Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli, “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 12 mart tarixli 115 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 371 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 376 nömrəli və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175; 2000, № 8 (III kitab), maddə 615; 2001, № 10, maddə 640, № 12, maddələr 754, 755; 2003, № 10, maddələr 546, 568, 571, 585; 2004, № 12, maddə 1005; 2005, № 2, maddə 69, № 3, maddə 170, № 7, maddə 592, № 8, maddə 720, № 12, maddələr 1104, 1112; 2006, № 9, maddə 743; 2007, № 3, maddə 234, № 8, maddə 766; 2008, № 6, maddə 498, № 9, maddə 798, № 11, maddə 969; 2009, № 2, maddə 70, № 4, maddə 226, № 10, maddələr 776, 779; 2010, № 4, maddə 296, № 5, maddə 389; 2013, № 9, maddə 1056; 2014, № 4, maddə 364, № 5, maddə 477, № 7, maddə 805, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 11, maddə 1817; 2017, № 2, maddə 177, № 8, maddə 1521; 2018, № 5, maddə 902, № 9, maddə 1840; 2019, № 2, maddə 248, № 5, maddə 852) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na 2 nömrəli əlavə – “İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı”nın “Rəyi tələb olunan dövlət orqanları” sütununun beşinci və yeddinci abzaslarından “və Turizm” sözləri çıxarılsın.
2. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 236; 1999, № 8, maddə 493; 2001, № 10, maddə 640; 2002, № 12, maddə 726; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1417; 2015, № 9, maddə 1000; 2018, № 6, maddə 1199; 2019, № 5, maddə 826) 1-ci hissəsinin birinci abzasının ikinci cümləsindən “və Turizm” sözləri çıxarılsın.
3. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 115 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 167; 2002, № 8, maddə 482; 2006, № 9, maddə 743; 2007, № 6, maddə 601; 2019, № 12, maddə 1933) 2.4-cü bəndindən “və Turizm” sözləri çıxarılsın.
4. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 371 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 511; 2003, № 10, maddə 546; 2004, № 1, maddə 19; 2006, № 9, maddə 743; 2007, № 5, maddə 459; 2017, № 3, maddə 353) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ında aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci bəndin “İcraçı orqan” sütununda “Elmlər Akademiyası, Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti” sözləri “Azərbaycan Milli Elmlər Akademiyası, Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;
4.2. 2.2-ci və 2.19-cu bəndlərinin “İcraçı orqan” sütunundan “və Turizm” sözləri çıxarılsın və həmin bəndlərdə “Dövlət Televiziya və Radio Verilişləri Şirkəti” sözləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;
4.3. 2.3-cü və 4.4-cü bəndlərin “İcraçı orqan” sütununda “Elmlər” sözündən əvvəl “Azərbaycan Milli” sözləri əlavə edilsin.
5. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 376 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 516; 2001, № 7, maddə 459; 2006, № 9, maddə 743) üçüncü abzasında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.
6. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 1521; 2018, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599; 2019, № 8, maddələr 1396, 1407; 2020, № 5, maddə 560; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 noyabr tarixli 1187 nömrəli Fərmanı) 1.31-ci bəndində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 yanvar 2021-ci il.
29 Yanvar 2021, 19:0123 Sentyabr 2021, 18:09
“Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Sentyabr 2021, 18:09
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Sentyabr 2021, 18:09
“Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 avqust tarixli 1345 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Sentyabr 2021, 18:09
“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Sentyabr 2021, 18:09
“Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Sentyabr 2021, 18:09
“Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 iyun tarixli 2861 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Sentyabr 2021, 18:09
“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 may tarixli 2830 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Sentyabr 2021, 18:09
Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Sentyabr 2021, 20:09
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Sentyabr 2021, 20:09
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...