"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 188
Bakı şəhəri, 9 iyun 2014-cü il
"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 8.13-1-ci bəndinə əsasən və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 409 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 942 nömrəli Fərmanının 1.1.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 188 nömrəli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikasının "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Standartlaşdırma haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunlarına, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"yə uyğun hazırlanmışdır və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti (bundan sonra - dövlət nəzarəti) aparılarkən, iradnamə və tələbnamələrin verilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qayda mülkiyyət formasından və fəaliyyət sahəsindən asılı olmayaraq, dövlət nəzarətinin aparıldığı obyektlərdə hüquq pozuntuları aşkar edildiyi təqdirdə tətbiq olunur.
1.3. Bu Qayda ilə müəyyən edilmiş iradnamə və tələbnamələr texniki normativ hüquqi aktların məcburi tələblərinə və metroloji qayda və normalara riayət olunmasını müəyyənləşdirmək üçün aparılan dövlət nəzarəti ilə əlaqədar dövlət nəzarətini həyata keçirən yoxlayıcı (bundan sonra - yoxlayıcı) tərəfindən tərtib edilən və aşkar edilmiş pozuntuları özündə əks etdirən akt əsasında tətbiq edilir.
1.4. İradnamə - dövlət nəzarəti aparılan zaman müəssisələrdə aradan qaldırılması mümkün olan pozuntular aşkar edildikdə, həmin pozuntuların aradan qaldırılması məqsədi ilə 30 (otuz) günədək müddət müəyyən edilməklə verilən yazılı göstərişdir.
1.5. Tələbnamə - dövlət nəzarəti aparılan zaman insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran və dərhal aradan qaldırılması mümkün olmayan qanun pozuntuları aşkar edildiyi halda, ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərin, müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarının, metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarı, istehsalı və satışının və ya qüsurlarının aradan qaldırılması mümkün olmayan məhsulların (işlərin, xidmətlərin) istehsalının və ya satışa buraxılmasının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərardır.
2. İradnamənin verilməsi qaydası
2.1. Yoxlayıcı tərəfindən iradnamə aşağıdakı hallarda verilir:
2.1.1. məhsullarda texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, lakin aradan qaldırılması mümkün olan qüsurlar aşkar edildikdə;
2.1.2. aradan qaldırılması mümkün olan metroloji qayda və norma pozuntusu aşkar edildikdə.
2.2. İradnamədə aşağıdakı məlumatlar əks olunur (1 nömrəli əlavə):
2.2.1. dövlət nəzarətini həyata keçirən orqanın (bundan sonra - yoxlayıcı orqan) adı;
2.2.2. iradnamənin nömrəsi və tarixi;
2.2.3. hüquqi şəxsin adı və hüquqi ünvanı, hüquqi şəxsin rəhbərinin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin (bundan sonra - müəssisə rəhbəri) soyadı, adı, atasının adı və ünvanı;
2.2.4. dövlət nəzarəti aparılan zaman aşkar edilmiş pozuntuları özündə əks etdirən və iradnamənin verilməsi üçün əsas olan aktın tarixi və nömrəsi;
2.2.5. təsərrüfat fəaliyyətinin obyekti olan məhsulun, xidmətin, işin adı;
2.2.6. tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri göstərilməklə, aşkar edilmiş qanun pozuntularının izahı;
2.2.7. pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddət;
2.2.8. iradnamədən şikayət etmə müddətləri və qaydası barədə məlumat;
2.2.9. yoxlayıcının vəzifəsi, soyadı, adı, atasının adı və imzası;
2.2.10. iradnamənin müəssisə rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilməsi barədə qeyd.
2.3. İradnamədə qeyd edilmiş nöqsanların aradan qaldırılması barədə verilmiş göstərişlər məcburi xarakter daşıyır və müəyyənləşdirilmiş müddət ərzində aradan qaldırılmalı, yoxlayıcı orqana nöqsanların aradan qaldırılması barədə məlumat verilməlidir.
2.4. İradnamədə qeyd edilmiş göstərişlərin müəyyən edilmiş müddət ərzində yerinə yetirilməməsi ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərin, müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarının, metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarı, istehsalı və satışının və ya məhsulların (işlərin, xidmətlərin) istehsalının və ya satışa buraxılmasının qadağan edilməsi barədə tələbnamələrin verilməsi üçün əsasdır.
2.5. İradnamə yoxlayıcı tərəfindən imzalandığı gün müəssisə rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim olunur. Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi iradnaməni qəbul etməkdən imtina edərsə, iradnamədə "Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi qəbul etməkdən imtina etdi" ifadəsi yazılır və yazı yoxlayıcı tərəfindən imzalanaraq təsdiq edilir. Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi iradnaməni qəbul etməkdən imtina etdikdə, iradnamə dərhal sifarişli poçt vasitəsilə göndərilir.
3. Tələbnamələrin verilməsi qaydası
3.1. Tələbnamələr aşağıdakı hallarda verilir:
3.1.1. məhsul (iş, xidmət) və ya onun istehsalında istifadə edilən xammal texniki normativ hüquqi aktların tələblərinə cavab vermədikdə;
3.1.2. məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə uyğun keyfiyyətdə sabit istehsalına, işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə şərait olmadıqda;
3.1.3. məhsul (iş, xidmət) standartlaşdırma üzrə texniki normativ hüquqi akt olmadan istehsal edildikdə;
3.1.4. nəzarət olunmalı məhsul (iş, xidmət) fiziki və hüquqi şəxslər tərəfindən gizlədildikdə və dövlət nəzarətinin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərait yaradılmadıqda;
3.1.5. texniki normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində insan həyatı və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün təhlükəli olan məhsullar (işlər, xidmətlər) istehsal edildikdə;
3.1.6. qanunvericiliyə əsasən sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan məhsul istehsal edildikdə;
3.1.7. məhsulun (işin, xidmətin) standartlaşdırılması qaydaları pozulduqda;
3.1.8. ölçmə vasitəsi və ya ölçmələr üzrə aparılan işlər "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadıqda.
3.2. Tələbnamələrdə aşağıdakı məlumatlar əks olunur:
3.2.1. yoxlayıcı orqanın adı;
3.2.2. tələbnamənin nömrəsi və tarixi;
3.2.3. hüquqi şəxsin adı və hüquqi ünvanı, müəssisə rəhbərinin soyadı, adı, atasının adı və ünvanı;
3.2.4. dövlət nəzarəti aparılan zaman aşkar edilmiş pozuntuları özündə əks etdirən və tələbnamənin verilməsi üçün əsas olan aktın tarixi və nömrəsi;
3.2.5. yoxlama suallarının siyahısının konkret suallarının nömrələri və tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri göstərilməklə, aşkar edilmiş qanun pozuntularının izahı;
3.2.6. məhdudlaşdırıcı tədbir tətbiq edilən hissənin (sahənin) təsviri:
3.2.6.1. məhsulların (işlərin, xidmətlərin) istehsalının və ya satışa buraxılmasının qadağan edilməsi barədə tələbnamədə istehsalı və ya satışa buraxılması qadağan olunan məhsulun (işin, xidmətin) təsviri (2 nömrəli əlavə);
3.2.6.2. metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarı, istehsalı və satışının qadağan edilməsi barədə tələbnamədə metroloji qayda və normalara uyğun olmadığı üçün istismarı, istehsalı və satışı qadağan edilən ölçmə vasitəsinin təsviri (3 nömrəli əlavə);
3.2.6.3. müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarının qadağan edilməsi barədə tələbnamədə müqayisəli yoxlamadan keçməyən ölçmə vasitəsinin təsviri (4 nömrəli əlavə);
3.2.6.4. ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərin qadağan edilməsi barədə tələbnamədə ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərin təsviri (5 nömrəli əlavə);
3.2.7. tətbiq edilən konkret məhdudlaşdırıcı tədbir (tədbirlər);
3.2.8. tələbnamənin verilməsinə səbəb olan halların və qanun pozuntularının aradan qaldırılması üçün yerinə yetirilməli olan konkret tədbirlər;
3.2.9. tələbnamənin yerinə yetirilməməsinə görə məsuliyyət barədə xəbərdarlıq;
3.2.10. tələbnamədən şikayət etmə müddətləri və qaydası barədə məlumat;
3.2.11. yoxlayıcı orqanın rəhbərinin və ya onu əvəz edən şəxsin soyadı, adı, atasının adı və imzası;
3.2.12. tələbnamənin müəssisə rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilməsi barədə qeyd.
3.3. İstehsalı və ya satışa buraxılması qadağan olunan məhsula dair 2 nüsxədə akt tərtib edilir. Aktda istehsalı və ya satışa buraxılması qadağan olunan məhsulun müəssisə rəhbərinin və ya səlahiyyətli nümayəndəsinin saxlancına verilməsi barədə məlumat qeyd edilir və akt müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi və yoxlayıcı tərəfindən imzalanır. Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi aktı imzalamaqdan imtina etdiyi təqdirdə, yoxlayıcı bu barədə müvafiq qeyd aparmaqla aktı imzalayır və aktın bir nüsxəsi müəssisə rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilir.
3.4. Tələbnamə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalandıqdan sonra onun surəti növbəti iş günündən gec olmayaraq, müəssisə rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilir. Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi tələbnaməni qəbul etməkdən imtina edərsə, tələbnamədə "Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi qəbul etməkdən imtina etdi" ifadəsi yazılır və yazı yoxlayıcı tərəfindən imzalanaraq təsdiq edilir. Müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi tələbnaməni qəbul etməkdən imtina etdikdə, tələbnamə dərhal sifarişli poçt vasitəsilə göndərilir.
3.5. Tələbnamə ilə bağlı məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilməlidir.
3.6. Aşağıdakı şərtlər yerinə yetirildikdən sonra tələbnamə ləğv edilmiş hesab edilir və müəssisə öz fəaliyyətini davam etdirə bilər:
3.6.1. tam və əhatəli şəkildə tələbnamədə göstərilən tədbirləri yerinə yetirmişdir;
3.6.2 tələbnamədə göstərilən tədbirləri yerinə yetirdiyi barədə yoxlayıcı orqana alınmasını təsdiq edən istənilən vasitə ilə xəbərdarlıq göndərmişdir.
3.7. Yoxlayıcı orqan tələbnamənin verilməsi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsi barədə xəbərdarlığı aldığı tarixdən 3 (üç) iş günü ərzində həmin tədbirlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması üçün plandankənar (növbədənkənar) yoxlama təyin edir.
3.8. Bu Qaydanın 3.7-ci bəndində göstərilən əsaslarla və müddətlərdə aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı tələbnamədə göstərilən tədbirlərin müəssisə tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi aşkara çıxarılarsa, yoxlayıcı orqan təkrar tələbnamə verir. Təkrar tələbnamənin verilməsi və onun ləğv edilməsinə müvafiq olaraq bu Qaydanın 3.1-3.7-ci bəndlərinin müddəaları tətbiq edilir.
4. Vəzifəli şəxslərin hərəkətlərindən (qərarlarından) şikayət verilməsi
4.1. Müəssisənin rəhbəri yoxlamanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.
3 İyul 2014, 12:0724 May 2018, 08:05
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1116-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
24 May 2018, 08:05
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan ətraflı...
24 May 2018, 08:05
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1117-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
24 May 2018, 08:05
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
24 May 2018, 08:05
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1115-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
23 May 2018, 08:05
Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 May 2018, 08:05
Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 May 2018, 08:05
Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində xidmətləri olan şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 May 2018, 08:05
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 May 2018, 08:05
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...