Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirən publik hüquqi şəxsdir;

2.2. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək məqsədilə 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

2.3. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir.

3. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Mərkəzin yenidən təşkili və ləğvi;

3.1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;

3.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

3.2.1. Müşahidə Şurasının sədrinin və digər üzvlərinin, İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2.2. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi, o cümlədən müvafiq beynəlxalq öhdəliklərdən irəli gələn xərclərinin ödənilməsi dövlət büdcəsinin vəsaiti, habelə fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Mərkəzin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini iki ay müddətində həll etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

6.1. Mərkəzin nizamnaməsini, strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;

6.2. Mərkəzin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 yanvar 2021-ci il.

6 Yanvar 2021, 19:01

http://www.azertag.az

9071—9080 / 10511

16 Dekabr 2014, 09:12

Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Nursultan Nazarbayevə   ətraflı...

16 Dekabr 2014, 09:12

Bəhreynin Kralı Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəyə   ətraflı...

16 Dekabr 2014, 09:12

G.M. Vəliyevaya “Əməkdar Hüquqşünas” fəxri adının verilməsi haqqında   ətraflı...

16 Dekabr 2014, 09:12

A.Ş. Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

16 Dekabr 2014, 09:12

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında   ətraflı...

16 Dekabr 2014, 09:12

S.B.Əsədova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

16 Dekabr 2014, 09:12

X.M.Nəcəfova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

15 Dekabr 2014, 09:12

"Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 avqust tarixli 212 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

15 Dekabr 2014, 09:12

"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

15 Dekabr 2014, 09:12

"Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...