Azərbaycan Respublikası Adından

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsinə dair

 

30 iyun 2014-cü il                                                                       Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,məhkəmə katibi Fəraid Əliyevin,maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevın,mütəxəssislər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin müdiri Sübhi Kazımovun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin Sosial normativ aktlar idarəsinin aparıcı məsləhətçisi Sübhan Ağakişiyevin iştirakı ilə,Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

M Ü Ə Y Y Ə N    E T D İ:

 

Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra – Ali Məhkəmə) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 126-cı, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Məhkəmələr və hakimlər haqqında” Qanun) 93-cü, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Prokurorluq haqqında” Qanun) 29-cu, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Notariat haqqında” Qanun) 3-cü, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun) 8-ci maddələrində, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin (bundan sonra – “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə) 20-ci bəndində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsini xahiş etmişdir.

Sorğuda qeyd olunur ki, 1990-2008-ci illərdə Bakı Dövlət Universitetinə “Beynəlxalq hüquq” ixtisası üzrə tələbə qəbulu aparılmışdır. 2000-ci ilədək bu ixtisası bitirmiş məzunlara “Hüquqşünaslıq” ixtisası verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – Nazirlər Kabineti) “Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında” Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 1999-cu il 17 may tarixli 082 nömrəli qərarı ilə “Beynəlxalq hüquq” istiqaməti və ixtisası (istiqamətin şifri - HS 200100) əlavə edilmişdir. Bundan sonra “Beynəlxalq hüquq” ixtisasını bitirmiş məzunların təhsil haqqında sənədlərində “Hüquqşünaslıq” təhsil istiqamətinin yazılması dayandırılmışdır.

Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”nda “Beynəlxalq hüquq” adlı nə ixtisas, nə də istiqamət nəzərdə tutulmamışdır. Təcrübədə “Beynəlxalq hüquq” ixtisası üzrə ali təhsil almış məzunlar “ali hüquq təhsili” tələb olunan vəzifələrə qəbul edilmirlər.

Sorğuverənin qənaətinə görə qeyd olunan ziddiyyətin aradan qaldırılması, “Beynəlxalq hüquq” ixtisasının “ali hüquq təhsilinə” daxil olub-olmaması məsələsinə aydınlıq gətirilməsi üçün Konstitusiyada və qanunlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsi zərurəti yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Konstitusiyanın 42-ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

Təhsil hüququ nəinki pulsuz icbari ümumi orta təhsil almaq imkanını, həmçinin yaradıcılıq, yeni biliklərin əldə edilməsi, müxtəlif sahələrdə təcrübənin artırılmasına olan təbii tələbatların ödənilməsini də ehtiva edir.

Hüquqi təbiətinə görə, təhsil hüququ sosial hüquq olduğundan onun təmin edilməsi dövlətin xüsusi məqsədlərindən biridir və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsinə xidmət edir. Belə ki, Konstitusiyanın 16-cı maddəsinin II hissəsinə müvafiq olaraq Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.

Azərbaycan Respublikasında təhsil huququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsipləri və təhsil fəaliyyətinin ümümi şərtləri 8 sentyabr 2009-cu il tarixədək qüvvədə olmuş 1992-ci il 7 оktyabr tarixli Azərbaycan Respublikasının Təhsil Qanunu və “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu (bundan sonra – “Təhsil haqqında” Qanun) ilə tənzimlənir.

Qeyd olunmalıdır ki, hər iki qanun təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinə uyğun olaraq dövlətin bu sahənin tənzimlənməsində geniş səlahiyyətlərini müəyyənləşdirmişdir.

Qüvvədən düşmüş Azərbaycan Respublikasının Təhsil Qanununun 30-cu maddəsində Azərbaycan Respublikasında təhsil strategiyasını müəyyənləşdirən dövlət hakimiyyəti orqanı kimi Nazirlər Kabinetinin təhsil sisteminin idarə olunması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri sırasında peşə-ixtisas təhsili müəssisələri üçün ixtisasların siyahısının təsdiq olunması səlahiyyəti də nəzərdə tutulmuşdur.

Buna uyğun olaraq Nazirlər Kabineti tərəfindən “Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında” 1997-ci il 9 yanvar tarixli 4 nömrəli Qərar qəbul edilmişdir. Həmin Qərarın 2.13-cü bəndində “Hüquqşünaslıq” ixtisası ali hüquq təhsili istiqaməti kimi göstərilmişdir. Bundan sonra Nazirlər Kabinetinin “Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında” Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 1999-cu il 17 may tarixli 082 nömrəli Qərarı ilə “Beynəlxalq hüquq” ali hüquq təhsilinin istiqaməti və ixtisası kimi əlavə edilmişdir.

“Təhsil haqqında” Qanunun 22-ci maddəsinə görə ali təhsil pilləsində yüksək iхtisaslı mütəхəssislərin və elmi-pedaqоji kadrların hazırlığı cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla həyata keçirilir.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər və elmi-pedaqоji kadrların hazırlığı üç səviyyədə həyata keçirilir: bakalavriat (tibb təhsili istisna оlmaqla), magistratura (tibb təhsili istisna оlmaqla) və doktorantura. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir.

“Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarının 1.2-ci bəndində ali təhsilin məqsədinin ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla, müxtəlif ixtisaslar (ixtisaslaşmalar) üzrə yüksəkixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlanmasından ibarət olması qeyd olunmuşdur.

Təhsil sistemində ali hüquq təhsili xüsusi yer tutur. Ali hüquq təhsili sahəsində müəyyən vahid dövlət standartı mövcuddur, həmin standart müasir cəmiyyətin tələbatlarına uyğun olaraq hüquqşünasların hərtərəfli siyasi, sosial, hüquqi, mədəni biliklərə malik olmasını təmin edir.

Ali hüquq təhsili peşəkar hüquqi fəaliyyətlə məşğul olmağa əsasları nəzərdə tutan dövlət, hüquq və idarəçilik haqqında biliklərin məcmusudur. Ali hüquq təhsili şəxsin hüquqşünaslıq sahəsində təlim və təhsil nəticəsində əldə etdiyi və onun peşəkar-hüquqi fəaliyyətlə məşğul olmasına imkan yaradan hüquqi bilik, baxış və inam sistemidir. Xüsusilə qeyd olunmalıdır ki, ali hüquq təhsili özündə müxtəlif hüquq sahələri üzrə ixtisaslaşmanı da əks etdirir. Burada nəzərə alınmalıdır ki, təhsil üzrə ixtisaslaşmanın aparılmasının əsas məqsədi peşəkar təhsil proqramları üzrə təhsil prosesində müvafiq peşəkar fəaliyyətin mümkünlüyünü təmin edən bilik, təsəvvür və bacarıqların əldə olunmasıdır. Eyni zamanda, ali hüquq təhsili üzrə ixtisaslaşmanın müəyyən edilməsinin ali təhsil müəssisələrində təsdiq olunmuş təhsil proqramlarına uyğun olaraq təhsil almış şəxslərin gələcəkdə ali hüquq təhsilinə malik olmamasına dəlalət edən meyar kimi qəbul edilməsi Konstitusiyada təsbit olunmuş təhsil hüququnun mahiyyətinə xələl gətirmiş olar.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunvericilikdə hər hansı hüquqi məsələ, xüsusilə də Konstitusiyada təsbit olunmuş hüquqların həyata keçirilməsi məsələsi elə tənzimlənməlidir ki, konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.

Qeyd olunmalıdır ki, dövlət hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində təhsil sahəsinin dövlət tənzimlənməsinin həyata keçirilməsində sərbəstdir. Lakin belə tənzimləmə o halda və tərzdə mümkündür ki, müvafiq ali təhsil istiqamətlərinin müəyyən edilməsi obyektiv hallara əsaslansın, özünü doğrultsun, konstitusiya əhəmiyyətli məqsədlərə xidmət etsin və bu məqsədlərə nail olmaq ücün istifadə olunan hüquqi vasitələrə mütənasib olsun.

Bununla yanaşı, “Hüquqşünaslıq” və “Beynəlxalq hüquq” ixtisaslarında tədris edilən fənlərin müqayisəli təhlili nəticəsində aşağıdakılar müəyyən edilmişdir:

- “Beynəlxalq hüquq” və “Hüquqşünaslıq” ixtisasları üzrə tədris olunan fənlər eynilik təşkil edir. Belə ki, hər iki ixtisasın Tədris planlarına əsasən “Humanitar və sosial fənlər” blokuna aid “Azərbaycan tarixi”, “Azərbaycan dili”, “Xarici dil”, “Məntiq”, “İnformatika”, “Dünya siyasəti”, “Fəlsəfə”, “İqtisadiyyat”, “Mədəniyyətşünaslıq”, “Politologiya və sosiologiya” və s. kimi humanitar və sosial fənlər eyni saat miqdarında tədris olunmuşdur.

- Ümumi peşə hazırlığı hər iki ixtisas üzrə uyğunluq təşkil edir. Belə ki, “Dövlət və hüquq nəzəriyyəsi”, “Xarici ölkələrin dövlət və hüquq tarixi”, “Azərbaycanın konstitusiya hüququ”, “Müqayisəli konstitusiya hüququ”, “Siyasi və hüquqi təlimlər tarixi”, “Azərbaycanın dövlət və hüquq tarixi”, “Maliyyə hüququ”, “Beynəlxalq ümumi hüquq”, “Beynəlxalq xüsusi hüquq” və s. kimi fənlərin tədris saatları hər iki ixtisas üçün kəskin fərqlənmir. “Beynəlxalq ümumi hüquq” və “Beynəlxalq xüsusi hüquq” fənləri “Beynəlxalq hüquq” ixtisası üçün daha geniş tədris olunmuşdur.

- “Mülki hüquq”, “Cinayət hüququ”, “Mülki proses”, “Cinayət prosesi”, “İnzibati hüquq”, “Əmək hüququ” və s. fənlər həm “Beynəlxalq hüquq”, həm də “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrə iki semestr ərzində tədris olunmuşdur. Yuxarıda qeyd olunan fənlərin tədrisində olan yeganə fərq onların “Beynəlxalq hüquq” ixtisası tələbələrinə digər dövlətlərin hüquq sistemləri ilə müqayisəli şəkildə tədris olunmasıdır (məsələn, “Hüquqşünaslıq” ixtisasında “Mülki hüquq” fənni – “Beynəlxalq hüquq” ixtisasında isə “Müqayisəli mülki hüquq” fənni tədris olunmuşdur). Eyni zamanda, “Beynəlxalq hüquq” ixtisası məzunlarına qeyd olunan sahələrdə təkcə Azərbaycan Respublikasının qanunvericiliyi deyil, həm də xarici ölkələrin qanunvericiliyi tədris edilmişdir.

Fənlərin tədris saatlarında olan fərqlə bağlı qeyd etmək lazımdır ki, məsələn, “Müqayisəli mülki hüquq” fənninin “Beynəlxalq hüquq” ixtisasında tədris olunmasına 160 saat, “Mülki hüquq” fənninin “Hüquqşünaslıq” ixtisasında tədris olunmasına isə 210 saat ayrılmışdır. Halbuki, Hüquq fakültəsinin qiyabi şöbəsində “Mülki hüquq” fənninin tədrisinə cəmi 70 saat ayrılır.

Nəzərə alınmalıdır ki, “Beynəlxalq hüquq” istiqaməti üzrə bakalavr təhsili almış məzunların magistr pilləsində cinayət hüququ, mülki hüquq, əmək hüququ və s. ixtisaslar üzrə təhsil almasına məhdudiyyət qoyulmamışdır.

Qeyd olunmalıdır ki, ümumi peşə hazırlığının hər iki ixtisas üzrə uyğunluq təşkil etməsinə, eyni fənlərin tədris olunmasına və tədris saatları arasında kəskin fərqin olmamasına baxmayaraq, “Hüquqşünaslıq” ixtisasından fərqli olaraq “Beynəlxalq hüquq” ixtisası “ali hüquq təhsili”nə aid edilməmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquq bərabərliyi konstitusiya prinsipi ali təhsil, o cümlədən ali hüquq təhsili sahəsində hüquq və azadlıqların həyata keçirilməsində fərqli yanaşmanın aradan qaldırılmasına təminat verərək, ali hüquq təhsilinin hər hansı ixtisaslaşdırılma meyarına görə fərqləndirilməməsini şərtləndirir. Əks halda dövlətin təhsil sahəsində müəyyən etdiyi tələblərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb olar.

Təhsil hüququ bir sıra konstitusion hüquq və azadlıqlarla, o cümlədən əmək hüququ və dövlətin idarə olunmasında iştirak etmək hüququ ilə bilavasitə bağlıdır və onların həyata keçirilməsi üçün mühüm şərt kimi çıxış edir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Konstitusiyanın 55-ci maddəsi vətəndaşlara dövlət orqanlarında qulluq etmək imkanı yaradır.

Bəzi fəaliyyət növləri ilə məşğul olmanın vacib şərtlərindən biri də şəxsin ali hüquq təhsilli olmasıdır. Məsələn, “Məhkəmələr və hakimlər haqqında” Qanunda, “Prokurorluq haqqında” Qanunda, “Notariat haqqında” Qanunda, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda, eləcə də “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamədə göstərilən fəaliyyət növləri ilə məşğul olmaq üçün şəxsin ali hüquq təhsilli olması şərti müəyyən edilmişdir.

Beləliklə, “Beynəlxalq hüquq” istiqaməti üzrə ali təhsil almış şəxslərin təhsilinin “ali hüquq təhsili” hesab edilməməsi, onların ixtisasları üzrə fəaliyyət növü və iş yeri seçmək hüququnun məhdudlaşdırılmasına və onların Konstitusiyanın 35 və 55-ci maddələrində təsbit olunmuş hüquqlardan istifadə etmək imkanın deklarativ xarakter daşımasına səbəb olur.

Göstərilənləri nəzərə alaraq, Konstitusiyanın 126-cı maddəsində, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-cü, “Prokurorluq haqqında” Qanunun 29-cu, “Notariat haqqında” Qanunun 3-cü, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddələrində, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 20-ci bəndində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəası “Hüquqşünaslıq” ixtisası ilə bərabər “Beynəlxalq hüquq” ixtisası üzrə ali təhsili də ehtiva edir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

Q Ə R A R A  A L D I:

 

1.Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-cü, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 20-ci bəndində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəası “Hüquqşünaslıq” ixtisası ilə bərabər “Beynəlxalq hüquq” ixtisası üzrə ali təhsili də ehtiva edir.

2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4.Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr      Fərhad Abdullayev

 

 

7 İyul 2014, 09:07

http://www.azertag.net

641—650 / 10511

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli, “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 24 aprel tarixli 613 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli və “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2014-cü il 15 dekabr tarixli 395 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə” 2016-cı il 22 dekabr tarixli 1169 nömrəli və “Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası, Türkiyə Respublikası və Ukrayna mülki aviasiya hakimiyyəti orqanları arasında ICAO çərçivəsində əməkdaşlığa və ICAO orqanlarında təmsilçiliyə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2017-ci il 23 fevral tarixli 1259 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2014-cü il 3 fevral tarixli 100 nömrəli, “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2014-cü il 15 may tarixli 168 nömrəli, “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” 2015-ci il 8 aprel tarixli 499 nömrəli və “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” 2015-ci il 29 aprel tarixli 503 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Biometrik informasiya haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2008-ci il 28 oktyabr tarixli 7 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 2008-ci il 11 noyabr tarixli 12 nömrəli, “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydalarının təsdiq edilməsi haqqında” 2010-cu il 4 oktyabr tarixli 341 nömrəli, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2010-cu il 13 dekabr tarixli 361 nömrəli, “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında” 2007-ci il 12 mart tarixli 543 nömrəli, “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında” 2007-ci il 21 iyun tarixli 590 nömrəli, “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 11 mart tarixli 733 nömrəli və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” 2008-ci il 22 aprel tarixli 744 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 iyul tarixli 1119 nömrəli, “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 25 may tarixli 324-VIQD nömrəli Qanununun tətbiqi və “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 mart tarixli 733 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2021-ci il 23 iyun tarixli 1377 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin fəaliyyətinin bəzi məsələləri haqqında” 2018-ci il 8 oktyabr tarixli 300 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Polşa Respublikasının infrastruktur və tikinti naziri və dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri arasında nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2017-ci il 2 noyabr tarixli 1648 nömrəli, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2017-ci il 2 noyabr tarixli 1652 nömrəli, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2018-ci il 27 iyun tarixli 156 nömrəli və “Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1068-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2014-cü il 4 noyabr tarixli 341 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında” 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli, “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli, “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT-ICAO) arasında Universal Təhlükəsizliyə Nəzarət üzrə Audit Proqramının Davamlı Monitorinq Yanaşması ilə əlaqədar Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2015-ci il 20 noyabr tarixli 688 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2016-cı il 20 may tarixli 909 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Qətər Dövlətinin Mülki Aviasiya Administrasiyası arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2017-ci il 15 may tarixli 1391 nömrəli, “Azərbaycan Respublikasının “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 809-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 3 noyabr tarixli 1659 nömrəli, “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 2019-cu il 3 iyun tarixli 718 nömrəli, “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 27 iyun tarixli 756 nömrəli və “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 20 noyabr tarixli 354 nömrəli, “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 17 yanvar tarixli 479 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2022-ci illər üçün nəqliyyat sahəsində Əməkdaşlıq Proqramının təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 497 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanları vasitəsilə dəniz nəqliyyatı ilə beynəlxalq daşımaların inkişafı haqqında Sazişin təsdiq edilməsi barədə” 2019-cu il 29 yanvar tarixli 498 nömrəli, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2019-cu il 11 iyun tarixli 725 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...