"Səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydası"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 202
Bakı şəhəri, 25 iyun 2014-cü il
"Səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydası"nın təsdiq edilməsi haqqında
"Səyahət sənədi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 133 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:
1. "Səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, səyahət sənədi blanklarının qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 25 iyun tarixli 202 nömrəli qərarı ilə təsdiq edilmişdir
Səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi uçotu
Q A Y D A S I
1. Ümumi müddəa
1.1. Bu Qayda "Səyahət sənədi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 133 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydasını müəyyən edir.
2. Səyahət sənədi blanklarının sifarişi və alınması qaydası
2.1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi tələbata uyğun olaraq, səyahət sənədi blanklarının sifariş edilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Səyahət sənədi blanklarının hazırlanması ilə əlaqədar xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üzrə müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilir.
2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi çap olunmuş səyahət sənədi blanklarının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müraciətinə əsasən ona verilməsini təmin edir.
3. Səyahət sənədi blanklarının uçotunun aparılması
3.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti hər rübdən sonrakı ayın 20-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada rüb ərzində verilmiş səyahət sənədi blankları barədə hesabatı həmin Nazirliyə təqdim edir.
3.2. Səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin anbarında saxlanılmaqla uçotu aparılır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəhbərinin icazəsi ilə səyahət sənədi blankları anbardan təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında verilir. Maddi-məsul şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi tərəfindən müəyyən edilir.
3.3. Səyahət sənədi blanklarının ilkin uçotu qeydiyyat kitabında aparılır. Səyahət sənədi blanklarının qeydiyyat kitabının səhifələri ardıcıl nömrələnməli, qaytanlanmalı və sonuncu səhifə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbəri və baş mühasibi tərəfindən imzalanaraq möhürlənməlidir. Qeydiyyat kitabı elektron üsulla (kompyuterlə) aparıldıqda, məlumatlar hesabat dövrünün (ay, rüb və ya il) sonunda elektron formada işlənilir.
3.4. Səyahət sənədi blanklarının cırılmasına, ləkələnməsinə və üzərində düzəlişlərin aparılmasına yol verilmir.
3.5. Zədələnmiş və ya korlanmış səyahət sənədi blanklarının Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən növbəti yoxlama (təftiş) keçirilənədək üzərində "korlanıb" sözü yazılmaqla, mühasibatlıqda saxlanılması təmin edilir.
3.6. Zədələnmiş və ya korlanmış səyahət sənədi blankları məhv edilir.
7 İyul 2014, 09:0720 Noyabr 2017, 09:11
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
“Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
“Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
“Əməkdar müəllim” fəxri adının verilməsi haqqında ətraflı...
17 Noyabr 2017, 09:11
Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında ətraflı...
17 Noyabr 2017, 09:11
Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
17 Noyabr 2017, 09:11
Ə.T.Əmiraslanovun “Şərəf”ordeni ilə təltif edilməsi haqqında ətraflı...
16 Noyabr 2017, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
16 Noyabr 2017, 09:11
Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması, nəşri və ictimailəşdirilməsi barədə ətraflı...