Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, daxili bazarda təbii qazın alqı-satqı əməliyyatlarının optimallaşdırılması, səmərəliliyinin artırılması və bununla bağlı mərkəzləşdirilmiş idarəetmənin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixindən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - “Azərkontrakt” ASC) həvalə edilsin.
2. Bu Qərarın 1-ci hissəsində qeyd olunmuş məqsədlər üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra - SOCAR):
2.1. SOCAR və onun strukturuna daxil olan qurumlar (“Azneft” İstehsalat Birliyi) tərəfindən hasil edilən əmtəəlik qazın, hər il üçün təsdiq olunan Yanacaq-Enerji Balansına uyğun olaraq ixrac üçün nəzərdə tutulan qaz həcmləri istisna olmaqla, müvafiq alqı-satqı müqavilələri əsasında “Azərkontrakt” ASC-yə satılmasını təmin etsin;
2.2. SOCAR və onun strukturuna daxil olan qurumlar tərəfindən Azərbaycan Respublikasının daxilində fəaliyyət göstərən qaz hasilatçıları (müvafiq hasilatın pay bölgüsü haqqında və bu qəbildən olan digər sazişlərə əsasən fəaliyyət göstərən birgə müəssisələr, əməliyyat şirkətləri və podratçılar) ilə alıcı qismində tərəf olduqları qaz təchizatına dair müqavilələr üzrə hüquq və öhdəliklərin həmin müqavilələrin şərtlərinə və tətbiq olunan qanunvericiliyə uyğun olaraq “Azərkontrakt” ASC-yə ötürülməsini təmin etsin;
2.3. SOCAR-ın daxili bazarın istehlakçıları və paylayıcıları (“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti) ilə olan qaz satışı müqavilələri üzrə hüquq və öhdəliklərinin həmin müqavilələrin şərtlərinə və tətbiq olunan qanunvericiliyə uyğun olaraq “Azərkontrakt” ASC-yə ötürülməsini təmin etsin;
2.4. dövləti təmsil edən qismində tərəf olduğu bütün hasilatın pay bölgüsü sazişləri və birgə müəssisələr üzrə SOCAR tərəfindən alınan, eləcə də SOCAR-a əvəzsiz verilən qaz həcmlərinin qəbulu, hazırlanması, saxlanması və təhvil-qəbul üzrə əməliyyatların həyata keçirilməsi üçün tətbiq olunan qanunvericiliyə uyğun olaraq SOCAR və ya onun strukturuna daxil olan qurumlar və “Azərkontrakt” ASC arasında müvafiq müqavilələrin bağlanılmasını təmin etsin;
2.5. ölkədaxili qaz istehsalçıları və istehlakçıları (paylayıcıları) arasında bu Qərarın 2.1-ci bəndi ilə müəyyən edilmiş qaz həcmlərinin hazırlanması, nəqli və saxlanması üzrə əməliyyatların həyata keçirilməsi üçün qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada SOCAR-ın strukturuna daxil olan qurumla (Qaz İxrac İdarəsi) “Azərkontrakt” ASC arasında müvafiq xidmət müqavilələrinin imzalanmasını təmin etsin.
3. Müəyyən edilsin ki, bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulan müqavilələr üzrə hüquq və öhdəliklərin “Azərkontrakt” ASC-yə ötürülməsi həmin müqavilələr üzrə 2021-ci il 1 yanvar tarixinə yaranmış maliyyə tələblərinə və öhdəliklərinə şamil edilmir.
4. SOCAR və “Azərkontrakt” ASC-yə tapşırılsın ki, bu Qərarın 2-ci hissəsi ilə müəyyən olunmuş müqavilə münasibətlərinin 2021-ci il 1 yanvar tarixindən etibarən tətbiq olunmasını və bu Qərardan irəli gələn digər məsələlərin həll edilməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, SOCAR, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və “Azərkontrakt” ASC ilə birlikdə bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulan müqavilələr, habelə “Azərkontrakt” ASC tərəfindən ölkədaxili qaz təchizatı ilə əlaqədar imzalanacaq yeni müqavilələr üzrə ödəniş öhdəliklərinin müvafiq müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirilməsi üçün maliyyə mexanizmlərinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Azərkontrakt” ASC-nin təsis sənədlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunlaşdırılması və bu Qərardan irəli gələn vəzifələrin təsis sənədlərində müvafiq qaydada əks etdirilməsi məqsədilə zəruri tədbirləri həyata keçirsin.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktlarının bu Qərara uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 28 dekabr 2020-ci il
29 Dekabr 2020, 20:1230 Yanvar 2021, 19:01
Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə Nazirlər Kabinetinin Qərarı ətraflı...
30 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Yanvar 2021, 19:01
“Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2016-cı il 29 mart tarixli 1932 nömrəli, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli, “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 20 fevral tarixli 2677 nömrəli, “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” 2017-ci il 17 noyabr tarixli 3392 nömrəli, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli və “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 fevral tarixli 3722 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan teatrı 2009–2019-cu illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 18 may tarixli 277 nömrəli, “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 22 may tarixli 292 nömrəli, “2009-cu il fevralın 26-da Havana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 338 nömrəli, “2009-cu il mayın 5-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Belarus Respublikasının İnformasiya Nazirliyi arasında nəşriyyat və informasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 342 nömrəli və “2009-cu il mayın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 344 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2013-cü il 24 iyun tarixli 2966 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 14 fevral tarixli 273 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2014-cü il 29 dekabr tarixli 966 nömrəli, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 19 yanvar tarixli 995 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokolun təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 1243 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 1 iyul tarixli 298 nömrəli, “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2005-ci il 25 avqust tarixli 972 nömrəli, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2006-cı il 17 aprel tarixli 1413 nömrəli, “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 26 avqust tarixli 1640 nömrəli, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli və “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” 2007-ci il 28 fevral tarixli 2006 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli 832 nömrəli, “Avropa Şurasının fəaliyyətinə və Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa dair məlumatların yayılması barədə” 2000-ci il 18 mart tarixli 364 nömrəli, “Birgə kino istehsalı haqqında” Avropa Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanın təyin edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 475 nömrəli, “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” 2001-ci il 27 dekabr tarixli 851 nömrəli, “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Xüsusi Hüququ Unifikasiya İnstitutunun (YUNİDRUA) “Oğurlanmış, yaxud qanunsuz aparılmış mədəniyyət sərvətləri haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilməsi barədə” 2002-ci il 14 noyabr tarixli 1089 nömrəli, “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” 2003-cü il 23 iyun tarixli 1262 nömrəli, “Şabran şəhəri” tarix və mədəniyyət abidəsinin qorunması haqqında” 2003-cü il 27 sentyabr tarixli 1343 nömrəli və “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 11 noyabr tarixli 517 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 617-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 16 iyun tarixli 1459 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatı haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2017-ci il 28 oktyabr tarixli 1642 nömrəli, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1914 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...