2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli 2292 nömrəli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən təxirə salınmadan iş aparılır. Mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın dövlət vəsaiti hesabına aradan qaldırılmasına dair müvafiq təkliflər hazırlanır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə qərara alıram:
1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı aşağıdakı məbləğdə maddi yardım ödənilsin:
1.1. dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində;
1.2. digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq maliyyələşməni təşkil etsin.
3. Aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin etsinlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2020-ci il.
14 Dekabr 2020, 18:1217 Sentyabr 2015, 09:09
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
17 Sentyabr 2015, 09:09
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Moskva şəhərində Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının Sərgi-Ticarət Mərkəzinin yaradılması haqqında 15 sentyabr 2014-cü il tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında ətraflı...
17 Sentyabr 2015, 09:09
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi Strategiyası”nda dəyişikliklər edilməsi barədə ətraflı...
17 Sentyabr 2015, 09:09
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
17 Sentyabr 2015, 09:09
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının səlahiyyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...
17 Sentyabr 2015, 09:09
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “AZADLIQ – 2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında ətraflı...
17 Sentyabr 2015, 09:09
Mərkəzi Seçki Komissiyasının 12 sentyabr 2015-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
15 Sentyabr 2015, 09:09
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi haqqında ƏSASNAMƏ ətraflı...
15 Sentyabr 2015, 09:09
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında ətraflı...
15 Sentyabr 2015, 09:09
“Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...