“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 185-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyun tarixli 540 nömrəli, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 19 iyun tarixli 1471 nömrəli, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyun tarixli 140 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 iyul tarixli 164 nömrəli və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 185-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.17-ci və 12.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 1.0.17-ci və 12.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.4.10-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Qanunun 5.4.10-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;

1.5. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.20-ci, 32.3.13-cü, 36.5-ci və 41.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.6. həmin Qanunun 19.20-ci, 32.3.13-cü (ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi üzrə), 36.5-ci və 41.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.7. həmin Qanunun 32.3.13-cü (ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi istisna olmaqla) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;

1.8. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-1-ci maddəsinin dördüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.9. həmin Qanunun 12.1-1-ci maddəsinin dördüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;

1.10. “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.11. həmin Qanunun 12.3-1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;

1.12. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.13. həmin Qanunun 13.8-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsinə uyğun olaraq, ümumi təhsil müəssisələrinin Azərbaycan Respublikasına gətirdiyi avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrə münasibətdə güzəşt və imtiyazların tətbiqinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 185-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 540 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 477; 2012, № 12, maddə 1270; 2017, № 7, maddə 1330; 2018, № 10, maddə 2019; 2020, № 7, maddə 876) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə “5.0.1-ci, 11.1-ci” sözləri “1.0.17-ci, 5.0.1-ci, 11.1-ci, 12.3-cü” sözləri ilə əvəz edilsin;

3.2. 2.2-ci bənddən “12.3-cü,” sözləri çıxarılsın;

3.3. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. həmin Qanunun 1.0.17-ci və 12.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.

4. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228; 2005, № 8, maddə 708, № 9, maddə 801, № 12, maddə 1103; 2006, № 12, maddə 1034; 2008, № 2, maddə 54; 2012, № 1, maddə 6; 2013, № 12, maddə 1529; 2014, № 2, maddə 103; 2016, № 3, maddə 465, № 9, maddə 1464, № 10, maddə 1637; 2017, № 5, maddə 846, № 9, maddə 1653, № 10, maddə 1803, № 12 (I kitab), maddə 2319; 2018, № 12, maddə 2614; 2019, № 2, maddə 211; 2020, № 8, maddə 1029) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bəndə “5-1.1-ci ” sözlərindən əvvəl “5.4.10-cu,” sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:

“2.7-1. həmin Qanunun 5.4.10-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;”.

5. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə 289, № 6, maddə 532; 2016, № 1, maddə 76, № 11, maddələr 1804, 1828, № 12, maddə 2086; 2017, № 7, maddə 1360, № 10, maddə 1800, № 12 (I kitab), maddə 2313; 2018, № 2, maddə 216, № 12 (I kitab), maddə 2545; 2019, № 5, maddə 848, № 7, maddə 1229, № 8, maddə 1398; 2020, № 5, maddə 549, № 7, maddə 868) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1-ci bənddə “20.2-ci maddəsində” sözləri “19.20-ci və 20.2-ci maddələrində” sözləri ilə əvəz edilsin və həmin bəndə “36-1.1-ci” sözlərindən əvvəl “32.3.13-cü, 36.5-ci,” sözləri, “36-2.2-ci” sözlərindən sonra “, 41.1-ci” sözləri əlavə edilsin;

5.2. 2.2-ci bənd üzrə:

5.2.1. “32.3.13-cü (ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi üzrə), 36.3-cü, 36.5-ci, 41.1-ci maddələrində” sözləri “36.3-cü maddəsində” sözləri ilə əvəz edilsin;

5.2.2. “26.5-3-cü,” sözlərindən sonra “32.3.13-cü (ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi üzrə), 36.5-ci,” sözləri, “21.2-1-ci” sözlərindən əvvəl “19.20-ci maddəsində,” sözləri, “36-2.2-ci” sözlərindən sonra “, 41.1-ci” sözləri əlavə edilsin;

5.2.3. “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində” sözləri “müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözləri ilə, “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrinin” sözləri “müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin)” sözləri ilə əvəz edilsin;

5.3. 2.3-cü bənddən “32.3.13-cü (ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi istisna olmaqla),” sözləri çıxarılsın və həmin bəndə “36-1.3-cü” sözlərindən əvvəl “32.3.13-cü (ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi istisna olmaqla),” sözləri əlavə edilsin;

5.4. 2.12.1-ci yarımbənddə “üzrə səlahiyyətləri” sözləri “, eləcə də yenidən təşkili və ləğvi üzrə səlahiyyətlərini” sözləri ilə əvəz edilsin.

6. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1087; 2018, № 4, maddə 700, № 10, maddə 2018; 2020, № 5, maddə 699) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.1-ci bəndə “vəzifələri” sözündən sonra “və həmin Qanunun 12.1-1-ci maddəsinin dördüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri əlavə edilsin;

6.2. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

“2.5-1. həmin Qanunun 12.1-1-ci maddəsinin dördüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;”.

7. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1230; 2019, № 5, maddə 841; 2020, № 7, maddə 893) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2.1-ci bənddə “və 24.3-cü maddələrində” sözləri “maddələrində, 12.3-1-ci maddəsinin ikinci cümləsində və 24.3-cü maddəsində” sözləri ilə əvəz edilsin;

7.2. 2.2-ci bənddən “10.10-cu,” sözləri çıxarılsın;

7.3. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. həmin Qanunun 12.3-1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;”.

8. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1450) 3.5-ci bəndi ləğv edilsin.

9. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 863; 2020, № 7, maddə 868) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 1.1.3-cü yarımbənd ləğv edilsin;

9.2. 2.1-ci və 2.4-cü bəndlərə “13.5-ci,” sözlərindən sonra “13.8-ci,” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2020-ci il.

25 Noyabr 2020, 20:11

http://www.azertag.az

10411—10420 / 10511

21 Yanvar 2014, 08:01

Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 860-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Yanvar 2014, 08:01

“Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 627-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 868-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Yanvar 2014, 09:01

İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

17 Yanvar 2014, 09:01

İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Yanvar 2014, 09:01

2005-ci il noyabrın 25-də Moskva şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro haqqında Əsasnamə barədə Qərar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

17 Yanvar 2014, 08:01

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

17 Yanvar 2014, 08:01

Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Yanvar 2014, 08:01

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

17 Yanvar 2014, 08:01

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

15 Yanvar 2014, 08:01

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...