"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası"nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 188

Bakı şəhəri, 9 iyun 2014-cü il

 "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent  üzrə   Dövlət  Komitəsi  tərəfindən  məhsulların   (işlərin, xidmətlərin)    texniki   normativ   hüquqi   aktların    tələblərinə, metroloji  qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası"nın təsdiq edilməsi barədə

 Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 8.13-1-ci bəndinə əsasən və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli  686-IVQ nömrəli Qanununun tətbiqi və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 409 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 942 nömrəli Fərmanının 1.1.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası"  təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

                 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2014-cü il 9 iyun tarixli 188 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət  Komitəsi  tərəfindən  məhsulların  (işlərin,  xidmətlərin) texniki  normativ  hüquqi  aktların  tələblərinə,  metroloji qayda  və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi

Q A Y D A S I

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Standartlaşdırma haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunlarına, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"yə uyğun hazırlanmışdır və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti (bundan sonra - dövlət nəzarəti) aparılarkən, iradnamə və tələbnamələrin verilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qayda mülkiyyət formasından və fəaliyyət sahəsindən asılı olmayaraq, dövlət nəzarətinin aparıldığı obyektlərdə hüquq pozuntuları aşkar edildiyi təqdirdə tətbiq olunur.

1.3. Bu Qayda ilə müəyyən edilmiş iradnamə və tələbnamələr texniki normativ hüquqi aktların məcburi tələblərinə və metroloji qayda və normalara riayət olunmasını müəyyənləşdirmək üçün aparılan dövlət nəzarəti ilə əlaqədar dövlət nəzarətini həyata keçirən yoxlayıcı (bundan sonra - yoxlayıcı) tərəfindən tərtib edilən və aşkar edilmiş pozuntuları özündə əks etdirən akt əsasında tətbiq edilir.

1.4. İradnamə - dövlət nəzarəti aparılan zaman müəssisələrdə aradan qaldırılması mümkün olan pozuntular aşkar edildikdə, həmin pozuntuların aradan qaldırılması məqsədi ilə 30 (otuz) günədək müddət müəyyən edilməklə verilən yazılı göstərişdir.

1.5. Tələbnamə - dövlət nəzarəti aparılan zaman insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran və dərhal aradan qaldırılması mümkün olmayan qanun pozuntuları aşkar edildiyi halda, ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərin, müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarının, metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarı, istehsalı və satışının və ya qüsurlarının aradan qaldırılması mümkün olmayan məhsulların (işlərin, xidmətlərin) istehsalının və ya satışa buraxılmasının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərardır.

  2. İradnamənin verilməsi qaydası

 2.1. Yoxlayıcı tərəfindən iradnamə aşağıdakı hallarda verilir:

2.1.1. məhsullarda texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, lakin aradan qaldırılması mümkün olan qüsurlar aşkar edildikdə;

2.1.2. aradan qaldırılması mümkün olan metroloji qayda və norma pozuntusu aşkar edildikdə.  

2.2. İradnamədə aşağıdakı məlumatlar əks olunur (1 nömrəli əlavə):

2.2.1. dövlət nəzarətini həyata keçirən orqanın (bundan sonra - yoxlayıcı orqan) adı;

2.2.2. iradnamənin nömrəsi və tarixi;

2.2.3. hüquqi şəxsin adı və hüquqi ünvanı, hüquqi şəxsin rəhbərinin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin (bundan sonra - müəssisə rəhbəri) soyadı, adı, atasının adı və ünvanı;

2.2.4. dövlət nəzarəti aparılan zaman aşkar edilmiş pozuntuları özündə əks etdirən və iradnamənin verilməsi üçün əsas olan aktın tarixi və nömrəsi;

2.2.5. təsərrüfat fəaliyyətinin obyekti olan məhsulun, xidmətin, işin adı;

2.2.6. tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri göstərilməklə, aşkar edilmiş qanun pozuntularının izahı;

2.2.7. pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddət;

2.2.8. iradnamədən şikayət etmə müddətləri və qaydası barədə məlumat;

2.2.9. yoxlayıcının vəzifəsi, soyadı, adı, atasının adı və imzası;

2.2.10. iradnamənin müəssisə rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilməsi barədə qeyd.

2.3. İradnamədə qeyd edilmiş nöqsanların aradan qaldırılması barədə verilmiş göstərişlər məcburi xarakter daşıyır və müəyyənləşdirilmiş müddət ərzində aradan qaldırılmalı, yoxlayıcı orqana nöqsanların aradan qaldırılması barədə məlumat verilməlidir.

2.4. İradnamədə qeyd edilmiş göstərişlərin müəyyən edilmiş müddət ərzində yerinə yetirilməməsi ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərin, müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarının, metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarı, istehsalı və satışının və ya məhsulların (işlərin, xidmətlərin) istehsalının və ya satışa buraxılmasının qadağan edilməsi barədə tələbnamələrin verilməsi üçün əsasdır.

2.5. İradnamə yoxlayıcı tərəfindən imzalandığı gün müəssisə rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim olunur. Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi iradnaməni qəbul etməkdən imtina edərsə, iradnamədə "Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi qəbul etməkdən imtina etdi" ifadəsi yazılır və yazı yoxlayıcı tərəfindən imzalanaraq təsdiq edilir. Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi iradnaməni qəbul etməkdən imtina etdikdə, iradnamə dərhal sifarişli poçt vasitəsilə göndərilir. 

 3. Tələbnamələrin verilməsi qaydası

 3.1. Tələbnamələr aşağıdakı hallarda verilir:

3.1.1. məhsul (iş, xidmət) və ya onun istehsalında istifadə edilən xammal texniki normativ hüquqi aktların tələblərinə cavab vermədikdə;

3.1.2. məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə uyğun keyfiyyətdə sabit istehsalına, işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə  şərait olmadıqda;

3.1.3. məhsul (iş, xidmət) standartlaşdırma üzrə texniki normativ hüquqi akt olmadan istehsal edildikdə;

3.1.4. nəzarət olunmalı məhsul (iş, xidmət) fiziki və hüquqi şəxslər tərəfindən gizlədildikdə və dövlət nəzarətinin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərait yaradılmadıqda;

3.1.5. texniki normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində insan həyatı və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün təhlükəli olan məhsullar (işlər, xidmətlər) istehsal edildikdə;

3.1.6. qanunvericiliyə əsasən sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan məhsul istehsal edildikdə;

3.1.7. məhsulun (işin, xidmətin) standartlaşdırılması qaydaları pozulduqda;

3.1.8. ölçmə vasitəsi və ya ölçmələr üzrə aparılan işlər "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadıqda.

3.2. Tələbnamələrdə aşağıdakı məlumatlar əks olunur:

3.2.1. yoxlayıcı orqanın adı;

3.2.2. tələbnamənin nömrəsi və tarixi;

3.2.3. hüquqi şəxsin adı və hüquqi ünvanı, müəssisə rəhbərinin soyadı, adı, atasının adı və ünvanı;

3.2.4. dövlət nəzarəti aparılan zaman aşkar edilmiş pozuntuları özündə əks etdirən və tələbnamənin verilməsi üçün əsas olan aktın tarixi və nömrəsi;

3.2.5. yoxlama suallarının siyahısının konkret suallarının nömrələri və tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri göstərilməklə, aşkar edilmiş qanun pozuntularının izahı;

3.2.6. məhdudlaşdırıcı tədbir tətbiq edilən hissənin (sahənin) təsviri:

3.2.6.1. məhsulların (işlərin, xidmətlərin) istehsalının və ya satışa buraxılmasının qadağan edilməsi barədə tələbnamədə istehsalı və ya satışa buraxılması qadağan olunan məhsulun (işin, xidmətin) təsviri (2 nömrəli əlavə);

3.2.6.2. metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarı, istehsalı və satışının qadağan edilməsi barədə tələbnamədə metroloji qayda və normalara uyğun olmadığı üçün istismarı, istehsalı və satışı qadağan edilən ölçmə vasitəsinin təsviri (3 nömrəli əlavə);

3.2.6.3. müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarının qadağan edilməsi barədə tələbnamədə müqayisəli yoxlamadan keçməyən ölçmə vasitəsinin təsviri (4 nömrəli əlavə);

3.2.6.4. ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərin qadağan edilməsi barədə tələbnamədə ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərin təsviri (5 nömrəli əlavə);

3.2.7. tətbiq edilən konkret məhdudlaşdırıcı tədbir (tədbirlər);

3.2.8. tələbnamənin verilməsinə səbəb olan halların və qanun pozuntularının aradan qaldırılması üçün yerinə yetirilməli olan konkret tədbirlər;

3.2.9. tələbnamənin yerinə yetirilməməsinə görə məsuliyyət barədə xəbərdarlıq;

3.2.10. tələbnamədən şikayət etmə müddətləri və qaydası barədə məlumat;

3.2.11. yoxlayıcı orqanın rəhbərinin və ya onu əvəz edən şəxsin soyadı, adı, atasının adı və imzası;

3.2.12. tələbnamənin müəssisə rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə  təqdim edilməsi barədə qeyd.

3.3. İstehsalı və ya satışa buraxılması qadağan olunan məhsula dair 2 nüsxədə akt tərtib edilir. Aktda istehsalı və ya satışa buraxılması qadağan olunan məhsulun müəssisə rəhbərinin və ya səlahiyyətli nümayəndəsinin saxlancına verilməsi barədə məlumat qeyd edilir və akt müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi və yoxlayıcı tərəfindən imzalanır. Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi aktı imzalamaqdan imtina etdiyi təqdirdə, yoxlayıcı bu barədə müvafiq qeyd aparmaqla aktı imzalayır və aktın bir nüsxəsi müəssisə rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilir. 

3.4. Tələbnamə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalandıqdan sonra onun surəti növbəti iş günündən gec olmayaraq, müəssisə rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilir. Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi tələbnaməni qəbul etməkdən imtina edərsə, tələbnamədə  "Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi qəbul etməkdən imtina etdi" ifadəsi yazılır və yazı yoxlayıcı tərəfindən imzalanaraq təsdiq edilir. Müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi tələbnaməni qəbul etməkdən imtina etdikdə, tələbnamə dərhal sifarişli poçt vasitəsilə göndərilir. 

3.5. Tələbnamə ilə bağlı məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilməlidir.

3.6. Aşağıdakı şərtlər yerinə yetirildikdən sonra tələbnamə ləğv edilmiş hesab edilir və müəssisə öz fəaliyyətini davam etdirə bilər:

3.6.1. tam və əhatəli şəkildə tələbnamədə göstərilən tədbirləri yerinə yetirmişdir;

3.6.2 tələbnamədə göstərilən tədbirləri yerinə yetirdiyi barədə yoxlayıcı orqana alınmasını təsdiq edən istənilən vasitə ilə xəbərdarlıq göndərmişdir. 

3.7. Yoxlayıcı orqan tələbnamənin verilməsi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsi barədə xəbərdarlığı aldığı tarixdən 3 (üç) iş günü ərzində həmin tədbirlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması üçün plandankənar (növbədənkənar) yoxlama təyin edir. 

3.8. Bu Qaydanın 3.7-ci bəndində göstərilən əsaslarla və müddətlərdə aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı tələbnamədə  göstərilən tədbirlərin müəssisə tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi aşkara çıxarılarsa, yoxlayıcı orqan təkrar tələbnamə verir. Təkrar tələbnamənin verilməsi və onun ləğv edilməsinə müvafiq olaraq bu Qaydanın 3.1-3.7-ci bəndlərinin müddəaları tətbiq edilir.

                      4.  Vəzifəli şəxslərin hərəkətlərindən (qərarlarından) şikayət verilməsi

 4.1. Müəssisənin rəhbəri yoxlamanı həyata keçirən səlahiyyətli  orqanın vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.

3 İyul 2014, 12:07

http://cabmin.gov.az/

1781—1790 / 10511

1 Dekabr 2020, 16:12

Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Dekabr 2020, 11:12

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı   ətraflı...

27 Noyabr 2020, 20:11

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

27 Noyabr 2020, 20:11

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Noyabr 2020, 20:11

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin iş yerlərinin standartlarTnda dəyişiklik edilməsi haqqında   ətraflı...

25 Noyabr 2020, 20:11

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 185-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyun tarixli 540 nömrəli, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 19 iyun tarixli 1471 nömrəli, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyun tarixli 140 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 iyul tarixli 164 nömrəli və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Noyabr 2020, 20:11

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

25 Noyabr 2020, 19:11

Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

25 Noyabr 2020, 19:11

Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

25 Noyabr 2020, 19:11

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...