"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 201
Bakı şəhəri, 25 iyun 2014-cü il
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Nizam-naməsi" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin strukturu" təsdiq edilsin (2 nömrəli əlavə).
3. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı və təsis etdikləri hüquqi şəxslər üzrə mülkiyyət hüquqları "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan Bakı Metropoliteni və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyəti hüquqi şəxs statusunu itirirlər.
4. "Bakı metropoliteni Nizamnaməsinin təsdiqi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 197 nömrəli qərarı ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 25 iyun tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmişdir 1 nömrəli əlavə
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin
NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamına əsasən yaradılmışdır.
1.2. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.
1.3. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, metropolitenin fəaliyyəti ilə bağlı mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını və bu Nizamnaməni rəhbər tutur.
1.4. Cəmiyyətin aparatı, törəmə müəssisələri, habelə idarə, filial və nümayəndəlikləri Cəmiyyətin strukturunu təşkil edir.
1.5. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:
tam halda - "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti;
qısaldılmış halda - "Bakı Metropoliteni" QSC;
Cəmiyyətin ingilis dilində tam adı - "Baku Metropolitan" Closed Joint-Stock Company;
Cəmiyyətin ingilis dilində qısaldılmış adı - "Baku Metropolitan" CJSC.
1.6. Cəmiyyətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1010, Mikayıl Rəfili, 20.
2. Cəmiyyətin hüquqi statusu
2.1. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına və digər hesablara malikdir.
2.2. Cəmiyyətin ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Cəmiyyət qanunvericiliyə uyğun olaraq əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququna malikdir.
2.3. Cəmiyyət üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara, bayrağa, emblemə, loqotipə və digər fərqləndirici nişanlara, habelə xüsusi geyim formasına malikdir.
2.4. Cəmiyyət Azərbaycan Respublikasının Mülki Məcəlləsi və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamı ilə müəyyən edilmiş qaydada törəmə müəssisələrini, habelə idarə, filial və nümayəndəliklərini yarada, yenidən təşkil və ya ləğv edə bilər.
2.5. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır.
2.6. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliklərinə görə cavabdeh deyildir.
3. Cəmiyyətin əsas məqsədi və fəaliyyət sahələri istiqamətləri
3.1. Cəmiyyətin əsas məqsədi Bakı metropoliteninin inkişaf etdirilməsindən, sərnişinlərin metro nəqliyyatında daşınmasının keyfiyyətinin yüksəldilməsindən, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisindən, metropolitenin maddi-texniki bazasının gücləndirilməsindən ibarətdir.
3.2. Cəmiyyət bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
3.2.1. sərnişinlərin vaxtında və təhlükəsiz metro nəqliyyatında daşınmasının təmin edilməsi;
3.2.2. metropolitendə qatarların hərəkətinin təşkilinin və təhlükəsizliyinin təmin olunması;
3.2.3. metro nəqliyyatında hərəkətin və infrastrukturun idarə olunmasında müasir texnologiya və üsulların tətbiq edilməsi;
3.2.4. metropolitenin işi ilə əlaqədar istehsalat, inzibati, yaşayış və sosial-mədəni təyinatlı və digər obyektlərin tikintisinin, təmirinin və bərpasının həyata keçirilməsi;
3.2.5. metropoliten stansiyalarının, xətlərinin, elektrik depolarının, tunellərin, körpülərin tikintisi, yenidən qurulması, bərpası və təmiri işlərinin həyata keçirilməsi;
3.2.6. fəaliyyət istiqamətlərinə uyğun materialların və avadanlıqların istehsalı və satışı;
3.2.7. metropoliten şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi, beynəlxalq əməkdaşlığın həyata keçirilməsi;
3.2.8. Cəmiyyətin inkişafı ilə bağlı digər tədbirlərin görülməsi.
3.3. Cəmiyyət xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü ilə yalnız belə xüsusi razılıq (lisenziya) aldıqdan sonra məşğul ola bilər.
4. Cəmiyyətin nizamnamə kapitalı, əmlakı və mənfəəti
4.1. Cəmiyyətin nizamnamə kapitalı onun Nizamnaməsinə uyğun olaraq, təsisçinin qərarı ilə Cəmiyyətin mülkiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.
4.2. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunur. Cəmiyyət əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.
4.3. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.
4.4. Cəmiyyətin nizamnamə kapitalı 1 770 950 768,02 (bir milyard yeddi yüz yetmiş milyon doqquz yüz əlli min yeddi yüz altmış səkkiz manat iki qəpik) manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 14,14 (on dörd manat on dörd qəpik) manat olan 125 244 043 (yüz iyirmi beş milyon iki yüz qırx dörd min qırx üç) ədəd adi səhmdən ibarətdir.
4.5. Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:
4.5.1. nizamnamə kapitalına daxil olan əmlak;
4.5.2. maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;
4.5.3. investisiya layihələrindən əldə olunan gəlir;
4.5.4. dövlət dotasiyaları və əsaslı vəsait qoyuluşları;
4.5.5. qanunla qadağan olunmayan digər mənbələr.
4.6. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
4.7. Cəmiyyətin nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.
4.8. Cəmiyyət qanunlarda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Cəmiyyətin, onun törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək və həmin vəsaitlər üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
5. Cəmiyyətin ali idarəetmə orqanı
5.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.
5.2. Cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamına uyğun olaraq həll edilir.
6. Cəmiyyətin icra orqanı
6.1. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır.
6.2. İdarə Heyəti qanunvericiliklə və bu Nizamnamə ilə Cəmiyyətin səhmdarlarının ümumi yığıncağına və sədrinə verilmiş müstəsna səlahiyyətlər istisna olmaqla, Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir.
6.3. İdarə Heyətinin tərkibi 5 nəfərdən - Cəmiyyətin sədri və 4 sədr müavinindən ibarətdir.
6.4. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir. Cəmiyyətin sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
6.5. İdarə Heyəti:
6.5.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada hesabat verir;
6.5.2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflər verir;
6.5.3. Cəmiyyətin Nizamnaməsində, strukturunda, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;
6.5.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir;
6.5.5. Cəmiyyətin fəaliyyətinə dair illik iş proqramlarını, onların yerinə yetirilməsi haqqında hesabatları təsdiq edir;
6.5.6. Cəmiyyətin inkişaf istiqamətlərinə dair təkliflər verir;
6.5.7. yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul edir;
6.5.8. Cəmiyyətin törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərar qəbul edir;
6.5.9. Cəmiyyətin saxlanması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunda nəzərdə tutulmuş mənbələrdən (kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən daxilolmalar və s.) Cəmiyyətin sərəncamına daxil olan məqsədli vəsaitlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığının alınması halları istisna olmaqla, təyinatı üzrə xərclənməsini təmin edir;
6.5.10. Cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyur;
6.5.11. Cəmiyyətin, onun törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin istifadəsi üçün ayrılmış dövlət torpaqlarını təyinatı üzrə istifadə edir;
6.5.12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi haqqında qərarlar qəbul edir;
6.5.13. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin büdcələrini təsdiq edir.
6.6. İdarə Heyətinin iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İclaslar müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. Həmin qərarlar Cəmiyyətin sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.
6.7. Cəmiyyətin İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, iclasa sədrlik edənin səsi həlledicidir.
7. Cəmiyyətin sədri
7.1. Cəmiyyətin sədri:
7.1.1. öz vəzifələrinin Cəmiyyətin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır;
7.1.2. Cəmiyyətin səmərəli fəaliyyət göstərməsini təmin edərək, onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirir;
7.1.3. sədrin müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;
7.1.4. Cəmiyyətin İdarə Heyətinin fəaliyyətini təşkil edir və reqlamentini təsdiq edir;
7.1.5. Cəmiyyətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, onun hüquq və öhdəliklərinin həyata keçirilməsi üçün zəruri tədbirlər görür;
7.1.6. Cəmiyyət adından etibarnaməsiz fəaliyyət göstərir, habelə Cəmiyyəti bütün dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda, o cümlədən beynəlxalq təşkilatlarda təmsil edir;
7.1.7. Cəmiyyətin işçilərinin say həddini, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
7.1.8. Cəmiyyətin daxili intizam qaydalarını təsdiq edir;
7.1.9. Cəmiyyətin aparatının struktur bölmələrinin, törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edir;
7.1.10. Cəmiyyətin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu dairəsində təşkil edir;
7.1.11. Cəmiyyətin işçilərini işə qəbul və işdən azad edir, Cəmiyyətin aparatının struktur bölmələrinin əsasnamələrini və ştat cədvəlini təsdiq edir, habelə Cəmiyyətin törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin rəhbərlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edir, işçilər barəsində həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edir;
7.1.12. Cəmiyyətin törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin nizamnamələrini (əsasnamələrini) təsdiq edir, onlarda dəyişikliklər edilməsi haqqında qərarlar qəbul edir;
7.1.13. Cəmiyyətin qərarlarının yerinə yetirilməsinə nəzarət edir;
7.1.14. Cəmiyyətin idarə olunması ilə əlaqədar daxili sənədləri təsdiq edir;
7.1.15. Cəmiyyət adından müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
7.1.16. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün ona verilmiş səlahiyyətlər daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;
7.1.17. Cəmiyyətdə, onun törəmə müəssisələrində, habelə idarə, filial və nümayəndəliklərində beynəlxalq maliyyə, kadr, təchizat və digər idarəetmə qaydalarının və standartlarının tətbiqi ilə bağlı tədbirlər görür;
7.1.18. fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvəqqəti komissiyalar, komitələr və işçi qrupları yaradır;
7.1.19. Cəmiyyətin mərkəzləşdirilmiş fondlarının yaradılması və istifadə olunması qaydaları barədə qərar qəbul edir;
7.1.20. Cəmiyyətin törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin işini təşkil edir və onların təsdiq edilmiş gəlir və xərclər smetası üzrə xərclərinin ödənilməsini həyata keçirir;
7.1.21. Cəmiyyətin törəmə müəssisələri, idarə, filial və nümayəndəlikləri arasındakı münasibətlərdə yaranan mübahisələri həll edir;
7.1.22. Cəmiyyətin fəaliyyətini səmərəli təşkil etmək üçün hüquqi şəxs yaratmaqla (birgə müəssisələr) və ya hüquqi şəxs yaratmadan (alyanslar, ittifaqlar) birgə layihələri həyata keçirir və bu layihələrin idarə edilməsində iştirak edir;
7.1.23. Cəmiyyətin əmlakı barəsində qanunla və bu Nizamnamə ilə müəyyən edilmiş qaydada sərəncam verir, müqavilələr bağlayır, etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesabları və tədiyyə tapşırıqlarını imzalayır.
7.2. Cəmiyyətin sədri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərinin icrası Cəmiyyətin sədri tərəfindən təsdiq edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilir.
7.3. Cəmiyyətin sədri ayrı-ayrı səlahiyyətlərinin icrasını müavinlərinə və Cəmiyyətin struktur bölmələrinin rəhbərlərinə həvalə edə bilər.
8. Cəmiyyətdə mühasibat uçotunun və maliyyə hesabatının aparılması
8.1. Cəmiyyət mühasibat və statistik uçotu Azərbaycan Respublikasının "Mühasibat uçotu haqqında" və "Rəsmi statistika haqqında" qanunlarına uyğun olaraq aparır. Cəmiyyət maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edir.
8.2. Cəmiyyət mühasibat uçotunu təşkil edir, törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin rüblük və illik maliyyə hesabatına baxır, icmallaşdırır, həmçinin maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabat, balans və digər zəruri sənədləri tərtib edir.
8.3. Cəmiyyətin birinci maliyyə ili onun dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin ilin dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.
8.4. Şəffaflığın təmin edilməsi üçün Cəmiyyət illik maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları" ilə müəyyən edilmiş müddətdə auditor rəyi ilə birlikdə, həmçinin Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanda dərc etdirməyə və Cəmiyyətin internet səhifəsində yerləşdirməyə borcludur.
8.5. Cəmiyyət illik maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.
8.6. Cəmiyyət törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının aparılmasını təmin edir.
9. Daxili audit və maliyyə nəzarəti
9.1. Cəmiyyət daxili audit xidmətini təsis edir. Daxili audit xidmətinin əməkdaşları öz funksiyalarını yerinə yetirərkən, qanuna uyğun olaraq müstəqil qiymət vermək və nəticə çıxarmaq hüququna malikdirlər.
9.2. Cəmiyyətin daxili audit xidmətinin əməkdaşları ali iqtisadi və ya hüquqi təhsilə və ya digər ixtisas üzrə ali təhsilə və audit və ya əlaqədar sahələrdə azı 4 (dörd) il iş stajına malik olmalıdırlar.
9.3. Daxili audit xidməti aşağıdakıları yerinə yetirir:
9.3.1. Cəmiyyətin, onun törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili sənədlərinə uyğunluğunu yoxlayır;
9.3.2. Cəmiyyətin təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədi ilə bütün sahələrdə aparılan əməliyyatların mütəmadi nəzarətini aparır;
9.3.3. daxili audit yoxlamalarının nəticələri, habelə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması haqqında Cəmiyyətin sədrinə məlumat və təkliflər verir.
9.4. Cəmiyyətin bütün əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün lazımi şərait yaratmağa borcludurlar.
10. Cəmiyyətin müstəqil (kənar) auditi
10.1. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
11. Cəmiyyətin törəmə müəssisələri, habelə idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətləri
11.1. Cəmiyyətin törəmə müəssisələri, habelə idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının qanunlarına, bu Nizamnaməyə, habelə onların nizamnamə və əsasnamələrinə və Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq tənzimlənir.
11.2. Cəmiyyət törəmə müəssisələri, habelə idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətlərdə aşağıdakı digər səlahiyyətlərə malikdir:
11.2.1. Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin idarəetmə orqanlarını formalaşdırmaq;
11.2.2. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının balansında olan əmlakın hüquqi və fiziki şəxslərə icarəyə verilməsinə razılıq vermək;
11.2.3. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərinin formalaşdırılmasına və hesabatlara nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər vermək, habelə müzakirələrdə iştirak etmək;
11.2.4. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının fəaliyyətinin yekunlarına baxılmasını təmin etmək;
11.2.5. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının təqsiri üzündən Cəmiyyətə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək;
11.2.6. Cəmiyyətin törəmə müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətini təhlil və təftiş etmək.
12. Cəmiyyətin yenidən təşkili və ləğvi
12.1. Cəmiyyətin yenidən təşkili və ləğvi barədə qərarlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 25 iyun tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmişdir 2 nömrəli əlavə
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin
strukturu
I. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin aparatı.
II. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin törəmə müəssisələri:
1. 1 saylı Tunel Tikinti İdarəsi;
2. 2 saylı Tunel Tikinti İdarəsi;
3. 3 saylı Tunel Tikinti İdarəsi;
4. Xüsusi Tamamlama İşlər İdarəsi;
5. Xüsusi Hidrotexniki İşlər İdarəsi;
6. Dəmir Beton Konstruksiyalar Zavodu;
7. Mexanikləşdirmə İdarəsi;
8. Avtonəqliyyat Müəssisəsi;
9. "Bakımetrolayihə" İnstitutu;
10. Hərbiləşdirilmiş dağ-mədən xilasetmə dəstəsi;
11. İstehsalat Texniki Komplektləşdirmə İdarəsi.
III. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar:
1. Hərəkət Xidməti;
2. Yol Xidməti;
3. Tunel Qurğuları Xidməti;
4. Elektrik Təchizatı Xidməti;
5. İşarəvermə və Rabitə Xidməti;
6. Elektromexanika Xidməti;
7. Əsaslı Təmir Xidməti;
8. Depolar üzrə iş Departamenti;
9. Birləşmiş emalatxanalar;
10. Avtomotonəqliyyat Xidməti;
11. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Sağlamlıq Mərkəzi.
7 İyul 2014, 09:072 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 275 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 24 noyabr tarixli 358 nömrəli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2011-ci il 15 fevral tarixli 383 nömrəli, “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli və “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 19 dekabr tarixli 546 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2005-ci il 23 mart tarixli 213 nömrəli, “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 248 nömrəli, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 7 iyun tarixli 252 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə” 2006-cı il 13 fevral tarixli 363 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 2 avqust tarixli 439 nömrəli, “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli, “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 6 fevral tarixli 527 nömrəli, “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli 576 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 448 nömrəli, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28 dekabr tarixli 460 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1545-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 3 aprel tarixli 606 nömrəli və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 10 aprel tarixli 617 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2015-ci il 4 may tarixli 1206 nömrəli, “Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə” 2015-ci il 26 noyabr tarixli 1582 nömrəli, “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 2 mart tarixli 1843 nömrəli, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 5 may tarixli 2032 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli, “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin ləğv edilməsi haqqında” 2016-cı il 22 dekabr tarixli 2566 nömrəli, “2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində monitorinqin həyata keçirilməsi haqqında” 2017-ci il 27 mart tarixli 2768 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 19 iyul tarixli 3120 nömrəli, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli və “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 9 fevral tarixli 3657 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “2010-cu il sentyabrın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum”un təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1255 nömrəli və “2010-cu il oktyabrın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Koreya Respublikasının Strategiya və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1257 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 Avqust 2022, 15:08
Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 İyul 2022, 16:07
“Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 may tarixli 414 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 İyul 2022, 16:07
“Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 İyul 2022, 16:07
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
29 İyul 2022, 16:07
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 567-VIQD nömrəli Qanununun tətbiqi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 29 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...