Azərbaycan Respublikası Prezidentinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 409 nömrəli Fərmanının ləğvi haqqında” 2013-cü il 24 iyul tarixli 942 nömrəli və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2014-cü il 16 yanvar tarixli 94 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 409 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 942 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 807; 2017, № 7, maddə 1329) 2-ci hissəsi ləğv edilsin.

2. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 94 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 22) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Müəyyən edilsin ki:

1.1. "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinin birinci cümləsində, 7.5-ci, 12.3-cü maddələrində, 16.1-ci maddəsinin ikinci cümləsində və 18.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 2.4-cü, 5.4-cü, 5.5-ci maddələrində, 6.1-ci maddəsinin ikinci cümləsində, 6.2-ci maddəsində, 7.3-cü maddəsinin ikinci cümləsində, 7.8-ci maddəsinin birinci cümləsində, 9.3-cü maddəsində,11.3-cü maddəsinin ikinci cümləsində, 11.4-cü maddəsinin ikinci cümləsində, 11.9-cu maddəsinin birinci cümləsində, 12.4-cü, 12.6-cı, 13.2-ci maddələrində, 15.1.13-cü maddəsinin ikinci cümləsində, 15.2-ci, 16.3-cü və 17.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.3. həmin Qanunun 7.2-ci, 10.2-ci, 11.2-ci maddələrində, 11.3-cü maddəsinin birinci cümləsində, 11.5-ci, 15.3-cü, 17.3-cü və 17.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini və 4-cü maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

1.4. həmin Qanunun 7.3-cü maddəsinin birinci cümləsində, 7.5-ci, 12.3-cü maddələrində, 16.1-ci maddəsinin ikinci cümləsində və 18.3-cü maddəsində “qurum” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2020-ci il.

12 Noyabr 2020, 20:11

http://www.azertag.az

3281—3290 / 10511

24 Oktyabr 2018, 08:10

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

24 Oktyabr 2018, 08:10

“Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ekstradisiya haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

24 Oktyabr 2018, 08:10

Qobustan rayonunun Qobustan–Poladlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

24 Oktyabr 2018, 08:10

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

24 Oktyabr 2018, 08:10

“Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında Avropa Şurası Konvensiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

24 Oktyabr 2018, 08:10

“İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

23 Oktyabr 2018, 08:10

İmişli şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 Oktyabr 2018, 08:10

İmişli rayonunun Qızılkənd kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Oktyabr 2018, 08:10

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

22 Oktyabr 2018, 08:10

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1281-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...