“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190, № 8, maddə 1382, № 11, maddə 1684, № 12, maddə 1881; 2020, № 5, maddə 508, № 6, maddələr 662, 669, № 7, maddələr 824, 830) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.36-cı maddə aşağıdakı redaksiyada verilsin:
“1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd;”.
2. 27.4-cü maddədə “Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin” sözləri “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının” sözləri ilə əvəz edilsin.
3. 29.0.21-ci maddə aşağıdakı redaksiyada verilsin:
“29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək;”.
4. 44.2-ci maddənin birinci cümləsində “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” sözləri ilə, ikinci cümləsində “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinə (nostrifikasiyasına), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 noyabr 2020-ci il.
8 Dekabr 2020, 20:1223 Dekabr 2015, 09:12
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında ətraflı...
23 Dekabr 2015, 09:12
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1405-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
23 Dekabr 2015, 09:12
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
22 Dekabr 2015, 09:12
Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında ətraflı...
22 Dekabr 2015, 09:12
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə qaydası haqqında ətraflı...
22 Dekabr 2015, 09:12
Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı ətraflı...
22 Dekabr 2015, 09:12
Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri ətraflı...
22 Dekabr 2015, 09:12
Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri ətraflı...
22 Dekabr 2015, 09:12
Lisenziyalaşdırma Qaydası ətraflı...
22 Dekabr 2015, 09:12
Azərbaycan Turizm və Menecment Universitetinin NİZAMNAMƏSİ ətraflı...