“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Xorvatiya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında” Memorandumun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Xorvatiya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında” 2014-cü il mayın 19-da Bakı şəhərində imzalanmış Memorandum təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Memorandumun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Xorvatiya Respublikası Hökumətini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2014-cü il.
9 İyul 2014, 09:07
24 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...