Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli, “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005–2015-ci illər) üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 14 fevral tarixli 635 nömrəli, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 964 nömrəli, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında” 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli və “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 696 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 838; 2007, № 8, maddə 769; 2013, № 11, maddə 1449; 2014, № 5, maddə 477; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci və 4-cü hissələrdə “Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilsin;
1.2. həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın “Alternativ (bərpa olunan) enerji mənbələrindən istifadə edilməsi üzrə Tədbirlər” hissəsinin 2-ci, 3-cü, 4-cü, 6-cı və 17-ci bəndlərinin “Əsas icraçılar” sütununda “ABOEMDA” akronimi “EN” akronimi ilə, “Akronimlər” hissəsində “SEN – Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi” sözləri “EN – Azərbaycan Respublikasının Energetika Nazirliyi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 635 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 104; 2008, № 8, maddə 715; 2009, № 11, maddə 886; 2010, № 8, maddə 726; 2013, № 11, maddə 1450; 2014, № 2, maddə 112, № 4, maddə 391; 2015, № 4, maddə 437; 2016, № 6, maddə 1085) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005–2015-ci illər) üzrə Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005–2015-ci illər) üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər”in 26-cı, 66-cı və 67-ci hissələrinin “Əsas icraçı” sütunundan “, ABOEMDA” akronimi çıxarılsın;
2.2. “Akronimlər” hissəsindən “, ABOEMDA – Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1637; 2016, № 8, maddə 1384; 2017, № 4, maddə 576, № 8, maddə 1521; 2018, № 5, maddə 1093, № 11, maddə 2287; 2019, № 5, maddə 899, № 11, maddə 1719) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın “8. Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər planı”nın 1.14-cü bəndinin “Tədbirin adı” sütununda “Alternativ” sözü “Bərpa olunan” sözləri ilə və “İcraçılar” sütununda “Energetika Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxs” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1648; 2017, № 8, maddə 1521; 2018, № 5, maddə 1094) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın “6. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Fəaliyyət Planı” hissəsi üzrə:
4.1. 6.2.6-cı, 6.5.1.5-ci və 6.9.2-ci yarımbəndlərin “İcraçı orqanlar” sütununda “ABOEMDA” akronimi “EN” akronimi ilə əvəz edilsin;
4.2. 6.9.2-ci yarımbəndin “Tədbirin adı” və “Gözlənilən nəticələr” sütunlarından “alternativ və” sözləri çıxarılsın;
4.3. “Akronimlər” hissəsinə “TN – Azərbaycan Respublikasının Təhsil Nazirliyi” sətrindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:
“EN – Azərbaycan Respublikasının Energetika Nazirliyi”.
5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli 696 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2352) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın “8. Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində:
5.1. 1.9.5-ci yarımbəndin “İcraçı orqanlar” sütununda “ABOEMDA” akronimi “EN” akronimi ilə əvəz edilsin;
5.2. 1.10.1-ci, 1.10.2-ci yarımbəndlərin, 6.1-ci, 6.2-ci bəndlərin və 7.2.1-ci, 7.2.2-ci yarımbəndlərin “İcraçı orqanlar” sütunundan “ABOEMDA,” akronimi çıxarılsın;
5.3. 1.9.5-ci yarımbəndin “Tədbirin adı” sütununda “Alternativ və bərpa” sözləri “Bərpa” sözü ilə və 1.10.1-ci yarımbəndin “Tədbirin adı” sütununda “alternativ” sözü “bərpa olunan” sözləri ilə əvəz edilsin;
5.4. “Akronimlər” hissəsindən “ABOEMDA – Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 sentyabr 2020-ci il.
22 Sentyabr 2020, 20:0912 Noyabr 2020, 20:11
Azərbaycan Respublikası Prezidentinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 409 nömrəli Fərmanının ləğvi haqqında” 2013-cü il 24 iyul tarixli 942 nömrəli və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2014-cü il 16 yanvar tarixli 94 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
12 Noyabr 2020, 20:11
“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
12 Noyabr 2020, 20:11
“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012 – 2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 175-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
12 Noyabr 2020, 20:11
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
12 Noyabr 2020, 20:11
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 174-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
6 Noyabr 2020, 18:11
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
6 Noyabr 2020, 18:11
2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
6 Noyabr 2020, 18:11
“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ətraflı...
5 Noyabr 2020, 19:11
Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Noyabr 2020, 19:11
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı ətraflı...