Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.

Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.

2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.

Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan – Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

1. Hər il noyabrın 10-u Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 dekabr 2020-ci il.

2 Dekabr 2020, 13:12

http://www.azertag.az

1571—1580 / 10511

30 Yanvar 2021, 19:01

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə Nazirlər Kabinetinin Qərarı   ətraflı...

30 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Yanvar 2021, 19:01

“Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2016-cı il 29 mart tarixli 1932 nömrəli, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli, “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 20 fevral tarixli 2677 nömrəli, “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” 2017-ci il 17 noyabr tarixli 3392 nömrəli, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli və “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 fevral tarixli 3722 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan teatrı 2009–2019-cu illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 18 may tarixli 277 nömrəli, “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 22 may tarixli 292 nömrəli, “2009-cu il fevralın 26-da Havana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 338 nömrəli, “2009-cu il mayın 5-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Belarus Respublikasının İnformasiya Nazirliyi arasında nəşriyyat və informasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 342 nömrəli və “2009-cu il mayın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 344 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2013-cü il 24 iyun tarixli 2966 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 14 fevral tarixli 273 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2014-cü il 29 dekabr tarixli 966 nömrəli, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 19 yanvar tarixli 995 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokolun təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 1243 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 1 iyul tarixli 298 nömrəli, “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2005-ci il 25 avqust tarixli 972 nömrəli, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2006-cı il 17 aprel tarixli 1413 nömrəli, “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 26 avqust tarixli 1640 nömrəli, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli və “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” 2007-ci il 28 fevral tarixli 2006 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli 832 nömrəli, “Avropa Şurasının fəaliyyətinə və Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa dair məlumatların yayılması barədə” 2000-ci il 18 mart tarixli 364 nömrəli, “Birgə kino istehsalı haqqında” Avropa Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanın təyin edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 475 nömrəli, “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” 2001-ci il 27 dekabr tarixli 851 nömrəli, “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Xüsusi Hüququ Unifikasiya İnstitutunun (YUNİDRUA) “Oğurlanmış, yaxud qanunsuz aparılmış mədəniyyət sərvətləri haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilməsi barədə” 2002-ci il 14 noyabr tarixli 1089 nömrəli, “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” 2003-cü il 23 iyun tarixli 1262 nömrəli, “Şabran şəhəri” tarix və mədəniyyət abidəsinin qorunması haqqında” 2003-cü il 27 sentyabr tarixli 1343 nömrəli və “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 11 noyabr tarixli 517 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 617-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 16 iyun tarixli 1459 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatı haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2017-ci il 28 oktyabr tarixli 1642 nömrəli, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1914 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...