“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 24 noyabr tarixli 202-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1386-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 25 yanvar tarixli 485 nömrəli və “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 527 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 24 noyabr tarixli 202-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-3-cü maddəsinin ikinci cümləsində və 30-1.13-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 17.4-3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 30-1.13-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı olaraq uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518; 2018, № 2, maddə 170, № 11, maddə 2249; 2019, № 1, maddə 75, № 8, maddə 1403; 2020, № 1, maddə 7, № 7, maddə 871; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 noyabr tarixli 1179 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.1-ci bəndə “15-2.3-cü,” sözlərindən sonra “maddələrində, 17.4-3-cü maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin və həmin bənddə “və 29.12-ci (ikinci halda)” sözləri “, 29.12-ci (ikinci halda) və 30-1.13-cü” sözləri ilə əvəz edilsin;

3.2. 3.2-ci bənddən “və 30-1.7-ci maddəsində” sözləri çıxarılsın;

3.3. aşağıdakı məzmunda 3.1-1-ci və 3.2-1-ci bəndlər əlavə edilsin:

“3.1-1. həmin Qanunun 17.4-3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

3.2-1. həmin Qanunun 30-1.13-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.

4. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 584; 2003, № 8, maddə 441; 2005, № 11, maddə 1009; 2009, № 6, maddə 419; 2010, № 3, maddə 183; 2013, № 12, maddə 1506; 2015, № 2, maddə 120) ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:

“6. Dövlət qulluqçusuna ixtisas dərəcəsi onun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınaraq verilir.”;

4.2. aşağıdakı məzmunda 6-1 – 6-4-cü hissələr əlavə edilsin:

“6-1. İnzibati vəzifələrin ali təsnifatı istisna olmaqla, birinci – ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı 5 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır.

6-2. Bu Qaydaların 6-1-ci hissəsi ilə müəyyən edilmiş tələblərə cavab verməyən dövlət qulluqçusuna, habelə təyin olunduğu inzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəsinə malik olmayan dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.

6-3. Dövlət qulluqçusuna daha yüksək (növbəti) ixtisas dərəcəsi bu Qaydalara əsasən onun ixtisas dərəcəsi tutduğu vəzifəyə uyğun gəldikdə və ixtisas dərəcəsində qulluq müddəti nəzərə alınmaqla verilir.

6-4. Müvafiq inzibati və yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar tələb olunur:

6-4.1. üçüncü – beşinci təsnifat inzibati vəzifələr üçün – ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil etməlidir;

6-4.2. altıncı – yeddinci təsnifat inzibati vəzifələr üçün – ixtisas dərəcəsində qulluq müddəti 2 il təşkil etməlidir;

6-4.3. birinci – ikinci təsnifat yardımçı vəzifələr üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir;

6-4.4. üçüncü – dördüncü təsnifat yardımçı vəzifələr üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 1 il təşkil etməlidir.”;

4.3. 8-ci hissə aşağıdakı redaksiyada verilsin:

“8. Dövlət qulluqçusuna bu Qaydaların 6-1 – 6-4-cü hissələrində müəyyən edilmiş tələblər nəzərə alınmadan daha yüksək (növbəti) ixtisas dərəcəsi aşağıdakı hallarda verilə bilər:

8.1. xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq qulluq funksiyalarını nümunəvi icra etdiyinə və işindəki yüksək nailiyyətlərinə görə;

8.2. yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə təyin edildikdə.”;

4.4. aşağıdakı məzmunda 8-1 – 8-4-cü hissələr əlavə edilsin:

“8-1. Bu Qaydaların 8-ci hissəsində nəzərdə tutulmuş qaydada dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsi onun malik olduğu ixtisas dərəcəsində qulluq müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər.

8-2. Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinə əsasən vaxtından əvvəl daha yüksək (növbəti) ixtisas dərəcəsinin verilməsinə dövlət qulluqçusunun dövlət qulluğunda qulluq etdiyi müddətdə yalnız bir dəfə yol verilir.

8-3. Yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə təyin edildiyi halda dövlət qulluqçusuna vaxtından əvvəl daha yüksək (növbəti) ixtisas dərəcəsi dövlət qulluqçusunun tutduğu inzibati vəzifədən bir təsnifat yuxarı inzibati vəzifəyə təyin edildiyi hallarda verilə bilər.

8-4. Dövlət qulluqçularına ixtisas dərəcələri verilərkən onların xüsusi, hərbi və diplomatik rütbələri nəzərə alınır.”;

4.5. 10-cu hissədən “və bu barədə dövlət qulluqçusunun əmək kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeydlər edilir” sözləri çıxarılsın;

4.6. 11-ci hissə üzrə:

4.6.1. birinci cümlədə “24-cü və 32-ci bəndlərində nəzərdə tutulmuş qaydada” sözləri “32-ci bəndinə uyğun olaraq” sözləri ilə əvəz edilsin;

4.6.2. ikinci cümlədə “dərəcələri” sözü “dərəcələrini” sözü ilə əvəz edilsin;

4.7. aşağıdakı məzmunda 13-1-ci hissə əlavə edilsin:

“13-1. Dövlət qulluqçusunun Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir.”;

4.8. 14-cü hissə aşağıdakı redaksiyada verilsin:

“14. Bu Qaydaların 13-1-ci hissəsində nəzərdə tutulan hal istisna olmaqla, dövlət qulluğuna xitam verildiyi digər hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsini saxlayır.”;

4.9. 15-ci hissə aşağıdakı redaksiyada verilsin:

“15. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən intizam tənbehi qaydasında dövlət qulluqçusunun ixtisas dərəcəsi (bu Qaydaların 11-ci hissəsinə uyğun olaraq verilmiş ixtisas dərəcələri istisna olmaqla) bir pillə aşağı salına bilər. İntizam tənbehinin tətbiqi qaydasında dövlət qulluqçusunun ixtisas dərəcəsi təqvim ili ərzində yalnız bir dəfə aşağı salına bilər. Bu qaydada aşağı salınmış ixtisas dərəcəsində qulluq müddəti həmin intizam tənbehinin verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır.”;

4.10. aşağıdakı məzmunda 15-1-ci hissə əlavə edilsin:

“15-1. İxtisas dərəcəsinin verilməsi, aşağı salınması və ixtisas dərəcəsindən məhrumetmə tətbiq olunarkən dövlət qulluqçusunun əmək kitabçasında və şəxsi işində müvafiq qeydlər edilir.”;

4.11. 16-cı hissəyə “Dövlət qulluqçularına” sözlərindən sonra “bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan” sözləri əlavə edilsin və həmin hissədən “ilk növbədə” sözləri çıxarılsın.

5. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1386-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 485 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 75) 1.2-ci bəndində “30-1.7-ci” sözləri “30-1.13-cü” sözləri ilə, “qaydasını” sözü “qaydası və qiymətləndirilmə formasını” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 226, № 11, maddə 1719) ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın 2.3.8-ci yarımbəndinə “verilməsi” sözündən sonra “, aşağı salınması və onlardan məhrum edilməsi” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 dekabr 2020-ci il.

26 Dekabr 2020, 23:12

http://www.azertag.az

111—120 / 10511

9 Fevral 2023, 15:02

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...