“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. dörd ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.3. həmin Qanunun 5.0.10-cu maddəsinə uyğun olaraq donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarları Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.4. həmin Qanunun 8-ci maddəsinə uyğun olaraq donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.5. həmin Qanunun 13.1-ci maddəsinə uyğun olaraq “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nın Əsasnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.6. həmin Qanunun 18.1-ci maddəsinə uyğun olaraq resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.7. həmin Qanunun 33.3-cü maddəsinə uyğun olaraq transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.8. həmin Qanunun 7.1-ci maddəsinə uyğun olaraq donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.9. həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.10. həmin Qanunun 14.2-ci maddəsinə uyğun olaraq xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasının müəyyən edilməsi üçün tibb müəssisəsinə göndərişin və tibb müəssisəsinin həkim komissiyasının qərarının formasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.11. həmin Qanunun 15.3-cü maddəsinə uyğun olaraq resipiyentin gözləmə vərəqəsinin formasını və tərtib olunma qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.10-cu, 7.1-ci, 7.2-ci, 8-ci, 9.1-ci, 10.0.1-ci, 12.1-ci, 13.1-ci, 14.2-ci, 15.3-cü, 16.4-cü maddələrində, 17.1-ci maddəsinin ikinci cümləsində, 18.1-ci, 22.6-cı, 26-cı maddələrində, 27.1-ci maddəsinin birinci cümləsində, 29.1-ci və 33.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 5.0.1-ci (orqan donorluğu və transplantasiya sahəsində dövlət siyasətinin müəyyən edilməsi, habelə orqan donorluğu və transplantasiya sahəsində normativ hüquqi aktların işlənib hazırlanması və qəbul edilməsi üzrə) maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 7.1-ci, 7.2-ci, 8-ci, 9.1-ci, 14.2-ci, 15.3-cü, 18.1-ci və 33.3-cü maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, o cümlədən həmin Qanunun 5.0.1-ci (orqan donorluğu və transplantasiya sahəsində normativ hüquqi aktların işlənib hazırlanması və qəbul edilməsi üzrə) və 5.0.10-cu maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 10.0.1-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, o cümlədən həmin Qanunun 5.0.5-ci və 5.0.7-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirirlər;
2.4. həmin Qanunun 1.1.10-cu, 12.1-ci, 13.1-ci, 16.4-cü maddələrində, 17.1-ci maddəsinin ikinci cümləsində, 22.6-cı, 26-cı maddələrində, 27.1-ci maddəsinin birinci cümləsində, 29.1-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, o cümlədən həmin Qanunun 5.0.1-ci (orqan donorluğu və transplantasiya sahəsində normativ hüquqi aktların işlənib hazırlanması və qəbul edilməsi üzrə), 5.0.2-ci, 5.0.3-cü, 5.0.4-cü, 5.0.6-cı, 5.0.8-ci, 5.0.9-cu maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:
3.1. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə uyğun olaraq Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının yaradılmasını Azərbaycan Respublikasının 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla altı ay müddətində təmin etsin və həmin bazanın Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirləri görsün;
3.2. aşağıdakı normativ hüquqi aktları beş ay müddətində qəbul edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
3.2.1. həmin Qanunun 1.1.10-cu maddəsinə uyğun olaraq məlumatlandırılmış razılıq ərizəsinin formasını;
3.2.1.3.2.2. həmin Qanunun 12.1-ci maddəsinə uyğun olaraq həkim-transplantoloqlara dair tələbləri;
3.2.2.3.2.3. həmin Qanunun 16.4-cü maddəsinə uyğun olaraq canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinin zəruriliyinə və mümkünlüyünə dair həkim komissiyasının qərarının formasını;
3.2.3.3.2.4. həmin Qanunun 22.6-cı maddəsinə uyğun olaraq şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin formasını;
3.2.4.3.2.5. həmin Qanunun 26-cı maddəsinə uyğun olaraq meyit donordan donor orqanlar götürülənədək onların anatomik və funksional baxımdan qorunub saxlanmasının təmin edilməsi üçün tibbi tədbirlərin həyata keçirilməsi qaydasını;
3.2.6. həmin Qanunun 27.1-ci maddəsinin birinci cümləsinə uyğun olaraq meyit donordan götürülmüş orqanla bağlı aktın formasını.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq, əlaqələndirici qurumun səlahiyyətlərini həyata keçirən publik hüquqi şəxs statuslu “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”ni (bundan sonra – Koordinasiya Mərkəzi) altı ay müddətində yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4.5. Koordinasiya Mərkəzinin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
4.1.5.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
4.1.1.5.1.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Koordinasiya Mərkəzinin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.1.2.5.1.2. strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi;
5.1.3. idarəetmə orqanlarının yaradılması;
4.1.3.5.1.4. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla yenidən təşkili və ləğvi.
4.2.5.2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə:
5.2.1. bu Fərmanın 5.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
5.6. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı:
5.1.6.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin;
6.2. qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun qüvvəyəminmə tarixi nəzərə alınsın.
6.7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 dekabr 2020-ci il.
8 Dekabr 2020, 20:1219 May 2014, 09:05
“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
19 May 2014, 09:05
Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
19 May 2014, 09:05
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında ətraflı...
19 May 2014, 09:05
Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
19 May 2014, 09:05
Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adının verilməsi haqqında ətraflı...
15 May 2014, 09:05
“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında ətraflı...
15 May 2014, 09:05
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında ikitərəfli məsləhətləşmələrə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında ətraflı...
15 May 2014, 09:05
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
15 May 2014, 09:05
Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında ətraflı...
15 May 2014, 09:05
“Meliorator günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli Sərəncamının ləğvi barədə ətraflı...