Azərbaycan Respublikası Prezidentinin “Qeyri-dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli mədəniyyət sərvətlərinin satılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 944 nömrəli, “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli 4 nömrəli, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 29 yanvar tarixli 16 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 23 aprel tarixli 56 nömrəli, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 28 dekabr tarixli 344 nömrəli, “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” 2006-cı il 1 sentyabr tarixli 456 nömrəli və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 6 fevral tarixli 529 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 944 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 549; 2006, № 9, maddə 743) ilə təsdiq edilmiş “Qeyri-dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli mədəniyyət sərvətlərinin satılması Qaydası”nın 2-ci və 6-cı hissələrindən “və Turizm” sözləri çıxarılsın.
2. “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli 4 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 11, maddə 634; 2006, № 9, maddə 743; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 22; 2005, № 10, maddə 910; 2008, № 11, maddə 970; 2009, № 2, maddə 59, № 7, maddə 532, № 12, maddə 983; 2010, № 11, maddə 964; 2011, № 2, maddə 85, № 6, maddə 493; 2015, № 9, maddə 986; 2018, № 5, maddə 924; 2020, № 5, maddə 702) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 8.8-3-cü bəndindən “və Turizm” sözləri çıxarılsın.
4. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 aprel tarixli 56 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 236; 2006, № 9, maddə 743) 2.1-ci bəndi ləğv edilsin.
5. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 344 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1113; 2006, № 9, maddə 743) 1.1-ci bəndindən “və Turizm” sözləri çıxarılsın.
6. “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 1 sentyabr tarixli 456 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 734; 2009, № 4, maddə 226; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 4, maddə 536) 1.3-cü bəndindən “və Turizm” sözləri çıxarılsın və həmin bəndə “və yerli” sözlərindən əvvəl “, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin.
7. “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 529 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 95) 2.2-ci bəndindən “və Turizm” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 yanvar 2021-ci il.
29 Yanvar 2021, 19:0114 Sentyabr 2018, 08:09
Tədris mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Sentyabr 2018, 08:09
A.C.Məlikovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Sentyabr 2018, 08:09
Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Sentyabr 2018, 08:09
Sabirabad rayonunun Dadaşbəyli–Çöl Ağaməmmədli–Xankeçən–Salmanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 Sentyabr 2018, 08:09
İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 Sentyabr 2018, 08:09
Şabran rayonunun Şabran–Əmirxanlı–Qazbabalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
10 Sentyabr 2018, 09:09
Hacıqabul rayonunun Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (103 km)–Navahı–Pirsaat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
10 Sentyabr 2018, 09:09
Zərdab rayonunun Zərdab–Qaravəlli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Avqust 2018, 07:08
Azərbaycan Respublikası Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Avqust 2018, 07:08
Cəlilabad rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)–Maşlıq–Muğan–Söyüdlü–Kazımabad–Göytəpə–Privolnoye–Ağdaş–Soyuqbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...