"Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 215
Bakı şəhəri, 1 iyul 2014-cü il
"Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri"nın təsdiq edilməsi haqqında
"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 94 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 iyul tarixli 215 nömrəli qərarı ilə təsdiq edilmişdir
Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri
1.1. Bu sənəd dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsində ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətlərini müəyyənləşdirir, bu sahədə ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işlərin iştirakçıları arasında münasibətləri tənzimləyir və Azərbaycan Respublikasının "Müdafiə haqqında", "Milli təhlükəsizlik haqqında" qanunları və digər normativ hüquqi aktları əsasında dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyəti həyata keçirən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, həmçinin dövlətin müdafiəsi üzrə sifarişləri yerinə yetirən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə (bundan sonra - müvafiq orqanlar) şamil edilir.
1.2. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində ölçmələrin vəhdətinin təmin edilməsinin əsas məqsədləri aşağıdakılardan ibarətdir:
1.2.1. dövlətin müdafiəsi üzrə sifarişlərin yerinə yetirilməsi və silahların istismarı, hərbi və xüsusi texnikanın, texniki vasitələrin istifadəyə hazırlanması və təyinatı üzrə səmərəli istifadəsi, təhlükəsizliyi sahəsində ölçmələrin nəticələrinin tələb olunan dəqiqliyinə, etibarlılığına və tutuşdurulmasına nail olmaq;
1.2.2. hərbi texnologiyaların inkişafının təmin edilməsi, ordunun müasir, yüksək dəqiqlikli silahlar və döyüş texnikası ilə təchiz edilməsi;
1.2.3. silahların, hərbi və xüsusi texnikaların elmi tədqiqatlarının, təcrübi-konstruktor işlərinin, istehsalının və istismarının səmərəliliyinin təmin edilməsi, onların yaradılma və sınaq müddətlərinin qısaldılması;
1.2.4. Azərbaycan Respublikasının silahlı qüvvələrinin və digər qoşunlarının şəxsi heyətinin həyat və sağlamlığının qorunması;
1.2.5. müvafiq orqanların texniki, döyüş və arxa cəbhə təminatında, dövlətin iqtisadi təhlükəsizliyi üzrə tədbirlərin həyata keçirilməsində ölçmələrin lazımi dəqiqliyinə və etibarlılığına nail olmaq;
1.2.6. antiterror fəaliyyətində səmərəliliyin yüksəldilməsi;
1.2.7. silahların, hərbi və xüsusi texnikanın yaradılması və istismarının gedişində bütün növdən olan resurslara qənaət edilməsi.
1.3. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində ölçmələrin vəhdətinin təmin edilməsi davamlılıq, sürətlilik, operativlik, iqtisadi səmərəlilik və dövlət sirrinin qorunması prinsipləri nəzərə alınmaqla təşkil olunur.
1.4. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işlər müvafiq orqanların metroloji xidmətləri və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
1.5. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində metroloji işlərin qurumlararası metodiki əlaqələndirilməsi məsələləri Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
1.6. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində ölçmələrin vəhdətinin təmin edilməsinin texniki bazasını dövlət ilkin kəmiyyət vahidi etalonları ilə izlənilən etalon-daşıyıcılar, kəmiyyət vahidi etalonları, müxtəlif təyinatlı mobil metroloji komplekslər, standart nümunələr və hərbi təyinatlı işçi ölçmə vasitələri təşkil edir. Hərbi və xüsusi təyinatlı ölçmə vasitələrinə müdafiə və təhlükəsizlik sahəsində ölçmələrin aparılması üçün işlənilib hazırlanan və tətbiq edilən ölçmə vasitələri aid edilir.
1.7. Ölçmələrə, o cümlədən ölçmələrin dəqiqlik göstəricilərinə, texniki sistemlərə və ölçmə funksiyalı qurğulara, hərbi və xüsusi təyinatlı ölçmə vasitələrinə və onların tərkib hissələrinə, proqram təminatına və standart nümunələrə dair məcburi metroloji tələblər "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhsullara, iş, xidmət və proseslərə dair texniki normativ hüquqi aktlarla müəyyən olunur.
1.8. Texniki vasitələrin hərbi və xüsusi təyinatlı ölçmə vasitələrinə aid edilməsi, hərbi və xüsusi təyinatlı ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqlarının keçirilməsi və onların tipinin təsdiqi, hərbi və xüsusi təyinatlı ölçmə vasitələrinin yoxlanılması, dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində tətbiq olunan ölçmə metodikalarının (metodlarının) attestasiyası dövlət sirrinin qorunması şərtilə "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
1.9. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun təşkili və aparılması müvafiq orqanlar tərəfindən təqdim olunmuş məlumatlar əsasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
1.10. Kəmiyyət vahidlərinin dövlət ilkin kəmiyyət vahidi etalonundan dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində kəmiyyət vahidi etalonuna ötürülməsi yeri, vaxtı və xüsusiyyətləri müvafiq orqanlarla razılaşdırılmaqla və onların iştirakı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
1.11. Layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizası "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq orqanlar və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
1.12. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar ölçmə vasitələrinin yoxlanılması, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların aparılması, ölçmə metodikalarının (metodlarının) attestasiyası və layihə-konstruktor, texnoloji sənədlərin məcburi metroloji ekspertizası ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya edilmiş hüquqi və ya fiziki şəxslər tərəfindən "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə həyata keçirilir.
7 İyul 2014, 09:0717 Oktyabr 2022, 16:10
R.S.Mustafayevin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Oktyabr 2022, 16:10
R.S.Mustafayevin Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Oktyabr 2022, 16:10
F.F.Axundovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Oktyabr 2022, 16:10
E.P.Poluxovun Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Oktyabr 2022, 16:10
T.A.Rzayevin Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Oktyabr 2022, 16:10
T.A.Rzayevin Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Oktyabr 2022, 16:10
E.T.Bağırovun Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Oktyabr 2022, 16:10
E.T.Bağırovun Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Oktyabr 2022, 16:10
M.M.Əliyevin Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Oktyabr 2022, 16:10
Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...