Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 767) ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 4.6-cı bəndə “alınma sözlər” sözlərindən sonra “(apellyasiya, attestasiya və akkreditasiya sözləri istisnadır)” sözləri əlavə edilsin və həmin bənddən “, apelyasiya” sözü çıxarılsın.
2. 4.10-cu bənddə “stres.” sözü “stres və s.” sözləri ilə əvəz edilsin.
3. 8.6-cı bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:
“8.6. Ali dövlət vəzifələri - Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi yazılır. Dövlət orqanları (qurumları), birlik, cəmiyyət, akademiya, universitet, kollec, teatr, filarmoniya, siyasi partiya, tarixi günlər və s. bu kimi mürəkkəb adların bütün sözlərinin (adına, üzrə, və, yanında, qarşı və s. bu kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.”.
4. 8.6-cı bəndin “Qeyd”i üzrə:
4.1. 1-ci hissədə “Tərkibində” sözü “Dövlət rəmzlərinin, həmçinin tərkibində” sözləri ilə əvəz edilsin və həmin hissəyə “yazılır:” sözündən sonra “Azərbaycan Respublikasının Dövlət Himni,” sözləri əlavə edilsin;
4.2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Azərbaycan Respublikasının səhiyyə naziri, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə (səhiyyə) və vəzifə (nazir) bildirən sözlər kiçik hərflə yazılır.”.
5. 8.8-ci bəndə “dırnaqda və” sözlərindən sonra “birinci sözü” sözləri əlavə edilsin və həmin bənddə “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni” sözləri “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı” sözləri ilə əvəz edilsin.
6. 9-cu hissə üzrə:
6.1. adı aşağıdakı redaksiyada verilsin:
“9. İxtisarlar (akronimlər) və qısaltmalar”;
6.2. 9.1-ci bənddə “İxtisar və qısaltmalar” sözləri “İxtisarlar (akronimlər) və qısaltmalar” sözləri ilə əvəz edilsin;
6.3. 9.1.1-ci yarımbəndə “ixtisarlar” sözündən sonra “(akronimlər)” sözü əlavə edilsin;
6.4. 9.1.3-cü yarımbənddə “böyük və” sözləri “böyük və ya” sözləri ilə və “Azərbaycan Nəşriyyatı” sözləri “Azərbaycan Dövlət Nəşriyyatı” sözləri ilə əvəz edilsin;
6.5. 9.2-ci bəndə “İxtisarlara” sözündən sonra “(akronimlərə)” sözü əlavə edilsin və həmin bənddə “UNESKO-nun, İSESKO-da” sözləri “UNESCO-nun, ISESCO-da” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 3 noyabr 2020-ci il.
5 Noyabr 2020, 12:1112 Dekabr 2017, 09:12
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 857-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
12 Dekabr 2017, 09:12
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
12 Dekabr 2017, 09:12
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 866-VQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
12 Dekabr 2017, 09:12
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
12 Dekabr 2017, 09:12
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 840-VQD nömrəli Qanununun tətbiqi və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
12 Dekabr 2017, 09:12
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
12 Dekabr 2017, 09:12
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 821-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
12 Dekabr 2017, 09:12
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
11 Dekabr 2017, 10:12
“Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 883-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
11 Dekabr 2017, 10:12
Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında ətraflı...