AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi
olan şəxslərin iş yerlərinin standartlarTnda dəyişiklik edilməsi haqqında
“Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Valideynlərini itirmiş və valideyh himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 109-VIQD nömrəli Qanununun tətbiqi və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 10 iyul tarixli 1097 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1534) ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nın 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
- Adında, 3.2-ci və 3.8-ci bəndlərinin birinci cümlələrində “Əlil arabasında” sözləri “Əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin.
- 3.3-cü, 3.4-cü və 3.6-cı bəndlərdə “əlil arabasında” sözləri “əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin.
- 3.5-ci bənd üzrə:
3.1. 3.5-ci bənddə “Əlil arabasında” sözləri “Əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin;
3.2. 3.5.4-cü yarımbənddə “əmək xəsarətinin” sözləri “istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin” sözləri ilə əvəz edilsin;
3.3. 3.5.5-ci yanmbənddə “əlil arabasının” sözləri “əlilliyi olan şəxs üçün arabanın” sözləri ilə əvəz edilsin.
- 3.12-ci bənd üzrə:
4.1. 3.12-ci bənddə “Əlil arabasında” sözləri “Əlilliyi olan şəxs üçün arabada” sözləri ilə, “əlil arabasında” sözləri “əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin;
4.2. 3.12.1-ci yanmbənddə “əlil arabasının” sözləri “əlilliyi olan şəxs üçün arabanın” sözləri ilə əvəz edilsin.
- 3.13-cü bəndin ikinci və üçüncü cümlələrində “əlil arabasının” sözləri “əlilliyi olan şəxs üçün arabanın” sözləri ilə əvəz edilsin.
- 3.14-cü bənd üzrə:
6.1. 3.14-cü bənddə “Əlil arabasında” sözləri “Əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin;
6.2. 3.14.1-ci yarımbənddə “əlil arabasının” sözləri “əlilliyi olan şəxs üçün arabanın” sözləri ilə əvəz edilsin.
- 3.17-ci bənd üzrə:
7.1. ikinci cümlədə “əlil arabasında” sözləri “əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin;
7.2. dördüncü cümlədə “əlil arabasını” sözləri “əlilliyi olan şəxs üçün arabanı” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 23 noyabr 2020-ci il
№ 454
25 Noyabr 2020, 20:112 May 2017, 09:05
Azərbaycan xalçaçılarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında ətraflı...
2 May 2017, 09:05
Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında ətraflı...
2 May 2017, 09:05
İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında ətraflı...
2 May 2017, 09:05
R.Ə.Quliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
1 May 2017, 05:05
Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında ətraflı...
1 May 2017, 05:05
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
1 May 2017, 05:05
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
1 May 2017, 05:05
“Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
27 Aprel 2017, 09:04
“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
26 Aprel 2017, 09:04
Ə.Ə.Amaşovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...