:

“8.5.7-1. həyat və sağlamlığı üçün təhlükəsiz, zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

8.5.7-2. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

8.5.7-3. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”.

3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1464; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 791, 802, № 7, maddə 1369; 2018, № 4, maddə 699; 2019, № 3, maddə 402, № 5, maddə 856; 2020, № 2, maddə 103,№ 5, maddə 698, № 7, maddə 868) ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.2.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.8. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək;”;

3.2. 5.21-ci bəndin birinci cümləsində “Universiteti bitirməsi barədə dövlət nümunəli sənəd” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi” sözləri ilə əvəz edilsin;

3.3. 5.23-cü bəndə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

3.4. 7.5-ci bənd üzrə:

3.4.1. 7.5.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

3.4.2. 7.5.3-cü yarımbəndə “seçmək” sözündən sonra “, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri əlavə edilsin;

3.4.3. 7.5.5-ci yarımbənddə “və uyğun gəldikdə seçkili” sözləri “, seçkili” sözü ilə əvəz edilsin;

3.5. 7.6-cı bənd üzrə:

3.5.1. 7.6.2-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

3.5.2. 7.6.5-ci yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın;

3.5.3. 7.6.6-cı yarımbəndə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

3.5.4. 7.6.8-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

3.5.5. 7.6.9-cu yarımbəndə “aparmaq,” sözündən sonra “qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək,” sözləri əlavə edilsin;

3.5.6. 7.6.11-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“7.6.11. Universitetin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;”;

3.5.7. aşağıdakı məzmunda 7.6.12-ci yarımbənd əlavə edilsin:

“7.6.12. Universitetin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq.”;

3.6. 7.7-ci bənd üzrə:

3.6.1. 7.7.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

3.6.2. 7.7.3-cü yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

3.6.3. 7.7.6-cı yarımbənddə “sağlamlıq” sözü “həyat və sağlamlığı” sözləri ilə əvəz edilsin;

3.6.4. 7.7.9-cu yarımbənddə “iştirak etmək” sözləri “, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq” sözləri ilə əvəz edilsin;

3.6.5. 7.7.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“7.7.10. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;”;

3.6.6. aşağıdakı məzmunda 7.7.11 – 7.7.13-cü yarımbəndlər əlavə edilsin:

“7.7.11. müəyyən edilmiş qaydada Universitetdə təhsilini müvəqqəti dayandırmaq;

7.7.12. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

7.7.13. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq.”;

3.7. 7.8.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.8.5 – 7.8.7-ci yarımbəndlər əlavə edilsin:

“7.8.5. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

7.8.6. sağlam həyat tərzi keçirmək;

7.8.7. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək.”.

4. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665, № 8, maddə 1369; 2017, № 7, maddə 1332; 2019, № 3, maddələr 405, 411; 2020, № 4, maddə 397, №7, maddə 895) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.16-cı yarımbəndində “tədris vəsaitlərinin” sözləri “tədris-metodik vəsaitlərin” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 674; 2019, № 5, maddə 848, № 11, maddə 1718) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi”nin 3.1.24-cü yarımbəndi ləğv edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 978 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1074; 2017, № 7, maddə 1371; 2020, № 2, maddə 107) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək;”;

6.2. 8.16-cı bənd üzrə:

6.2.1. 8.16.1-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

6.2.2. 8.16.2-ci yarımbəndə “aparmaq” sözündən sonra “, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək” sözləri əlavə edilsin;

6.2.3. 8.16.5-ci yarımbənddən “, Akademiyanın daxili intizam qaydalarına əməl etməklə, başqalarına şəxsi nümunə olmaq” sözləri çıxarılsın;

6.2.4. 8.16.6-cı yarımbənddə “ruhunda tərbiyə etmək” sözləri “və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata” sözləri ilə əvəz edilsin;

6.2.5. 8.16.8-ci yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın və həmin yarımbənddə “cəmiyyətə hörmət” sözləri “mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı” sözləri ilə əvəz edilsin;

6.2.6. 8.16.9-cu yarımbəndə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

6.2.7. 8.16.12-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

6.2.8. aşağıdakı məzmunda 8.16.14-1 – 8.16.14-3-cü yarımbəndlər əlavə edilsin:

“8.16.14-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

8.16.14-2. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;

8.16.14-3. Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;”;

6.3. 8.17.2-ci yarımbəndə “iştirak etmək” sözlərində sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

6.4. 8.17.4-cü yarımbəndə “tutmaq” sözündən sonra “, seçkili vəzifələrə seçmək və seçilmək” sözləri əlavə edilsin;

6.5. 8.17.5-ci yarımbənddə “əlavə təhsil almaq” sözlərindən sonra “, elmi dərəcəsini yüksəltmək;”;

6.6. aşağıdakı məzmunda 8.17.8-1-ci yarımbənd əlavə edilsin:

“8.17.8-1. tədrisin formasını sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;”;

6.7. 9.16-cı bənd üzrə:

6.7.1. 9.16.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

6.7.2. 9.16.3-cü yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

6.7.3. 9.16.4-cü yarımbənddən “, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində” sözləri çıxarılsın;

6.7.4. 9.16.6-cı yarımbənddə “həyatında” sözündən sonra “, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında” sözləri əlavə edilsin;

6.7.5. aşağıdakı məzmunda 9.16.7-1 – 9.16.7-7-ci yarımbəndlər əlavə edilsin:

“9.16.7-1. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;

9.16.7-2. həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

9.16.7-3. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

9.16.7-4. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

9.16.7-5. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

9.16.7-6. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;

9.16.7-7. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”;

6.8. 9.17-ci bənd üzrə:

6.8.1. 9.17.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“9.17.2. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;”;

6.8.2. 9.17.3-cü yarımbənddən “tədris tapşırıqlarını müəyyən edilmiş müddətlərdə yerinə yetirmək,” sözləri çıxarılsın;

6.8.3. 9.17.10-cu yarımbənddə “və cəmiyyət” sözləri “, cəmiyyət, ailə və özü” sözləri ilə əvəz edilsin;

6.8.4. aşağıdakı məzmunda 9.17.12-1 və 9.17.12-2-ci yarımbəndlər əlavə edilsin:

“9.17.12-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

9.17.12-2. sağlam həyat tərzi keçirmək;”;

6.9. 9.25-ci bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri ilə əvəz edilsin;

6.10. 9.27-ci və 9.29-cu bəndlərə “təhsil haqqında” sözlərindən əvvəl “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

6.11. 9.31-ci bənddə “dövlət sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2021-ci il.

5 Fevral 2021, 16:02

http://www.azertag.az

2081—2090 / 10511

15 May 2020, 08:05

Qusar rayonunda həyətyanı sahələrin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 May 2020, 08:05

Azərbaycan Tibb Universitetinin 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 May 2020, 08:05

T.Q.Piriyevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 May 2020, 09:05

A.B.Qocayevin Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 May 2020, 09:05

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

14 May 2020, 09:05

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

14 May 2020, 09:05

Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 May 2020, 09:05

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2005-ci il 23 mart tarixli 213 nömrəli, “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2006-cı il 23 fevral tarixli 372 nömrəli, “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” 2011-ci il 21 dekabr tarixli 548 nömrəli, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2012-ci il 13 iyul tarixli 681 nömrəli, “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 1 fevral tarixli 810 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2016-cı il 11 aprel tarixli 858 nömrəli və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

14 May 2020, 09:05

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2004-cü il 11 iyun tarixli 252 nömrəli, “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2005-ci il 8 iyun tarixli 847 nömrəli, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2008-ci il 16 aprel tarixli 2761 nömrəli, “Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2008-ci il 13 iyun tarixli 2868 nömrəli, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2009-cu il 20 iyul tarixli 383 nömrəli, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli 885 nömrəli, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında” 2013-cü il 24 iyul tarixli 3017 nömrəli, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2014-cü il 10 yanvar tarixli 213 nömrəli, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2014-cü il 27 fevral tarixli 289 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 May 2020, 09:05

Azərbaycan Respublikası Prezidentinin “Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2014-cü il 8 may tarixli 442 nömrəli, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 18 mart tarixli 1121 nömrəli, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2015-ci il 4 may tarixli 1206 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 5 may tarixli 2032 nömrəli və “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...