Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 220
Bakı şəhəri, 4 iyul 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 1040; 2010, № 2, maddə 157, № 3, maddə 264, № 10, maddə 911; 2012, № 8, maddə 833; 2014, № 3, maddə 309) ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"na 1 nömrəli əlavə - "Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəli"ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci, 2-ci, 13-cü və 21-ci hissələr aşağıdakı redaksiyada verilsin:
1. |
ABŞ (Nyu-York, Boston, Çikaqo, Mayami,Vaşinq-ton, San-Fransisko, Los-Anceles) |
1,900.00 USD |
1,100.00 USD |
100.00 USD |
100.00 USD |
600.00 USD |
2. |
ABŞ (digər şəhərlər) |
1,400.00 USD |
600.00 USD |
100.00 USD |
100.00 USD |
600.00 USD |
13. |
Çin (digər şəhərlər) |
950.00 USD |
400.00 USD |
100.00 USD |
50.00 USD |
400.00 USD |
21. |
İsveçrə |
1,400.00 EUR |
650.00 EUR |
100.00 EUR |
50.00 EUR |
600.00 EUR |
1.2. 12-ci hissədən sonra aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilsin:
12-1. |
Çin (Honkonq və Şanxay) |
1050.00 USD |
500.00 USD |
100.00 USD |
50.00 USD |
400.00 USD |
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
7 İyul 2014, 09:07
11 Yanvar 2018, 09:01
A.M.Əzizovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
11 Yanvar 2018, 09:01
F.A.Babayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
8 Yanvar 2018, 09:01
Xaçmaz rayonunun Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
4 Yanvar 2018, 09:01
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”də, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturu”nda, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin ümumi say tərkibi”ndə və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə ətraflı...
4 Yanvar 2018, 09:01
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 882-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
4 Yanvar 2018, 09:01
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
4 Yanvar 2018, 09:01
“ASAN xidmət” işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında ətraflı...
4 Yanvar 2018, 09:01
“Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli 378-IIQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
4 Yanvar 2018, 09:01
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında ətraflı...
4 Yanvar 2018, 09:01
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017 ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...