Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 noyabr tarixli 1176 nömrəli və 30 dekabr tarixli 1222 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 18-1-ci hissəsində “bölmələrin rəhbərləri” sözləri “bölmənin rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 yanvar 2021-ci il.

28 Yanvar 2021, 18:01

http://www.azertag.az

10271—10280 / 10511

26 Fevral 2014, 09:02

“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında   ətraflı...

26 Fevral 2014, 09:02

Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında   ətraflı...

21 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında ƏSASNAMƏ   ətraflı...

21 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin STRUKTURU   ətraflı...

21 Fevral 2014, 09:02

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

20 Fevral 2014, 10:02

"Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nın və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında   ətraflı...

19 Fevral 2014, 17:02

R.S.Auşevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

18 Fevral 2014, 08:02

Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

17 Fevral 2014, 09:02

A.M. Paşayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

14 Fevral 2014, 09:02

“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında   ətraflı...