Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570, № 5, maddələr 796, 804, № 7, maddə 1182, № 8, maddə 1380; 2020, № 1, maddə 1, № 5, maddə 522, № 7, maddə 832) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 12-ci maddənin 2-ci hissəsinə “habelə” sözündən əvvəl “qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan,” sözləri əlavə edilsin;

1.2. 66-cı maddənin on ikinci abzasında, 70-ci maddənin “Qeyd” hissəsinin birinci cümləsində “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində” sözləri “müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözləri ilə əvəz edilsin;

1.3. 67-1-ci maddənin 5-ci hissəsində “əsas ola bilər” sözləri “əsasdır” sözü ilə əvəz edilsin;

1.4. 67-2-ci maddə üzrə:

1.4.1. adında və 1-ci hissədə “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində” sözləri “müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözləri ilə əvəz edilsin;

1.4.2. 4-cü hissədə “əsas ola bilər” sözləri “əsasdır” sözü ilə əvəz edilsin;

1.5. 74-cü maddənin 1-ci hissəsinin “ə)” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda “f)” bəndi əlavə edilsin:

“f) qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə.”.

Maddə 2. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 442; 2008, № 7, maddə 602; 2011, № 2, maddə 71; 2015, № 2, maddə 83; 2017, № 7, maddə 1258; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 664, № 7, maddə 828) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.0.9-cu maddədə “yaradılmış” sözü “xüsusi dövlət təhsil standartları və proqramları əsasında təhsil prosesini həyata keçirən” sözləri ilə əvəz edilsin;

2.2. 1.0.12-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.0.12. inklüziv təhsil – sağlamlıq imkanları məhdud olan uşaqların ümumi təhsil müəssisəsində xüsusi şərait yaratmaqla və xüsusi təlim vasitəsilə sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsi;”;

2.3. 1.0.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.0.16-cı və 1.0.17-ci maddələr əlavə edilsin:

“1.016. müəllim köməkçisi – inklüziv təhsilin həyata keçirildiyi ümumi təhsil müəssisələrində pedaqoji prosesin təşkilində müəllimə kömək edən ixtisaslı mütəxəssis;

1.0.17. stasionar təhsil – uzunmüddətli müalicədə olan şəxslər üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada ümumi təhsilin müalicə müəssisələrində müvafiq təhsil proqramlarına uyğun təşkili.”;

2.4. 12-ci maddə üzrə:

2.4.1. adında və 12.1-ci maddədə “inteqrasiyalı” sözü “inklüziv” sözü ilə əvəz edilsin;

2.4.2. 12.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“12.3. İnklüziv təhsilin təşkili qaydasını müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.”;

2.5. 24.3-cü maddədə “yekun qiymətləndirilməsini (attestasiyasını)” sözləri “yekun attestasiyasını” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724, № 10, maddə 1775; 2018, № 12 (I kitab), maddələr 2471, 2531; 2019, № 1, maddələr 16, 21, № 2, maddə 176, № 6, maddə 999, № 7, maddə 1203; 2020, № 6, maddə 675, № 8, maddə 1017) 5.4.9-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.4.10-cu maddə əlavə edilsin:

“5.4.10. təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılması barədə sənəd.”.

Maddə 4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190, № 8, maddə 1382, № 11, maddə 1684, № 12, maddə 1881; 2020, № 5, maddə 508, № 6, maddələr 662, 669, № 7, maddələr 824, 830) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.0.6-cı, 1.0.6-1-ci maddələrdə, 36-2-ci maddənin adında, 36-2.1-ci, 36-2.2-ci və 36-2.4-cü maddələrdə “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində” sözləri “müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözləri ilə əvəz edilsin;

4.2. 2.1-ci maddəyə “Peşə təhsili haqqında” sözlərindən əvvəl “Ümumi təhsil haqqında”,” sözləri əlavə edilsin;

4.3. 5.2-ci maddədə “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilsin;

4.4. 6.7-ci maddəyə “xüsusi” sözündən sonra “təhsilin” sözü əlavə edilsin;

4.5. 7.2-ci maddənin birinci cümləsinə “dövlət təhsil standartları” sözlərindən sonra “və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları” sözləri əlavə edilsin;

4.6. 13.2-ci maddədə “və fərdi” sözləri “, fərdi təhsil və stasionar” sözləri ilə əvəz edilsin;

4.7. 14-cü maddə üzrə:

4.7.1. 14.5.2-ci maddəyə “inteqrasiya təlimli internat tipli təhsil müəssisələri” sözlərindən sonra “, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbləri, inteqrasiya təlimli ümumi təhsil müəssisələri, inteqrasiya təlimli internat tipli təhsil müəssisələri, inteqrasiya təlimli internat tipli gimnaziyalar,” sözləri əlavə edilsin;

4.7.2. 14.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“14.7. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol verilir. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunur.”;

4.7.3. 14.10-cu maddəyə “müəssisələrində” sözündən sonra “(dövlət ümumi təhsil müəssisələri istisna olmaqla)” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Dövlət ümumi təhsil müəssisəsində təhsilalanların geyim formaları “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.”;

4.8. 16.4-cü maddənin ikinci cümləsində “sertifikatın” sözü “şəhadətnamənin” sözü ilə əvəz edilsin;

4.9. 17.2-ci maddənin ikinci cümləsindən “qiymətləndirmənin və ya” sözləri çıxarılsın;

4.10. 19-cu maddə üzrə:

4.10.1. 19.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“19.4. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir.”;

4.10.2. 19.6-cı maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.”;

4.10.3. 19.7-ci maddədə “fiziki inkişafını təmin etmək və müxtəlif” sözləri “idman və” sözləri ilə əvəz edilsin;

4.10.4. 19.8-ci maddədə “medalla” sözü “nişanla” sözü ilə əvəz edilsin;

4.10.5. 19.9-cu və 19.13-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.”;

“19.13. Ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.”;

4.10.6. 19.14-cü maddənin üçüncü cümləsinə “qəbulu,” sözündən sonra “şagirdlərin” sözü əlavə edilsin;

4.10.7. 19.16-cı maddə ləğv edilsin;

4.10.8. 19.17-ci, 19.19-cu, 19.20-ci və 19.21-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“19.17. Tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata hazırlanması, onlarda fəal vətəndaş mövqeyinin və rəqabətqabiliyyətliliyin, ümumbəşəri dəyərlərə tolerant münasibətin formalaşdırılması, müasir informasiya mənbələrindən sərbəst və səmərəli istifadə etməsi, iqtisadi dünyagörüşə yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur.”;

“19.19. Ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və s.) təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.

19.20. Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi və dövlət təhsil sənədinin verilməsi məqsədilə ümumi təhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI sinif) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsilalanların yekun attestasiyası keçirilir və nailiyyətlərinə görə təhsilalanlara attestat, fərqlənmə attestatı və xüsusi nümunəli attestat verilir.

19.21. Ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.”;

4.11. 29-cu maddə üzrə:

4.11.1. 29.0.2-ci və 29.0.3-cü maddələrdən “milli” sözü çıxarılsın;

4.11.2. 29.0.29-cu maddədə “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində” sözləri “müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözləri ilə əvəz edilsin və həmin maddəyə “attestasiyanı” sözündən əvvəl “yekun” sözü əlavə edilsin;

4.11.3. 29.0.33-cü maddədə “tədris” sözü “tədris-metodik” sözləri ilə əvəz edilsin;

4.11.4. 29.0.36-cı maddəyə “texnologiyaları” sözündən sonra “, rəqəmsal tədris resursları” sözləri əlavə edilsin;

4.11.5. 29.0.43-cü maddədə “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrinin” sözləri “müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin)” sözləri ilə əvəz edilsin;

4.12. 30-cu maddə üzrə:

4.12.1. 30.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“30.3. Bələdiyyə və özəl təhsil müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.”;

4.12.2. 30.4-cü maddə ləğv edilsin;

4.13. 31-ci maddə üzrə:

4.13.1. 31.0.2-ci maddədə “məktəb uşaq birliklərinin” sözləri “uşaq birliyi” sözləri ilə, “təhsil müəssisəsinin kitabxanaçıları” sözləri “laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri” sözləri ilə əvəz edilsin və həmin maddəyə “məşqçilər,” sözündən sonra “təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər, habelə” sözləri əlavə edilsin;

4.13.2. aşağıdakı məzmunda 31.0.2-1-ci maddə əlavə edilsin:

“31.0.2-1. tədrisə köməkçi heyət – tibbi xidmət işçiləri və digər işçilər;”;

4.13.3. 31.0.4-cü maddəyə “təhsili” sözündən əvvəl “təsisçilər, həmçinin” sözləri əlavə edilsin;

4.14. 32-ci maddə üzrə:

4.14.1. 32.3.2-ci maddədə “və tədris dilini” sözləri “, tədris dilini və xarici dili” sözləri ilə əvəz edilsin;

4.14.2. 32.3.3-cü maddəyə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

4.14.3. 32.3.4-cü maddəyə “məşğuliyyəti” sözündən sonra “, o cümlədən dərsdənkənar məşğələni (fakültativ kursları)” sözləri əlavə edilsin;

4.14.4. 32.3.6-cı maddəyə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

4.14.5. 32.3.10-cu maddədə “sağlamlıq” sözü “həyat və sağlamlığı” sözləri ilə əvəz edilsin;

4.14.6. 32.3.11-ci və 32.3.18-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“32.3.11. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;”;

“32.3.18. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələr) iştirak etmək;”;

4.14.7. 32.3.13-cü maddəyə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

4.14.8. aşağıdakı məzmunda 32.3.18-3-cü, 32.5.1-1-ci və 32.5.1-2-ci maddələr əlavə edilsin:

“32.3.18-3. bilik və bacarıqlarını təkmilləşdirmək üçün məktəbdənkənar təhsil müəssisələrinin imkanlarından istifadə etmək;”;

“32.5.1-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

32.5.1-2. sağlam həyat tərzi keçirmək;”;

4.15. 33-cü maddə üzrə:

4.15.1. 33.2.2-ci maddəyə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

4.15.2. 33.2.3-cü maddəyə “seçmək” sözündən sonra “, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri əlavə edilsin;

4.15.3. 33.2.5-ci maddədə “və müvafiq hallarda seçkili” sözləri “, seçkili” sözü ilə əvəz edilsin;

4.15.4. 33.2.6-cı maddədən “ixtisasını artırmaq,” sözləri çıxarılsın;

4.15.7. 33.3.2-ci maddəyə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

4.15.8. 33.3.4-cü maddədən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın;

4.15.9. 33.3.5-ci maddəyə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

4.15.10. aşağıdakı məzmunda 33.3.5-1-ci maddə əlavə edilsin:

“33.3.5-1. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;”;

4.15.11. 33.3.7-ci maddəyə “çəkindirmək” sözündən sonra “, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

4.15.12. 33.3.8-ci maddəyə “aparmaq,” sözündən sonra “qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək,” sözləri əlavə edilsin;

4.15.13. aşağıdakı məzmunda 33.3.8-1-ci və 33.3.8-2-ci maddələr əlavə edilsin:

“33.3.8-1. valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq;

33.3.8-2. təhsil müəssisəsinin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;”;

4.15.14. 33.3.9-cu maddədə “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində” sözləri “müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözləri ilə əvəz edilsin;

4.16. aşağıdakı məzmunda 34.2.2-1-ci maddə əlavə edilsin:

“34.2.2-1. təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq;”;

4.17. 35.1-ci maddəyə “Dövlət” sözündən sonra “və bələdiyyə” sözləri əlavə edilsin;

4.18. 36.1-ci maddədə ikinci cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.”;

4.19. 36.4-cü maddəyə “məhdud,” sözündən sonra “inklüziv təhsili həyata keçirən,” sözləri əlavə edilsin;

4.20. 36.5-ci maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

4.21. 41-ci maddə üzrə:

4.21.1. adına “sahibkarlıq” sözündən sonra “və innovasiya” sözləri əlavə edilsin;

4.22.2. 41.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“41.1. Təhsil müəssisəsi öz nizamnaməsi çərçivəsində profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə və innovasiya fəaliyyəti ilə məşğul ola bilər.”;

4.21.3. 41.2-ci maddənin ikinci cümləsinə “təhsilin inkişafına” sözlərindən sonra “, təhsilalanların həvəsləndirilməsinə” sözləri əlavə edilsin;

4.21.4. aşağıdakı məzmunda 41.4-cü və 41.5-ci maddələr əlavə edilsin:

“41.4. Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün təhsil müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər.

41.5. Təhsil müəssisəsi işçilərinin səmərələşdirici təkliflərlə çıxış etmək və innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.”.

Maddə 5. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1012; 2019, № 6, maddə 986, № 12, maddə 1881; 2020, № 6, maddə 664, № 7, maddələr 831, 851) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.0.11-ci maddədə “kadr” sözü “işçi” sözü ilə əvəz edilsin;

5.2. 4.0.16-cı maddədə “kadrlarla” sözü “işçilərlə” sözü ilə əvəz edilsin;

5.3. 12.1-1-ci maddəyə aşağıdakı məzmunda üçüncü-beşinci cümlələr əlavə edilsin:

“Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus məktəbəqədər təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Bu təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması təhsil müəssisəsi rəhbərinin və onun müavininin namizədliyi razılaşdırıldıqdan sonra həyata keçirilir.”;

5.4. 13.5-ci maddənin birinci cümləsində “sertifikatın” sözü “şəhadətnamənin” sözü ilə əvəz edilsin.

Maddə 6. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152; 2019, № 5, maddə 799, № 6, maddə 986, № 11, maddə 1685; 2020, № 5, maddələr 508, 514, № 7, maddələr 831, 851) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 10.10-cu maddə aşağıdakı redaksiyada verilsin:

“10.10. Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cü maddəsinə uyğun olaraq həyata keçirilir.”;

6.2. aşağıdakı məzmunda 12.3-1-ci maddə əlavə edilsin:

“12.3-1. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, həmçinin nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus peşə təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Bu təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması təhsil müəssisəsi rəhbərinin və onun müavininin namizədliyi razılaşdırıldıqdan sonra həyata keçirilir.”;

6.3. 13.7-ci maddədə “sertifikatın” sözü “şəhadətnamənin” sözü ilə əvəz edilsin;

6.4 13.8-ci maddənin birinci cümləsində “tam orta” sözləri “ümumi” sözü ilə əvəz edilsin.

Maddə 7. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386; 2019, № 3, maddə 381, № 5, maddə 797, № 8, maddə 1382; 2020, № 7, maddə 831) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 1.0.15-ci maddəyə “digər şəxslərlə” sözlərindən əvvəl “xüsusi şərait yaratmaqla və xüsusi təlim vasitəsilə” sözləri əlavə edilsin;

7.2. 20.1-ci maddəyə “Təhsil haqqında”,” sözlərindən sonra “Ümumi təhsil haqqında”,” sözləri əlavə edilsin.

Maddə 8. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 789; 2020, № 6, maddə 664, № 7, maddə 851) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1.0.21-ci maddədə “yaradılması və” sözləri “yaratmaqla” sözü ilə əvəz edilsin;

8.2. 1.0.24-cü maddə ləğv edilsin;

8.3. 1.0.33-cü maddədə “sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları” sözləri “fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri” sözləri ilə əvəz edilsin;

8.4. 4.0.29-cu maddədə ismin müvafiq hallarında “kadrlar” sözü ismin müvafiq hallarında “işçilər” sözü ilə əvəz edilsin;

8.5. 13.8-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydasını müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.”;

8.6. 18.2-ci maddədə “xidmət” sözü “yardım” sözü ilə əvəz edilsin;

8.7. 19.1-ci və 19.2-ci maddələrdə “orqanının” sözü “orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

8.8. 20.3-cü maddəyə “Qanun,” sözündən sonra “Publik hüquqi şəxslər haqqında” və” sözləri əlavə edilsin və həmin maddədə “Qanunu” sözü “qanunları” sözü ilə əvəz edilsin;

8.9. 23.2.5-ci maddədə “ixtisas dərəcəsini” sözləri “ixtisas və elmi dərəcəsini” sözləri ilə əvəz edilsin;

8.10. 31.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“31.2. Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün təhsil müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 oktyabr 2020-ci il.

25 Noyabr 2020, 20:11

http://www.azertag.az

481—490 / 10511

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” 1999-cu il 7 yanvar tarixli 69 nömrəli, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun “İllik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli, “Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli 619 nömrəli, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 mart tarixli 42 nömrəli, “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 16 noyabr tarixli 311 nömrəli və “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 20 fevral tarixli 713 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” 1996-cı il 20 dekabr tarixli 527 nömrəli, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” 1999-cu il 15 aprel tarixli 122 nömrəli, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 171 nömrəli, “Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 dekabr tarixli 212 nömrəli, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 18 yanvar tarixli 261 nömrəli, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılması haqqında” 2000-ci il 11 fevral tarixli 281 nömrəli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 386 nömrəli, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 387 nömrəli, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 388 nömrəli və “Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 28 noyabr tarixli 422 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2011-ci il 3 mart tarixli 390 nömrəli, “2011-ci il mayın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Çexiya Respublikasının Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsi arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2011-ci il 27 iyul tarixli 486 nömrəli, “2011-ci il noyabrın 29-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Polşanın Standartlaşdırma üzrə Komitəsi arasında standartlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 7 fevral tarixli 582 nömrəli və “2012-ci il oktyabrın 17-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi arasında Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, Azərbaycan Respublikasının ictimai kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazə verilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 19 dekabr tarixli 783 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Koreya Respublikasının Koreya Əqli Mülkiyyət Ofisi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2014-cü il 9 sentyabr tarixli 257 nömrəli, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2016-cı il 4 oktyabr tarixli 1060 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1262 nömrəli və “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2017-ci il 29 noyabr tarixli 1696 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 357-IVQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2012-ci il 19 iyun tarixli 653 nömrəli, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2012-ci il 13 iyul tarixli 681 nömrəli, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu, 106.1.10-cu və 122.3-cü maddələrində nəzərdə tutulmuş vergi azadolmaları hallarının müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 13 dekabr tarixli 762 nömrəli, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 674-IVQD nömrəli Qanununun tətbiqi və “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 406 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2013-cü il 25 iyun tarixli 919 nömrəli, “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2013-cü il 1 noyabr tarixli 18 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 825-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2013-cü il 10 dekabr tarixli 42 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1028-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2005-ci il 16 dekabr tarixli 330 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 13 mart tarixli 735 nömrəli, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” 2008-ci il 22 aprel tarixli 744 nömrəli, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 23 fevral tarixli 66 nömrəli, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 14 aprel tarixli 82 nömrəli, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 14 aprel tarixli 83 nömrəli, “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 3 iyun tarixli 101 nömrəli, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2009-cu il 30 oktyabr tarixli 174 nömrəli və “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 21 dekabr tarixli 187 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası ilə Yaponiya arasında əməkdaşlığın genişləndirilməsi tədbirləri haqqında” 1998-ci il 10 mart tarixli 758 nömrəli, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli, “Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2010-cu il 16 iyul tarixli 1035 nömrəli, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli 2837 nömrəli, “2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli 202 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 1998-ci il 23 oktyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” 2016-cı il 14 yanvar tarixli 1694 nömrəli, “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli və “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli 5 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Birləşmiş Millətlər Təşkilatının “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt üzrə Azərbaycan Respublikasının dördüncü dövri məruzəsinin hazırlanması və təqdim olunması barədə” 2018-ci il 5 fevral tarixli 3643 nömrəli, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 12 fevral tarixli 3660 nömrəli, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 3 may tarixli 38 nömrəli, “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 sentyabr tarixli 497 nömrəli, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 27 dekabr tarixli 852 nömrəli və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 aprel tarixli 1143 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Dövlət sanatoriya-kurort və mehmanxana təsərrüfatlarının özəlləşdirilməsi haqqında” 1997-ci il 27 noyabr tarixli 697 nömrəli, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab (o cümlədən ilkin şərab emalı), şampan və konyak zavodlarının, tütün fermentləşdirici fabriklərin və tütün kombinatının, çay emalı və çayçəkici fabriklərinin özəlləşdirilməsi haqqında” 1998-ci il 19 may tarixli 804 nömrəli, “Bakı ağır elektrik qaynaq avadanlıqları zavodunun özəlləşdirilməsi haqqında” 1998-ci il 2 iyul tarixli 845 nömrəli, “Azərbaycan Respublikasında özəlləşdirmənin həyata keçirilməsi prosesinə məsləhətçi şirkətlərin cəlb edilməsi haqqında” 1999-cu il 13 fevral tarixli 78 nömrəli, “Azərbaycan Respublikası “Metallurgiya” Dövlət Şirkətinin ləğv edilməsi haqqında” 2000-ci il 4 may tarixli 405 nömrəli, “Maşınqayırma sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında” 2001-ci il 22 mart tarixli 647 nömrəli, “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” 2001-ci il 22 mart tarixli 648 nömrəli, “Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” 2001-ci il 28 mart tarixli 651 nömrəli, “Azərbaycan Respublikası Rabitə Nazirliyinin bir sıra müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında” 2001-ci il 29 mart tarixli 671 nömrəli, “Azərbaycan Respublikası Elmlər Akademiyasının bir sıra müəssisələrinin özəlləşdirilməsi haqqında” 2001-ci il 29 mart tarixli 674 nömrəli və “Kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi haqqında” 2001-ci il 21 dekabr tarixli 844 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında” 2002-ci il 25 mart tarixli 893 nömrəli, “Xüsusi maşınqayırma və konversiya sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında” 2003-cü il 19 mart tarixli 1178 nömrəli, “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” 2003-cü il 19 iyun tarixli 1251 nömrəli, “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2004-cü il 11 iyun tarixli 252 nömrəli, “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2005-ci il 8 iyun tarixli 847 nömrəli, “Azərbaycan Respublikasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sisteminin inkişafı üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” 2006-cı il 29 iyun tarixli 1540 nömrəli, “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” 2006-cı il 23 avqust tarixli 1635 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” 2007-ci il 28 fevral tarixli 2006 nömrəli, “Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2007-ci il 12 mart tarixli 2027 nömrəli və “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramının (2007–2010-cu illər)” təsdiq edilməsi haqqında” 2007-ci il 12 aprel tarixli 2089 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...