“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və digər aidiyyəti dövlət orqanları “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş dövlət büdcəsinin gəlirləri üzrə göstəricilərin yerinə yetirilməsi üçün müvafiq tədbirlər görsünlər.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının (bundan sonra – Fərman):

2.1. 1.1.2.1-ci yarımbəndində (Beynəlxalq və regional təşkilatlarla və maliyyə institutları ilə əməkdaşlıq) nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılmış təkliflərini bir ay müddətində;

2.2. 1.1.2.2-ci yarımbəndində (Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları) nəzərdə tutulan vəsaitin Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları üzrə manat və müvafiq xarici valyutalarda bölgüsü və həmin bölgüdə ediləcək dəyişiklikləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılmış təkliflərini bir ay müddətində;

2.3. 1.1.2.3-cü yarımbəndində (Beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər) nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini bir ay müddətində;

2.4. 1.1.2.4.2-ci yarımbəndində (Beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər) nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini iki ay müddətində;

2.5. 1.1.3-cü yarımbəndində (Xarici yardımlar) nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini bir ay müddətində;

2.6. 1.1.1.56-cı (Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi), 1.1.4.12-ci (Elm sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi və əsaslı təmir), 1.2.1.4-cü (Müdafiə və milli təhlükəsizlik sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi), 1.2.5.2-ci (Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər), 1.3.1.9-cu (Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi), 1.11.7.10.2-ci (Digər təşkilatlar və tədbirlər), 1.12.4.2.7-ci (Yaşayış məntəqələri ilə bağlı zəruri tədbirlərin maliyyələşdirilməsi) və 1.12.4.2.9-cu (Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə) yarımbəndlərində nəzərdə tutulan vəsaitin bölgüsü və həmin bölgüdə ediləcək dəyişikliklər barədə təkliflərini;

2.7. 1.1.4.14-cü, 1.4.5.8-ci, 1.4.8.17-ci, 1.5.2.7-ci, 1.6.4.10-cu, 1.7.1.8-ci, 1.7.2.7-ci, 1.7.3.3-cü, 1.7.4.19-cu, 1.8.4.3-cü, 1.11.1.9-cu və 1.11.7.12-ci (Publik hüquqi şəxslərə dövlət büdcəsindən vəsaitin ayrılması) yarımbəndlərində nəzərdə tutulan vəsaitin bölgüsü və həmin bölgüdə ediləcək dəyişikliklər barədə təkliflərini bir ay müddətində;

2.8. 1.1.1.55-ci (Qanunvericilik və icra hakimiyyəti orqanlarının təşkilati strukturunun təkmilləşdirilməsi), 1.1.6.1-ci (Yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya), 1.1.6.2-ci (Yerli büdcələrə (bələdiyyələrə) verilən subvensiya), 1.4.8.13-cü (Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər), 1.6.4.6-cı (Sosial müdafiə, pensiya və digər sosial təminat xərcləri), 1.6.4.9-cu (Sosial müdafiə və sosial təminat sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi və əsaslı təmir), 1.8.3.3-cü (Su anbarlarının və hidroqovşaqların texniki təhlükəsizliyinin qiymətləndirilməsi və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı), 1.12.4.2.6-cı (Dövlət ehtiyatlarının yaradılması) yarımbəndlərində nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini;

2.9. 1.5.4.10-cu yarımbəndində (Qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması və icbari tibbi sığorta tətbiq olunmayan inzibati ərazi vahidləri üzrə səhiyyə müəssisələrinin saxlanılması xərcləri) nəzərdə tutulan vəsaitin bölgüsü barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Fərmanın 1.11.7.3.1-ci (Dövlət əmlakının özəlləşdirilməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması) yarımbəndində nəzərdə tutulan vəsaitin bölgüsü barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən nərə balıq növünün süni artırılması, təbii populyasiyasının bərpası və qorunması, laboratoriyaların fəaliyyətinin təmin edilməsi, geoloji-kəşfiyyat, xəritəçəkmə, şəhərsalma və ərazilərin minalardan təmizlənməsi işlərinin dövlət sifarişi kimi təsdiq olunması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

5. Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2022-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsini hazırlayıb beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

6. Bu Sərəncamın 2.1-ci, 2.2-ci, 2.3-cü, 2.4-cü və 2.5-ci bəndlərinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinə, 2.6-cı, 2.8-ci bəndlərinin icrası Fərmanın 1.1.4.12-ci, 1.4.8.13-cü yarımbəndləri üzrə Humanitar məsələlər şöbəsinə, 1.2.1.4-cü, 1.2.5.2-ci, 1.3.1.9-cu, 1.12.4.2.6-cı yarımbəndləri üzrə Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinə, 1.8.3.3-cü yarımbəndi üzrə Aqrar və ekologiya şöbəsinə, 1.6.4.6-cı, 1.6.4.9-cu yarımbəndləri üzrə və bu Sərəncamın 2.9-cu bəndinin icrası Sosial məsələlər şöbəsinə, 2.6-cı, 2.8-ci bəndlərin digər yarımbəndləri üzrə icrası, habelə bu Sərəncamın 2.7-ci bəndinin və 3-cü hissəsinin icrası İqtisadiyyat şöbəsinə, 4-cü hissəsinin icrası aidiyyəti üzrə Aqrar və ekologiya şöbəsinə, Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinə, Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinə, 5-ci hissəsinin icrası Sənaye və energetika şöbəsinə həvalə edilsin.

7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Əli Əsədov

Bakı şəhəri, 6 yanvar 2021-ci il

9 Yanvar 2021, 20:01

http://www.azertag.az

10371—10380 / 10511

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 fevral tarixli 29 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə Qaydası"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar"da dəyişiklik edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...