Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 12-ci, 13-cü və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Meşə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 139; 1999, № 8, maddə 476; 2004, № 11, maddə 902; 2007, № 5, maddə 436; 2008, № 5, maddə 348; 2010, № 4, maddə 274; 2012, № 6, maddə 496; 2016, № 6, maddə 989, № 12, maddə 2007; 2017, № 3, maddə 343; 2019, № 6, maddə 987) 8-ci maddəsinin birinci hissəsində “girov” sözü “ipoteka” sözü ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478; 2001, № 12, maddə 736; 2002, № 5, maddələr 237, 241; 2003, № 1, maddə 11, № 6, maddə 256, № 8, maddə 423; 2004, № 2, maddə 59, № 6, maddə 415, № 10, maddə 761; 2006, № 2, maddə 67, № 6, maddə 478, № 8, maddə 657, № 11, maddə 932; 2007, № 1, maddə 3, № 8, maddə 745; 2008, № 5, maddə 348, № 6, maddə 460, № 8, maddə 707, № 12, maddə 1048; 2009, № 2, maddə 36; 2012, № 6, maddə 497; 2013, № 6, maddə 621; 2015, № 3, maddə 244, № 4, maddə 358, № 10, maddə 1094; 2016, № 1, maddələr 24, 27, № 4, maddə 639; 2017, № 1, maddə 24, № 7, maddə 1301, № 12 (I kitab), maddə 2271; 2018, № 5, maddə 890, № 6, maddələr 1184, 1185; 2019, № 1, maddə 34, № 3, maddə 392, № 6, maddə 987; 2020, № 5, maddələr 512, 522, № 7, maddə 832) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4-cü maddənin 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
“4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.”;
2.2. 31-ci maddənin 5-ci hissəsində “girov qoyulmasına (ipotekasına)” sözləri “ipotekasına” sözü ilə, 73-cü maddənin 1-ci hissəsinin on dördüncü abzasında “girov qoyulması (ipotekası) zamanı girovla” sözləri “ipotekası zamanı ipoteka ilə” sözləri ilə, 80-ci maddənin doqquzuncu abzasında “girov (ipotekaya)” sözləri “ipoteka” sözü ilə, 86-cı maddənin 1-ci hissəsinin dördüncü abzasında “girov haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə girov (ipoteka)” sözləri “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ipoteka” sözləri ilə, 95-ci maddənin 2-ci hissəsinin üçüncü abzasında “girov (ipoteka)” sözləri “ipoteka” sözü ilə əvəz edilsin;
2.3. 89-cu maddə üzrə:
2.3.1. adına “girov” sözündən əvvəl “və onun üzərində hüquqların” sözləri əlavə edilsin;
2.3.2. 1-ci və 6-cı (hər iki halda) hissələrdə “girov” sözü “ipoteka” sözü ilə əvəz edilsin;
2.3.3. 7-ci hissədə “Girov qoyan (ipoteka qoyan)” sözləri “İpoteka qoyan” sözləri ilə, “girov (ipoteka)” sözləri “ipoteka” sözü ilə əvəz edilsin;
2.3.4. 8-ci hissədə “Girovsaxlayan” sözü “İpotekasaxlayan” sözü ilə, “girovla” sözü “ipoteka ilə” sözləri ilə, “girov” sözü “ipoteka” sözü ilə əvəz edilsin;
2.3.5. 9-cu hissədə “girov qoyulmasının (ipotekasının) qaydaları Azərbaycan Respublikasının ipoteka haqqında qanunvericiliyi” sözləri “ipotekaya qoyulması qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri ilə əvəz edilsin.
Maddə 3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50, № 5, maddələr 806, 812, 814, № 6, maddələr 994, 996, № 7, maddə 1202, № 8, maddə 1369, № 11, maddə 1681, № 12, maddə 1908; 2020, № 5, maddə 515, № 7, maddələr 822, 832, 839, 843) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 139-1.1.5-ci maddədən “, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində” sözləri çıxarılsın;
3.2. 246.5-ci maddədə “torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər)” sözləri “torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara” sözləri ilə əvəz edilsin.
Maddə 4. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 203; 2001, № 1, maddə 26, № 3, maddə 149, № 6, maddə 375; 2002, № 5, maddələr 237, 241; 2003, № 1, maddə 14; 2004, № 2, maddə 59, № 4, maddə 212; 2006, № 6, maddə 478; 2007, № 1, maddə 3; 2008, № 3, maddə 154, № 12, maddə 1048; 2009, № 2, maddə 36; 2015, № 3, maddə 246, № 10, maddələr 1092, 1097; 2018, № 5, maddə 889; 2020, № 7, maddə 826) 17-ci maddəsinin birinci və 18-ci maddəsinin ikinci hissələrində “girov” sözü “ipoteka” sözü ilə əvəz edilsin.
Maddə 5. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 390; 2002, № 5, maddə 241; 2003, № 1, maddələr 11, 13; 2006, № 6, maddə 478, № 8, maddə 657; 2007, № 1, maddə 3, № 6, maddə 571; 2008, № 5, maddə 348, № 12, maddə 1048; 2012, № 6, maddə 504; 2014, № 3, maddə 235; 2015, № 3, maddə 245, № 10, maddə 1096; 2018, № 11, maddə 2206; 2020, № 7, maddə 827) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1-ci maddənin birinci hissəsinin ikinci abzasında “girov” sözü “ipoteka” sözü ilə, 4-cü maddənin beşinci hissəsində “girovqoyan, girovsaxlayan” sözləri “girov (ipoteka) qoyan, girov (ipoteka) saxlayan” sözləri ilə, 5-ci maddənin birinci hissəsinin dördüncü abzasında “girovu (ipotekası)” sözləri “ipotekası” sözü ilə əvəz edilsin;
5.2. 12-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 12. İpoteka qoyulmuş torpaqların bazara çıxarılmasının xüsusiyyətləri
İpoteka qoyulmuş torpaqların bazara çıxarılması “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”;
5.3. 14-cü maddənin birinci hissəsindən “(ipoteka)” sözü çıxarılsın;
5.4. 15-ci maddə üzrə:
5.4.1.ikinci hissədən “(mülkiyyətçilər və ya girovsaxlayanlar)” sözləri çıxarılsın;
5.4.2. səkkizinci hissədən “(mülkiyyətçi və ya girovsaxlayan)” sözləri çıxarılsın;
5.4.3. aşağıdakı məzmunda doqquzuncu hissə əlavə edilsin:
“İpoteka predmeti olan torpaq sahələrinin satışı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”.
Maddə 6. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 520; 2004, № 5, maddə 314; 2005, № 2, maddə 62; 2006, № 6, maddə 486, № 8, maddə 657, № 11, maddə 923; 2007, № 11, maddə 1082; 2008, № 5, maddə 348, № 6, maddə 462, № 11, maddə 958, № 12, maddə 1048; 2011, № 12, maddə 1077; 2012, № 6, maddə 507; 2014, № 10, maddə 1170; 2015, № 2, maddə 85, № 10, maddə 1091; 2018, № 1, maddə 29; 2020, № 7, maddə 850) 20.1-ci maddəsində “girov qoyulması (ipotekası)” sözləri “ipotekası” sözü ilə əvəz edilsin.
Maddə 7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192, № 8, maddələr 1360, 1363, 1371, № 11, maddələr 1681, 1694; 2020, № 5, maddələr 521, 524, № 6, maddə 665, № 7, maddələr 824, 828, 837, 851, 853) 10.1-ci maddəsində “və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, əmlak kompleksi kimi müəssisələr” sözləri “, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər” sözləri ilə əvəz edilsin.
Maddə 8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623, № 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr 597, 604; 2015, № 3, maddə 255; 2016, № 4, maddə 645, № 6, maddə 990, № 7, maddə 1244, № 11, maddələr 1770, 1775; 2017, № 5, maddə 738, № 6, maddə 1037, № 10, maddə 1772, № 11, maddə 1954, № 12 (I kitab), maddə 2235; 2018, № 2, maddə 167, № 3, maddə 382, № 5, maddə 852; 2019, № 1, maddə 25, № 4, maddə 593; 2020, № 7, maddə 843) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 1.0.1-ci maddədə “yer təki sahələri, ayrıca su obyektləri, (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir” sözləri “binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir” sözləri ilə əvəz edilsin;
8.2. 8.0.5-ci maddədən “, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində” sözləri çıxarılsın;
8.3. 13.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“13.8. Dövlət reyestrində hər bir daşınmaz əmlak barədə məlumat saxlanılan (göstərilən) bölmələr vardır.”.
Maddə 9. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 376; 2011, № 7, maddə 594; 2014, № 6, maddə 609; 2016, № 1, maddə 17; 2019, № 1, maddə 34) aşağıdakı dəyişikliklər edilsin:
9.1. 1.1.2-ci maddədə “, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər)” sözləri “torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər” sözləri ilə əvəz edilsin;
9.2. 1.1.3-cü maddədə “binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri” sözləri “binalar (yaşayış və qeyri-yaşayış sahələri), qurğular” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2020-ci il.
23 Dekabr 2020, 18:1223 May 2023, 14:05
Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 May 2023, 14:05
Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri S.A.Hacıyevin iqamətgahı Nayrobi şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 May 2023, 14:05
S.A.Hacıyevin Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 May 2023, 14:05
S.Q.Mərdəliyevin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 May 2023, 14:05
S.Q.Mərdəliyevin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılması haqqında ətraflı...
23 May 2023, 14:05
E.H.Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 May 2023, 14:05
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 861-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 iyun tarixli 729 nömrəli, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 539-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 iyun tarixli 729 nömrəli və “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” 2021-ci il 17 aprel tarixli 1315 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 5 iyul tarixli 1738 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
23 May 2023, 14:05
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
7 May 2023, 10:05
Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 Aprel 2023, 12:04
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 837-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...