Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” 2006-cı il 30 mart tarixli 1395 nömrəli, “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” 2015-ci il 2 fevral tarixli 1011 nömrəli, “Mingəçevir Sənaye Parkının yaradılması haqqında” 2015-ci il 26 fevral tarixli 1077 nömrəli, “Qaradağ Sənaye Parkının yaradılması haqqında” 2015-ci il 3 iyun tarixli 1255 nömrəli, “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” 2016-cı il 13 iyun tarixli 2115 nömrəli, “Pirallahı Sənaye Parkının yaradılması haqqında” 2016-cı il 14 sentyabr tarixli 2336 nömrəli, “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 25 iyul tarixli 3127 nömrəli və “Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 27 noyabr tarixli 3407 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:1. “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli 1395 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 283, № 6, maddə 511; 2007, № 5, maddə 517; 2009, № 2, maddə 74; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477, № 12, maddə 1638; 2016, № 8, maddə 1384; 2020, № 8, maddə 923) 2.3.5-ci yarımbəndi ləğv edilsin.
2. “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1011 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 144; 2016, № 8, maddə 1384; 2019, № 5, maddə 911) 3-cü hissəsində “təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti” sözləri “təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin.
3. “Mingəçevir Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli 1077 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 208; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.”;
3.2. 4.2-ci bənddə “Cəmiyyətə” sözü “Agentliyə” sözü ilə əvəz edilsin.
4. “Qaradağ Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 717; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Qaradağ Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.”;
4.2. 5.2-ci bənddə “Cəmiyyətə” sözü “Agentliyə” sözü ilə əvəz edilsin.
5. “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyun tarixli 2115 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1118; 2019, № 5, maddə 911) 2.2-ci bəndində “idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti” sözləri “fəaliyyətinin təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin.
6. “Pirallahı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 sentyabr tarixli 2336 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1531) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.”;
6.2. 5.2-ci bənddə “Cəmiyyətə” sözü “Agentliyə” sözü ilə əvəz edilsin.
7. “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli 3127 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1462; 2019, № 5, maddə 911) 2.2-ci bəndində “təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə” sözləri “təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə” sözləri ilə əvəz edilsin.
8. “Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3407 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2116; 2019, № 5, maddə 911) 2.2-ci bəndində “təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə” sözləri “təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 yanvar 2021-ci il.
22 Yanvar 2021, 18:016 Mart 2014, 09:03
Ş.H. Hacıyevin Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
6 Mart 2014, 09:03
Ə.C. Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
5 Mart 2014, 10:03
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
11 nömrəli Xüsusi internat məktəbinin adının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında ətraflı...
5 Mart 2014, 10:03
"Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
"Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
"Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 fevral tarixli 23 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...