Azərbaycan Respublikası Prezidentinin “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli 832 nömrəli, “Avropa Şurasının fəaliyyətinə və Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa dair məlumatların yayılması barədə” 2000-ci il 18 mart tarixli 364 nömrəli, “Birgə kino istehsalı haqqında” Avropa Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanın təyin edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 475 nömrəli, “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” 2001-ci il 27 dekabr tarixli 851 nömrəli, “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Xüsusi Hüququ Unifikasiya İnstitutunun (YUNİDRUA) “Oğurlanmış, yaxud qanunsuz aparılmış mədəniyyət sərvətləri haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilməsi barədə” 2002-ci il 14 noyabr tarixli 1089 nömrəli, “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” 2003-cü il 23 iyun tarixli 1262 nömrəli, “Şabran şəhəri” tarix və mədəniyyət abidəsinin qorunması haqqında” 2003-cü il 27 sentyabr tarixli 1343 nömrəli və “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 11 noyabr tarixli 517 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli 832 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 409; 2004, № 1, maddə 19; 2006, № 9, maddə 743; 2020, № 8, maddə 1064) ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci, 3-cü, 10-cu, 16-cı, 20-ci və 21-ci hissələrin “İcra orqanları” sütununda “İcra Aparatı” sözləri “Administrasiyası” sözləri ilə əvəz edilsin;

1.2. 7-ci hissənin “İcra orqanları” sütununa “Elmlər” sözündən əvvəl “Azərbaycan Milli” sözləri əlavə edilsin;

1.3. 12-ci və 13-cü hissələrin “İcra orqanları” sütunundan “və Turizm” sözləri çıxarılsın;

1.4. 15-ci və 25-ci hissələr ləğv edilsin;

1.5. 24-cü və 36-cı hissələrin “İcra orqanları” sütununda “İcra Aparatı, Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti” sözləri “Administrasiyası, Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

1.6. 26-cı hissənin “İcra orqanları” sütununda “İcra Aparatı,” sözləri “Administrasiyası, Azərbaycan Milli” sözləri ilə, “Dövlət Televiziya və Radio Verilişləri Şirkəti” sözləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin və həmin sütundan “və Turizm” sözləri çıxarılsın.

2. “Avropa Şurasının fəaliyyətinə və Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa dair məlumatların yayılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 mart tarixli 364 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 203; 2006, № 9, maddə 743) 5-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

3. “Birgə kino istehsalı haqqında” Avropa Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanın təyin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 475 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 537; 2002, № 1, maddə 57; 2006, № 9, maddə 743) 1-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

4. “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 27 dekabr tarixli 851 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 795; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 24; 2006, № 9, maddə 743) 1-ci hissəsinin onuncu abzasından “və Turizm” sözləri çıxarılsın.

5. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Xüsusi Hüququ Unifikasiya İnstitutunun (YUNİDRUA) “Oğurlanmış, yaxud qanunsuz aparılmış mədəniyyət sərvətləri haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 14 noyabr tarixli 1089 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 668; 2006, № 9, maddə 743) adından və 1-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

6. “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 iyun tarixli 1262 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 324; 2006, № 9, maddə 743) 3-cü hissəsindən “və Turizm” sözləri çıxarılsın.

7. “Şabran şəhəri” tarix və mədəniyyət abidəsinin qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 1343 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 517; 2006, № 9, maddə 743) aşağıdakı dəyişikliklər edilsin;

7.1. 4-cü hissədə “və Turizm Nazirliyinə” sözləri “Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə” sözləri ilə, “etsin” sözü “etsinlər” sözü ilə, “görsün” sözü “görsünlər” sözü ilə əvəz edilsin;

7.2. 5-ci hissədən “və Turizm” sözləri çıxarılsın.

8. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 517 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 940; 2005, № 7, maddə 596; 2006, № 9, maddə 743; 2007, № 2, maddə 87; 2008, № 3, maddə 168; 2009, № 4, maddə 226; 2010, № 2, maddə 80; 2011, № 2, maddə 85; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1464; 2020, № 8, maddə 1064) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək Tədbirlər”də aşağıdakı dəyişikliklər edilsin;

8.1. 5.2.3-cü yarımbəndə, 8.11-ci, 8.18-ci, 8.20-ci, 8.21-ci və 8.25-ci bəndlərə “Milli” sözündən əvvəl “Azərbaycan” sözü əlavə edilsin;

8.2. 5.2.5-ci yarımbəndin “İcraçılar” sütununda “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin;

8.3. 5.2.7-ci yarımbəndin “İcraçılar” sütunundan “və Turizm” sözləri çıxarılsın və həmin sütuna “Səhiyyə Nazirliyi” sözlərindən sonra “, Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin.

8.4. 5.2.8-ci yarımbəndin “İcraçılar” sütununda “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin;

8.5. 5.1.14-cü, 5.2.17-ci və 5.2.19-cu yarımbəndlərin “İcraçılar” sütununda “Tikinti” sözü “Şəhərsalma” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2021-ci il.

29 Yanvar 2021, 19:01

http://www.azertag.az

3561—3570 / 10511

31 May 2018, 08:05

“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1119-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 May 2018, 08:05

Strahan Edvard Corc Dankanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 May 2018, 08:05

Vud Endryu Marlinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 May 2018, 08:05

F.A.Məmmədovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 May 2018, 08:05

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

29 May 2018, 08:05

Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 May 2018, 08:05

E.H.Axundovaya “Xalq yazıçısı” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 May 2018, 08:05

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam   ətraflı...

24 May 2018, 08:05

Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

24 May 2018, 08:05

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...