Azərbaycan Respublikası Prezidentinin “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” 2016-cı il 1 iyun tarixli 923 nömrəli, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 12 iyul tarixli 985 nömrəli, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli, “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 20 fevral tarixli 1252 nömrəli və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 22 fevral tarixli 1255 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1019; 2017, № 2, maddə 172, № 6, maddə 1099) 8-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə və “Nazirliyin” sözü “Agentliyin” sözü ilə əvəz edilsin.
2. “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1256; 2017, № 1, maddə 48, № 6, maddə 1073, № 10, maddə 1787; 2019, № 12, maddə 1945; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 noyabr tarixli 1188 nömrəli Fərmanı) 5-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 7 (I kitab), maddələr 1496, 1506, № 11, maddə 2287; 2019, № 2, maddələr 218, 236, № 4, maddə 625, № 5, maddələr 848, 855; 2020, № 2, maddə 100, № 9, maddə 1148) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. “1. Qısa xülasə” hissəsinin altıncı abzasının üçüncü cümləsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;
3.2. “7. Strateji Hədəflər” hissəsinin 7.1.2-ci yarımbəndinin beşinci abzasında, “Tədbir 1.2.10: Ticarət festivallarının keçirilməsi” yarımbəndinin birinci abzasının birinci cümləsində, ikinci abzasının ikinci cümləsində, “Tədbir 1.2.13: Bakı şəhərindən hava yolu ilə digər regionlara bir və ya iki günlük səyahət paketlərinin hazırlanması” yarımbəndinin birinci cümləsində, “Tədbir 1.4.1: Sahibkarlığa Kömək Milli Fondunun turizm sektoruna ayıracağı maliyyə vəsaitinə dair tədbirlər planının hazırlanması” yarımbəndinin ikinci abzasının ikinci cümləsində, “Tədbir 1.4.2: 2017–2020-ci illərdə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitindən istifadə üzrə təşviqat planının hazırlanması” yarımbəndinin birinci və üçüncü cümlələrində, “Tədbir 1.4.6: “Duty free” dükanları da daxil olmaqla məqsədli infrastrukturun formalaşdırılması” yarımbəndinin birinci cümləsində, “Tədbir 1.4.7: Məşhur brend mehmanxanaların Bakı şəhərində tikilməsinə şərait yaradılması” yarımbəndinin birinci cümləsində, 7.2.1-ci yarımbəndin ikinci abzasının üçüncü cümləsində, 7.2.2-ci yarımbəndinin “Tədbir 2.2.1: TRZ-lərin idarəetmə strukturunun yaradılması” yarımbəndinin birinci cümləsində, “Tədbir 2.2.2: TRZ-lərdə fəaliyyətin turizm klasterinə uyğun qurulması” yarımbəndinin birinci cümləsində, “Tədbir 2.2.3: TRZ-lərin inkişaf etdirilməsi” yarımbəndinin üçüncü cümləsində, “Tədbir 2.2.5: Yeni TRZ-nin yaradılması ilə bağlı təhlillərin aparılması” yarımbəndinin birinci cümləsində, “Tədbir 2.2.6: İllik inkişaf planlarının icrası üçün monitorinq mexanizminin yaradılması” yarımbəndində, 7.2.3-cü yarımbəndinin “Tədbir 2.3.1: İlk növbədə Bakı şəhərinin, daha sonra isə bütün ölkənin turizm təqviminin hazırlanması” yarımbəndinin birinci cümləsində, “Tədbir 2.3.3: Azərbaycan Respublikasında turizmin təşviqi siyasətində mövsümiliyi azaldan tədbirlərin və layihələrin xüsusi olaraq dəstəklənməsinin təmin edilməsi” yarımbəndinin ikinci cümləsində, 7.2.5-ci yarımbəndinin “Tədbir 2.5.1: 1.1-ci prioritetdə müəyyən edilmiş Bakı şəhərinin 2017–2020-ci illər üzrə marketinq və kommunikasiya planına paralel olaraq liberal hava nəqliyyatı üzrə razılaşmaların əldə edilməsi məqsədilə işçi qrupun yaradılması” yarımbəndinin dördüncü cümləsində, “Tədbir 2.5.5: Əsas hava yolları, kurort şəbəkələri və ya səyahət şirkətləri ilə strateji tərəfdaşlığın qurulması üçün müxtəlif variantların nəzərdən keçirilməsi” yarımbəndinin üçüncü cümləsində, 7.3.1-ci yarımbəndinin “Tədbir 3.1.1: Sağlamlıq turizmi üzrə 2017–2020-ci illəri əhatə edən fəaliyyət planının hazırlanması” yarımbəndinin birinci cümləsində, “Tədbir 3.1.2: Naftalan nefti əsasında mövcud və yeni sağlamlıq məhsullarının təşviqi” yarımbəndinin beşinci və altıncı cümlələrində, 7.3.2-ci yarımbəndinin “Tədbir 3.2.3: Regiondan olan turistlərin Azərbaycana axınını artırmaq məqsədi ilə qış turizm komplekslərində müxtəlif mövsümlərdə böyük və cəlbedici festivalların keçirilməsi” yarımbəndinin birinci cümləsində, 7.3.3-cü yarımbəndinin “Tədbir 3.3.1: Azərbaycanın şimal, şimal-qərb və qərb dəhlizləri boyunca bütün mədəni-tarixi görməli yerləri üzrə gündəlik-həftəlik avtomobil və piyada marşrutlarının tərtib edilməsi” yarımbəndinin ikinci abzasının birinci cümləsində, “Tədbir 3.3.2: “Böyük İpək Yolu” və digər mədəni turizm marşrutları üzrə bələdçilik etmək üçün sertifikasiya proqramının işlənib hazırlanması” yarımbəndinin birinci cümləsində, “Tədbir 3.3.4: Yeni mədəni turizm marşrutlarının təşviqi” yarımbəndinin birinci cümləsində, 7.3.5-ci yarımbəndinin “Tədbir 3.5.1: Azərbaycanın ekoloji turizm potensialının araşdırılması və milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili” yarımbəndinin birinci cümləsində, “Tədbir 3.5.2: Azərbaycanda kənd turizminin inkişaf etdirilməsi” yarımbəndinin birinci cümləsində, 7.4.1-ci yarımbəndinin “Tədbir 4.1.3: Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində yeni regional turizm peşə məktəblərinin yaradılması” yarımbəndinin birinci cümləsində, “Tədbir 4.1.4: Turizm sektoru üzrə peşə standartlarının və təhsil proqramlarının (kurikulumların) hazırlanması və turizm bələdçilərinin sertifikatlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi” yarımbəndinin birinci abzasında və ikinci abzasının ikinci cümləsində, “Tədbir 4.1.6: Turizm üzrə MBA proqramının yaradılması üçün tədbirlərin görülməsi” yarımbəndinin birinci cümləsində ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin və 7.2.1-ci yarımbəndinin ikinci abzasının üçüncü cümləsinə “Nazirliyi” sözündən sonra “2018-ci ilin aprel ayından isə Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin.
4. “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 1252 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 196, № 4, maddə 549, № 6, maddə 1074; 2019, № 12, maddə 1945) 5-ci, 7-ci hissələrində və həmin Fərmanla təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 1.6-cı, 1.8-ci bəndlərində, 2.0.10-cu yarımbəndində, 3-cü hissəsində, 4.2.4-cü, 4.2.6-cı yarımbəndlərində və 6.9-cu bəndində ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.
5. “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli 1255 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 199; 2018, № 6, maddə 1236) 10.4-cü bəndindən və 11-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 yanvar 2021-ci il.
29 Yanvar 2021, 19:0128 Dekabr 2022, 08:12
“AzərbaycanRespublikasınınPrezidentiyanındaVətəndaşlaraXidmətvə Sosial İnnovasiyalar üzrə DövlətAgentliyinin 10 illiyi (2012-2022)” AzərbaycanRespublikasınınyubileymedalınıntəsviri ətraflı...
28 Dekabr 2022, 08:12
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
28 Dekabr 2022, 08:12
“Valyuta tənzimi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İpoteka haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
28 Dekabr 2022, 08:12
“Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 691-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 20 aprel tarixli 867 nömrəli, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 7 dekabr tarixli 1149 nömrəli fərmanlarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 Dekabr 2022, 08:12
Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
26 Dekabr 2022, 16:12
F.Ş.Bədəlbəylinin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Dekabr 2022, 15:12
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Dekabr 2022, 16:12
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Dekabr 2022, 16:12
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
22 Dekabr 2022, 16:12
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...