Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli 1243 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Qarabağ Dirçəliş Fondunun strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki, Qarabağ Dirçəliş Fondunun (bundan sonra – Fond) nizamnamə fondu 1 (bir) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Fond:

5.1. əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 yanvar 2021-ci il.

19 Yanvar 2021, 17:01

http://www.azertag.az

5731—5740 / 10511

21 Fevral 2017, 09:02

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

21 Fevral 2017, 09:02

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 523-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

21 Fevral 2017, 09:02

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

21 Fevral 2017, 09:02

“Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 525-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

21 Fevral 2017, 09:02

Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında   ətraflı...

20 Fevral 2017, 09:02

Cavidan Qafarovun şikayəti üzrə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair   ətraflı...

20 Fevral 2017, 09:02

Nazirlər Kabinetinin qərarına əlavə   ətraflı...

20 Fevral 2017, 09:02

Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi haqqında   ətraflı...

20 Fevral 2017, 09:02

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokolun təsdiq edilməsi barədə   ətraflı...

20 Fevral 2017, 09:02

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...