Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Moldova Respublikasının Maliyyə Nazirliyi yanında Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsindəəməkdaşlıq haqqında Protokolun təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Moldova Respublikasının Maliyyə Nazirliyi yanında Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında 2014-cü il iyunun 4-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2.Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Moldova Respublikası Hökumətini xəbərdar etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 iyul 2014-cü il.

9 İyul 2014, 09:07

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...