“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 177-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 177-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.3-1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.2. həmin Qanunun 18.65.3-1-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 149 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1239) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.3.2-ci yarımbənd ləğv edilsin;

2.2. aşağıdakı məzmunda 1.3-1-ci bənd əlavə edilsin:

“1.3-1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 33-5-ci maddəsinə uyğun olaraq, hər növbəti il üçün dövlət rüsumunun məbləğlərinin, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi üçün həmin məbləğlərin təsdiq edilməsi haqqında müvafiq normativ hüquqi aktın layihəsini cari il sentyabr ayının 25-dək “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.16-cı maddəsində nəzərə tutulmuş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 177-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2020-ci il.

20 Noyabr 2020, 19:11

http://www.azertag.az

5161—5170 / 10511

29 İyun 2017, 09:06

Şirvan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

16 İyun 2017, 09:06

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

16 İyun 2017, 09:06

Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci–On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında   ətraflı...

16 İyun 2017, 09:06

O.Ə.Həziyevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

14 İyun 2017, 09:06

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında   ətraflı...

14 İyun 2017, 09:06

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 675-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

14 İyun 2017, 09:06

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

14 İyun 2017, 09:06

R.F.Qasımova Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında   ətraflı...

14 İyun 2017, 09:06

V.M.Səfərlinin Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında   ətraflı...

13 İyun 2017, 09:06

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...