Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında
Nazirlər Kabinetinin Qərarı

Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.

2. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

3. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

4. Bu Qərar 2020-ci il 21 noyabr tarixindən qüvvəyə minir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 19 noyabr 2020-ci il

19 Noyabr 2020, 16:11

http://www.azertag.az

9191—9200 / 10511

24 Noyabr 2014, 09:11

F.M.Süleymanova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

24 Noyabr 2014, 09:11

Gəncə Avtomobil Zavodu işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

21 Noyabr 2014, 08:11

General Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

21 Noyabr 2014, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında   ətraflı...

21 Noyabr 2014, 09:11

M.M.Əliyevin Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasında və Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında   ətraflı...

21 Noyabr 2014, 09:11

A.S.Şükürovun Azərbaycan Respublikasının Liviya Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında   ətraflı...

21 Noyabr 2014, 09:11

Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsindəəlavə tədbirlər haqqında   ətraflı...

21 Noyabr 2014, 08:11

Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında   ətraflı...

21 Noyabr 2014, 08:11

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında   ətraflı...

21 Noyabr 2014, 08:11

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında   ətraflı...