“Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin edən “Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradılsın.

2. “Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

3.1. Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətini təmin etsin;

3.2. yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün əsas səmərəlilik göstəricilərini müəyyən etsin və qiymətləndirməni aparsın;

3.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Dövlət Nəzarəti İnformasiya Sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görsün.İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 yanvar 2021-ci il.

30 Yanvar 2021, 19:01

http://www.azertag.az

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...